22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
29 Aprel 2014, 09:09 | MÜSAHİBƏ
“Avropalı dostlarımızı Türkiyənin daxili işləri ilə bağlı fikirlərdə təmkinli olmağa çağırırıq”-MÜSAHİBƏ

Türkiyənin Avropa Birliyi naziri, hakim AKP-nin əsas füqurlarından olan Mövlud Çavuşoğlu Modern.az saytına müsahibə verib.

 

- Öncəliklə, fürsətdən istifadə edib Avropa Birliyi naziri olmanız münasibəti ilə sizi təbrik edirik. Cənab nazir,Türkiyənin Avropa Birliyinə üzv olması istiqamətində müsbət proqnozlarınız varmı?

- Təşəkkür edirəm! Cənab baş nazir Rəcəb Tayyib Ərdoğanın hər zaman vurğuladığı kimi, Türkiyənin Respublika elan olunmasından sonra ən önəmli müasirləşmə layihəsi Avropa Birliyinə üzvlükdür. Bu, Türkiyənin strateji bir hədəfi və dövlət siyasətinin tərkib hissəsidir. Türkiyə ilə Avropa Birliyi arasında 1959-cu ildən başlayan əlaqələr, 1963-cü il “Ankara Anlaşması” ilə hüquqi müstəviyə çıxarılıb. Türkiyə 1987-ci ilin 14 aprelində Avropa İqtisadi Birliyinə tam hüquqlu üzv olmaq üçün maraciət edib. Avropa Birliyinə Türkiyənin qatılması üçün daha geniş müzakirələr 2005-ci ilin oktyabrında başlayıb. Ancaq bu müzakirələr zamanı Türkiyəyə qarşı ədalətli davranıldığını söyləmək mümkün deyil. Başda Cənubi Kipr yunan hakimiyyəti olmaqla bəzi Avropa Birliyi ölkələri bizə siyasi əngəllər yaradır. Buna görə də danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunmur.

- Bəs, rəsmi Ankara Avropa Birliyinin siyasi qərəzliliyi fonunda hansı addımlar atmalıdır ki, bu təşkilatda Türkiyə üçün yaradılan maneələr aradan qalxsın?  

- Sözsüz ki, Türkiyə Avropa Birliyinə üzv olacağı təqdirdə rəsmi Ankaranın xarici və daxili siyasətində dəyişikliklər də olacaq. Sizcə, Türkiyənin bölgə, əsasən də Azərbaycan siyasətində hər hansı dəyişikliklər nədən ibarət ola bilər?

- Türkiyədə 17 dekabrda keçirilən böyük rüşvət və korrupsiya əməliyyatları dünyas siyasi gündəmində şok effekti yaratdı. Ölkədə tviterrə, youtube sosial şəbəkəsinə qadağa qoyuldu. Bundan əvvəl isə “Gəzi parkı hadisələri” baş vermişdi. Bu hadisələr demokratiya və insan haqları baxımından Avropa Birliyi baxış bucağından necə dəyərləndirilə bilər?

- Avropa Birliyinə daxil olmaqla bağlı məqsədimiz, sadəcə hüquqi bir prosedur deyil. Bu, əsas etibarilə bir dəyərlər sisteminin parçası olmaq anlamına gəlir. Çağdaş demokratiyanın əsas meyarları olan şəffaflıq, azad fikirlilik və s. dəyərləri Türkiyə bacarıqla və səmimiyyətlə təmsil edir. Bu gün Türkiyənin demokratikləşmə, insan haqları və iqtisadi inkişaf baxımından çatdığı yer heç şübhəsiz Avropa Birliyi standartalarına olduqca yaxındır. Hakim Ədalət və İnkişaf Partiyasının iqtidarda olduğu 12 ilə diqqət edək. Bu dövrdə Türkiyədə həyata keçirilən bütün islahatlar demokratiyanın gücləndirilməsi və vətəndaşlarımızın ayrı-seçkiliyə məruz qalmadan hüquqlarını istifadə etməsinə xidmət edir. Türkiyə demokratik bir hüquq dövlətidir. Bu mövzuda bu günə qədər heç bir problem olmayıb və bundan sonran da olmayacaq. Avropa Komissiyası tərəfindən yayımlanan sonuncu hesabatda Türkiyənin məhkəmə islahatlarında, demokratikləşmə paketində, fərqli inanc qrupları ilə dialoqa qədər bir çox sahələrdə reallaşdırdığı işlər təqdirəlayiq hesab olunub. Böyük rüşvət və korrupsiya əməliyyatlarına gəlincə, edilən tənqidlərin böyük qisminin məqsədli və həqiqətdən uzaq olduğunu düşünürük. Demokratiyaya inanan bütün ölkələr kimi Türkiyə də qüvvələr tarazlığı məsələsində olduqca həssasdır. Əlbəttə əsaslı və arqumentli tənqidləri hər zaman məmnuniyyətlə qarşılayıb islahatlarda bu məsələləri də dəyərləndiririk. Məsələn,baş nazir Rəcəb Tayyib Ərdoğanın Brüssel səfərində bildirdiyi kimi, Avropa Birliyinin Türkiyədə Hakim Prokurorlar Ali Şurası ilə bağlı edilən dəyişikliklərlə bağlı tövsiyyələri bizim parlament komissiyalarında diqqətə alınıb. Təmaslarımızda avropalı dostlarımızı Türkiyənin daxili işləri ilə bağlı fikirlərdə təmkinli olmağa çağırırıq.

 - Türkiyə də bələdiyyə seçkiləri keçirildi və 10 avqustda prezident seçkiləri olacaq. Keçirilən islahatlar fonunda perspektivlər haqqında nə deyə bilərsiniz?

- Siz bir müddət Avropa Şurası Parlament Assambleyasına sədrlik etmisiniz. Türkiyə və Azərbaycanın bu təşkilatdakı hazırkı yeri, mövqeyi haqqında fikirləriniz maraqlı olardı.

- Sizi Azərbaycanda da çox yaxşı tanıyırlar. İndiki məqamda Azərbaycana səfər etmək haqqında düşünürsünüzmü? 

- Avropa Bilriyi naziri və Baş müzakirəçi olaraq, Azərbaycanın həm Türkiyə, həm də Avropa Birliyi ilə olan əlaqələrini diqqətlə izləyirəm. Azərbaycan yalnız güclü siyasi əlaqələrə görə deyil, eyni zamanda qardaş ölkə olaraq da qəlbimizdə ayrı bir yerə sahibdir. Həm Avropa Birliyi ilə əlaqələr baxımından, həm də dostluq bağı çərçivəsində qardaş ölkəni ziyarət etmək mənim üçün böyük qürur və xoşbəxtlikdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident və Mehriban Əliyeva yeni gətirilən təcili yardım maşınları ilə tanış olublar 22 Sentyabr 2020, 12:42 Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi 22 Sentyabr 2020, 12:39 Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ 22 Sentyabr 2020, 12:33 Nazirlik min manata görə öldürülən şəxslə bağlı MƏLUMAT YAYDI 22 Sentyabr 2020, 12:28 İlham Əliyev Səudiyyə Kralına məktub göndərdi 22 Sentyabr 2020, 12:22 AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA 22 Sentyabr 2020, 12:16 Prezident sərəncam İMZALADI 22 Sentyabr 2020, 12:10 Ermənistan müdafiə naziri Qarabağa gəldi 22 Sentyabr 2020, 12:06 Ceyhun Bayramov protokol idarəsinə yeni rəis TƏYİN ETDİ 22 Sentyabr 2020, 12:00 Koronavirusa görə bağlanan bazar yenidən AÇILDI 22 Sentyabr 2020, 11:55 Ermənistan müxalifəti ümumrespublika mitinqinə HAZIRLAŞIR 22 Sentyabr 2020, 11:50 Gürcüstandan bəzi türk dövlətlərinə NÜMUNƏ: Yerevanın istəyini rədd edib 22 Sentyabr 2020, 11:44 Bakı metrosunda növbəti nasazlıq - İnterval artdı 22 Sentyabr 2020, 11:38 Elmar Qasımov BANM-ə qəbul olan tələbələrlə görüşüb 22 Sentyabr 2020, 11:33 Silvestr Stallone yetim qaldı 22 Sentyabr 2020, 11:28 Naxçıvanda komandirlər hazırlıq toplantısına cəlb olunub 22 Sentyabr 2020, 11:22 “Tarixən ermənilər vətənsiz insanlar olublar” - Deputat 22 Sentyabr 2020, 11:16 “...mənim adım Bobikdir” 22 Sentyabr 2020, 11:10 Azərbaycandan Qazaxıstana daha 46 nəfər təxliyə olundu 22 Sentyabr 2020, 11:05 Azərbaycana daxil olan valyutanın həcmi AZALIB 22 Sentyabr 2020, 11:00 XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxılmasını istəyir 22 Sentyabr 2020, 10:54 "Almaniyada Türkologiya" mövzusunda vebinar - Alman professorun təqdimatında 22 Sentyabr 2020, 10:48 Ermənistan Madrid prinsiplərindən imtina edir? 22 Sentyabr 2020, 10:43 İcbari Tibbi Sığorta UNEC-lə memorandum imzaladı 22 Sentyabr 2020, 10:38 Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi açılıb 22 Sentyabr 2020, 10:32 Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır 22 Sentyabr 2020, 10:27 Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı 22 Sentyabr 2020, 10:22 “Alınan mallar geri qaytarılmır” yazanlar 900 manatadək CƏRİMƏLƏNƏCƏK 22 Sentyabr 2020, 10:16 “Məmmədoğulları” şirkəti 2 min manat cərimələndi 22 Sentyabr 2020, 10:10 Xaçmazda meyvə tingləri yandı 22 Sentyabr 2020, 10:05 Metrodakı “maska insidenti” ilə bağlı məhkəmə başladı 22 Sentyabr 2020, 10:00 Dollar günə bu məzənnə ilə BAŞLADI 22 Sentyabr 2020, 09:54 Tarixçi alim: “... hər kəs buna birmənalı olaraq etiraz etməlidir” 22 Sentyabr 2020, 09:50 İctimai nəqliyyata qoyulan şənbə-bazar məhdudiyyəti götürüləcək? - AÇIQLAMA 22 Sentyabr 2020, 09:45 Yollardakı tıxacların SƏBƏBİ nasaz avtomobillərdir - BNA 22 Sentyabr 2020, 09:40