Modern.az

Ərdoğan Putinin təklifini rədd EDİB: “Mümkün deyil”

Ərdoğan Putinin təklifini rədd EDİB: “Mümkün deyil”

Dünya

4 Dekabr 2014, 10:42

Dekabrın 1-də Türkiyədə səfərdə olan Rusiya prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla görüşünün bəzi detalları açıqlanıb. Modern.az saytının məlumatına görə bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilir ki,  Vladimir Putin Türkiyə prezidentinə Suriya probleminin həlli bağlı təklif versə də, Ərdoğan bunu rədd edib.

Məlumata görə Putin Ərdoğana Suriya prezidenti Bəşər Əsədlə ona müxalif qüvvələri bir araya gətirməyi təklif edib. Rusiya lideri Ərdoğanın diqqətinə çatdırıb ki, onun özü də Suriya müxalifəti ilə əməkdaşlıq edir.  

“Bununla yanaşı, onu da bilirik ki, sizin də müxaliflər üzərində böyük təsiriniz var. Onları razı salın,  Bəşər Əsəd ilə həmin müxalif qüvvələri bir araya gətirək”,-deyə Putinin Ərdoğana belə təklif verdiyi iddia olunub.

Türkiyə rəhbərinin isə Putinə cavabında “Suriyada bu qədər şey olandan sonra müxaliflərlə Əsədi eyni masa ətrafında oturtmaq mümkün deyil. Bunun üçün zəmin qalmayıb”- dediyi bildirilir.

Aqşin Kərimov


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır