Arxiv
2 Aprel 2015, 15:35 | MÜSAHİBƏ
“İkinci dəfə deputat mandatından imtina etmək niyyətim yoxdur” - MÜSAHİBƏ

Mirmahmud Mirəlioğlu: “Gəldiyi yeri öyürdü, getdiyi yeri söyür”

“Şeyxülislam Allahşükür Paşazadənin ehtiramını saxlamağa borcluyam”

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Modern.az saytına müsahibə verib.

- Rəhbəri olduğunuz partiya qarşıdan gələn parlament seçkisi ilə bağlı yaradılan “Azadlıq-2015” blokuna daxildir. Bu seçki blokunun parlament seçkisində qələbə perspektivini necə dəyərləndirirsiniz?

- İndiki halda qələbə və ya məğlubiyyət barədə danışmaq yalnız nəzəri xarakter daşıyır. Seçkilərə start veriləndən sonra biz gücümüzü qiymətləndirəcəyik. Bu zaman obyektiv qiymətləndirmə olacaq. Amma onu da deyim ki, uğurlarımızın olacağına şübhəmiz yoxdur. Çünki bu blokda 8 partiya var və onların hər biri seçkilərlə, ictimai-siyasi vəziyyətlə bağlı təcrübəlidir.

- Müsavat Partiyası “Azadlıq-2015”ə daxil deyil. Müsavatın da bu bloka daxil olması üçün hansısa addımlar atmaq niyyətiniz var?

- Biz Müsavat Partiyası ilə Demokratiya və İnsan Haqları Mərkəzində bir yerdə idik. Bu mərkəzdə olanlar 2015-ci il parlament seçkiləri üçün bir arada olmaq qərarını verdi. Müsavat Partiyası isə bu prosesdə iştirak etmədi.

- Bu gün çox sayda özünü müxalifət adlandıran partiya mövcuddur.  Amma neçə illərdir müxalifət nə prezident, nə də parlament seçkisində uğura imza ata bilir. Başa düşürük ki, hakimiyyətin əlində resurslar daha çoxdur və bu da onlar üçün əlavə imkanlar yaradır. Ancaq onu da etiraf edək ki, müxalifət də güclü deyil və xalqın inamını itirib. Niyə görə müxalifət liderləri özlərinin zəif olmasını etiraf etmir?

- Siyasətdə bəziləri etirafı intihara bərabər tuturlar. Bəziləri etiraf etməyi doğru saymırlar. Amma bütün hallarda ictimai-siyasi vəziyyət dəyərləndiriləndə təbii ki, etiraflar da olmalıdır. Bu bir yanaşmadır.

- Siz özünüz necə, KXCP-nin zəif olmasını etiraf edirsinizmi?

- Biz hər zaman səhvlərimizi etiraf etmişik. Bu qüsurları dedikcə, həm də onların aradan qaldırılması üçün də işlər görmüşük. Hesab edirik ki, cəmiyyət yalnız bu yolla inkişaf edər. Bütövlükdə demək olar ki, KXCP arzuladığımız gücdə deyil. Buna görə də təşkilatlanmaya xüsusi önəm veririk. Hər həftə zona müşavirələri keçiririk.



- Siz Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, eks-prezident Əbülfəz Elçibəyə ən yaxın adamlardan olmusunuz. Əbülfəz Elçibəy hələ sağ ikən Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilində ciddi fikir ayrılıqları yarandı və bu proses onun ölümündən sonra daha da gücləndi.  Nəticədə bir neçə siyasi təşkilat yarandı. Mirmahmud Mirəlioğlu olaraq parçalanmanın qarşısını ala bilməzdiniz?

- Bu, qarşısıalınmaz bir proses idi. Bu, belə də olmalı idi və bunu həmişə xüsusi olaraq vurğulayırıq. Azərbaycan Xalq Cəbhəsi (AXC) yaradıldıqdan sonra onun birinci və ikinci idarə heyətinin çoxsaylı üzvləri olub. Bu gün onlardan bir-iki şəxsi çıxmaqla, demək olar hamısının partiyası var. Biz partiya yaratmağa qadağa qoya bilməzdik. Amma bu partiyalaşma prosesi bir az gec olmalı idi. Sonrakı dövrlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə bağlı çoxlu fikirlər səsləndi. AXCP-dən ayrılmalara xüsusi diqqət cəlb etmək istəyənlər bir yana, bu gün artıq bunun tədqiqatçıları var. Onlar bu işi tədqiq, təhlil edirlər. Onlar çox gözəl bilirlər ki, bu parçalanmanın, ayrılmaların qarşısını almaq nə bir adamın, nə də başqa insanların gücüdür. Çünki AXC-də bir sıra kollektiv üzvlər var idi. Onlar meydana çıxıb partiya yaratdıqlarını elan edirdilər. Sonrakı dönəmlərdə bəziləri bilirdi ki, onlara AXC daxilində imkanlar yoxdur. Bəziləri deyirdi ki, elmi potensialını AXC daxilində inkişaf etdirə bilmir. Əbülfəz bəyin demək olar bütün müavinlərinin özlərinin partiyası var.

- Ötən ilin dekabrında baş tutan iqtidar-müxalifət görüşünün ilk təşəbbüskarlarından birisiniz. Bundan sonra da bu ilin fevral ayında ikinci görüş oldu. Bu görüş barədə nə qənaətə gəlmisiniz? Səsləndirilən təkliflərlə bağlı nəticələr gözləyirsiniz?

- Nəticələr hələ ki ortada deyil. Amma o nəticələri əldə etməliyik. İqtidar tərəfindən dialoq adlandırılan bu cür görüşün güclü əleyhdarları var. İstər müxalifətdə, istərsə də iqtidarda bunun əleyhinə olanlar mövcuddur. Biz bunu da təbii qəbul edirik. Məsələlərə təsir etmək imkanları güclü olan daxili qrupların bu dialoqun əleyhinə olmasının nəticəsidir ki, hər hansı bir irəliləyiş ortada yoxdur. Biz çalışırıq ki, iqtidar-müxalifət görüşündə deyilənlər, nəhayət öz müsbət həllini tapsın.

- Çox güman ki, qarşıdan gələn parlament seçkisində iştirak edəcəksiniz. Deputatlığa namizədliyinizi hansı dairədən verəcəksiniz?

- KXCP və “Azadlıq-2015” seçki bloku olaraq dairələr üzrə namizədlərin müəyyənləşməsi istiqamətində işlər aparırıq. Bir neçə dairədən namizədliyim irəli sürməyi düşünürəm. Amma konkret olaraq işin asanlığı, vaxt məsələlərini nəzərə alıb, böyük ehtimalla ağırlığı, üstünlüyü Sumqayıt dairələrinin birinə verəcəyəm.

- Milli Məclisin deputatı olmusunuz.  Ancaq 2000-ci ildə Şirvandan deputat seçilsəniz də, mandatdan imtina etdiniz. Bu addımınıza görə sonra heç peşman oldunuz?

- Heç bir peşmanlıq hissi keçirmədim. Məni deputat seçən bəzi adamlara borclu qaldım və onların etimadını doğrultmadım. Demək istədiyim odur ki, mənə deputat mandatını həmin seçicilər verdi, mən isə imtina etdim.

- Yenidən deputat seçilsəniz, yenə mandatdan imtina edərsiniz?

- Bir suya bir dəfə girmək olar. Bir işi bir dəfə görmək olur. Mən bir dəfə bu nümunəni göstərdim, kim istəyir davam etdirə bilər.

- Bu il parlamentə düşə bilməsəniz, siyasətdən getmək haqqında düşünəcəksiniz?

- Məsələni parlamentlə məhdudlaşdırmaq istəmirəm. Siyasətdən getmək məsələsi parlamentlə ölçülməli deyil. KXCP-nin gənclərə təhvil verilməsindən sonra yəqin ki, bu təşkilatın rəhbərliyindən getmək haqqında fikirləşəcəyəm. Amma, ümumilikdə siyasətdən getmək fikrim yoxdur.

- Bu yaxınlarda Türkiyənin əsas müxalifət təşkilatlarından biri sayılan Milliyətçi Hərəkat Partiyasının (MHP) qurultayında iştirak etdiniz. MHP sədri Dövlət Baxçalı ilə görüşdə nələri müzakirə etdiniz?

- Biz türk dünyası və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı vəziyyəti müzakirə etdik. Başqa bir müzakirəmiz olmadı.

- Belə iddialar da səsləndirilir ki, KXCP-nin maliyyə qaynaqları MHP-yə bağlıdır...  

- KXCP-nin heç bir maliyyə qaynağı yoxdur və heç kimə də bağlı deyil.

- Siz cəmiyyətdə siyasətçi olmağınızla paralel olaraq, həm də dinə bağlı insan kimi tanınırsınız. Bu gün cəmiyyətdə mənəvi aşınma gedir. Milli dəyərlərə üstünlük verən şəxs kimi, sizcə, bu aşınmanın qarşısını necə almaq olar?

- Bu məsələ dövlətin, hökumətin siyasətində özünün həssas və prioritet məsələ olduğunu göstərməlidir. Amma bu, təkcə bir adamın, bir təşkilatın işi olmamalıdır. Milli-mənəvi dəyərlər məsələsini sırf iqtidarın da üzərinə qoymaq lazımdeyil. Siyasət elə formalaşmalıdır ki, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi, müasirləşməsi istiqamətində səylər göstərilsin. Təəssüflər olsun ki, milli-mənəvi dəyərlər aşınmaqdadır, vətənpərvərlik əhval-ruhiyyəsi arxa plandadır. Bu sahədə xeyli geriləmələr var. Əgər siyasət, siyasi kurs dəyişilsə, real həyatda milli-mənəvi dəyərlərə üstünlük verilsə, bu problemi bir sutka ərazində həll etmək mümkündür.

- Yerli telekanalları izləyirsiniz?

- Azərbaycanda baş verənlərlə bağlı xəbərlər proqramlarına baxıram. Yəni, ancaq xəbərləri izləyirəm.

- Musiqi adamı müəyyən mənada stressdən azad edir və bu mənada hər bir insanın xoşuna gəldiyi müğənni var. Hansı müğənninin səsi siyasətin sizdə yaratdığı gərginliyi aradan qaldırır?

- Mən xoşladığım səsləri axtarsam, onu televiziyalarda tapa bilmərəm. İndi musiqi dinləmək üçün imkanlar genişdir. Hansı müğənnini xoşlayırsansa, onun albomu, CD-si var. Mən daha çox klassik musiqiyə üstünlük verirəm. Təbii ki, müasir musiqidən də vaz keçmirəm. Müasir müğənnilərdən də bəyəndiklərim var, ancaq ad çəkmək istəmirəm.


- Bayaq özünüz xatırlatdınız ki, AXC-dən çoxlu partiya yarandı. Bu, siyasi fikir ayrılığının təzahürü idi. Bəs, bu fikir haçalanması Mirmahmud Mirəlioğlunu AXC şinelindən çıxan  hansısa siyasətçi ilə küsülü etmədi ki?

- Mənim küsülü olduğum siyasətçi yoxdur. Bizim küsülülüyümüz başqa xarakterdədir. Şəxsi müstəvidə heç kimlə problemim yoxdur. Toylarda, siyasi tədbirlərdə, tanıdığım siyasətçilərin hamısı ilə görüşürəm.

- 4 övladınız rəhmətə gedib. Bu qədər böyük itkiyə, dərdə baxmayaraq siz öz soyuqqanlılığınızı, təmkininizi qorudunuz və hələ də siyasətdəsiniz...

- Bu, sırf fərdi məsələdir. Hesab edirəm ki, mənim belə qalmağım hər şeyə təbii baxmağımdan irəli gəlir. Məncə, burda qeyri-adi bir şey yoxdur. Çünki mən bütün məsələləri Yaradana və yaradılmışın müvəqqəti olması düsturuna bağlayıram. Həm də Allahın təqdirini doğru sayıram. İnancımda inandıqlarımı yaşayıram.

- Övladlarınızdan biri həyatdadır. O sizin siyasi fəaliyyətinizi necə qiymətləndirir?

- Siyasi fəaliyyətiniz istiqamətində mənimlə birgə addımlayan yoxdur. Mirmehdi adlı oğlum var və onun məsələlərə baxışı fərqlidir. Onun da yanaşmasını təbii qəbul edirəm.

- Sumqayıtda qalırsınız. Amma siyasi fəaliyyətiniz əsasən Bakı ilə bağlıdır və KXCP-nin qərargahı da Bakıdadır. Nə əcəb Bakıya köçməmisiniz?

- Vaxtilə belə imkanlarım olub. Təkliflər də olurdu, deputatlar üçün evlər də tikildi. Təklifləri dəyərləndirdim, amma qəbul etmədim. Gəncliyimdən Sumqayıtda yaşamışam və elə indi də orada qalıram. Heç bir problemim yoxdur.

- Azərbaycan siyasi səhnəsində partiyalardan qopmalar, istefalar olur. İstefa verənlər isə əsasən, partiya sədrini, rəhbərliyini ittiham edir. Bu, qınanılasıdır?

- İstefalar, gəlmələr, getmələr normaldır. Amma təhqirlər normal deyil. İnsanlar partiyaya necə bəh-bəhlə gəlibsə, gedəndə də rahat şəkildə ayrılmalıdır. “Gəldiyi yeri öyürdü, getdiyi yeri söyür” prinsipi olmaz. Hər halda, bunlar hamısı düzələ bilən məsələdir.

- Siyasət elə şeydir ki, hamı haqqında müxtəlif haqlı və ya haqsız fikirlər səsləndirirlər. Sizin də Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə təmaslarınızın, əlaqələrinizin olduğu haqqında iddialar var. Bunlar, haqlı olaraq yazılanlardır, yoxsa uydurmadır?

- Mənim hər kəslə yaxşı münasibətim var. Mənim indiki iqtidar və onların sələfləri ilə də münasibətlərim olub. Bu gün elə iqtidar nümayəndələri var ki, onlarla çox isti münasibətlərim var. Burda qəbahət heç nə yoxdur. Şeyxülislamla da əlaqəm var və bu normal bir münasibətdir. Mən Hacı Allahşükür Paşazadə ilə tədbirlərdə rastlaşıram, görüşürəm, söhbət edirəm. Mən bir millət vəkili kimi 1992-ci ildə Şeyxülislamla birlikdə Qroznıda Qafqaz Evinin yaradılmasında iştirak etmişəm. Onunla ilk əhatəli görüşüm bu zaman olub. Mən Şeyxülislamın ehtiramını saxlamağa borcluyam. O, Azərbaycanın, Qafqazın şeyxidir.

- Neçə ildir “UAZ” avtomobilini idarə edirsiniz. Bu, “UAZ”a olan xüsusi vurğunluqdan irəli gəlir?

- Xeyr. Olan maşının budur. Başqası olsa, onu sürərəm. Amma bu “UAZ”ı satmaq niyyətim də yoxdur. Hətta başqa maşın almaq imkanlarım olsa belə, mən “UAZ”ı satmayacağam.

- Siyasətdəsiniz, gərgin anlar, məqamlar, müzakirələr olur. Bu cür siyasət sizi yormur?

- İşləyən insan həm də yorulmalıdır.

Aqşin Kərimov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov Gürcüstan prezidenti ilə bölgədəki durumu müzakirə etdi 24 Sentyabr 2020, 22:46 Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50 Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb 24 Sentyabr 2020, 16:44