Arxiv
2 Oktyabr 2015, 14:39 | MÜSAHİBƏ
“Başıma güllə dəydi, soldan girdi, sağ tərəfdə ilişib qaldı” - MÜSAHİBƏ

Milli Məclisin deputatı hacı Qalib Salahzadə Modern.az saytının suallarını cavablandırıb:

-Qalib müəllim, Həcc ziyarəti zamanı Məkkədə baş verənlərdən xəbəriniz var. Vəziyyət elə gətirdi ki, siz müqəddəs ziyarəti yarımçıq qoyub geri qayıtdınız. Maraqlıdır ki, hadisənin  baş verəcəyini öncədən hiss etmişdiniz?

- Bu, Allahın işidir. Necə qarışa bilərəm?! Səfərimi yarımçıq qoyub Mədinədən qayıdanda belə hadisənin baş verəcəyindən xəbərim yox idi. Allah məsləhət bildi ki, naib tutub geri qayıdım. Kim desə ki, belə bir hadisənin olacağından xəbəri var idi, demək ki, bu, yalandır. Bu,  Allahın işidir.

-Sizin ziyarəti qəfil yarımçıq qoyub geri qayıtmağınız bir neçə gün mətbuatda əsas mövzuya çevrildi. Mətbuatda yazılanlar  sizə necə təsir etdi?

- Bir şey ki alınmırsa, deməli, Allahın bir bildiyi var. Qaldı ki, mətbutda yazılanlara onu deyim ki, boş şeylərdir. Hər kəs kimi həyatıma davam etdim. Əgər kiminsə kimdənsə xoşu gəlmirsə və desə ki “Allah öldürsün filankəsi!” o zaman yer üzündə insan qalmaz ki... Yəni dediyim odur ki, insanın ürəyində Allah qorxusu olsa, nəyin necə olduğunu bilər.

- 27 dəfə Həcc ziyarətində olmusunuz. Heç olmasa bir dəfə “yoruldum” demisiniz?

-Xeyr deməmişəm. 27 dəfə Həcc ziyarətində olduğum vaxt təkcə Bilgəh kəndindən 200 nəfərdən yuxarı, ümumilikdə isə 500-dən çox  adamı öz hesabıma, öz pulumla  müqəddəs ziyarətə aparmışam. O insanları mən aparmamışam. Allah dəvət edib, mən də bu səfəri reallaşdırmışam. O insanların içində şair, yazıçı, rəssam, artist, din xadimləri, müəllimlər, həkimlər imkansız adamlar olub. Siz soruşursuz deyə, cavab verdim. Yadımdadır ki, bir səfərə 100 nəfəri aparmışam. Həcc ziyarətinə getmək istəyən bəzi insanların maddi imkanı olmayıb, üstəlik tanımamışam da. Sadəcə, müraciət ediblər mən də onları müqəddəs yerə aparmışam.

Bütün bunları Allah yolunda etmişəm. Mən kiməm ki, Allahın evinə kimisə qonaq aparım. Xahiş edənlərin heç birinə “yox” deməmişəm. Bu işi həmişə sevə-sevə etmişəm.

-Məkkədəki məlum hadisədən sonra “kaş ki, geri qayıtmayaydım” kimi peşmançılıq hissi keçirdinizmi?

-Yox olmadı. Nə hadisə baş verirsə, heç vaxt peşmançılıq hissi keçirmirəm. Çünki bir hadisə olacaqsa, Allahın hökmü ilə olacaq və olur da.

- Həmçinin, yerinizə naib qoyub geri qayıtdınız.

-Allah belə məsləhət bildi, mən də qayıdıb gəldim. Bəlkə də səfəri yarımçıq qoyub qayıtmasaydım mən də o adamların içində ola bilərdim. Mənim başıma güllə dəyib. Sol tərəfdən girib, sağ tərəfdə ilişib qalıb. Başıma heç nə olmayıb. 2 aydan sonra da həmin gülləni mənim bədənimdən çıxarıblar.

- Deməli, siz ölüm imtahanından hər dəfə üzüağ çıxırsınız...

- Bəli, güllə hadisəsi 1991-ci ildə baş verib. Ölümü də,  Allahın hirsini də görən adamam. Bu gün mənim doğum günümdür. Zəng edəndə elə bildim ki, təbrik etmək üçün zəng edirsiniz. Səhərdən o qədər zəng edib təbrik edirlər ki.

- Biz də təbrik edirik.

-Sağ olun. Səhər ailə üzvlərimlə söhbət edəndə dedim ki, 1991-ci ildə ölüb gedə bilərdim. Bu gün də bu həyatda olmazdım. Amma, Allah mənə ömür verdi.

Dəfələrlə bir hadisənin iştirakçısına çevrilmişəm. “Sənə belə edərəm, səni öldürərəm” deyən adamlara hər zaman gülə-gülə “gedin işinizlə məşğul olun. Mənə heç nə edə bilməzsiniz” demişəm.  Hətta bəzi adamlar deyir ki, Allah mənim üçün niyə etmir, sənin üçün edir?!

Əslində, Allah nə etdiyini bilir. Kimə nə qədər ömür, maddi imkan vermək lazım olduğunu da bilir. İraqın keçmiş prezidenti Səddam Hüseynə Allah bütün dünyanı versə də, Qurban bayramı günü o, asıldı. Bu, Allahın işidir. Əgər var-dövlətlə hər şey ölçülürsə, onda Səddam Hüseyn ölməyəydi də. Qəddafini götürək. Necə biabırçı vəziyyətdə öldürüldü. Bəzi insanların məntiqi ilə desək,  onda bu adamlar gərək ölməyəydi. Təyyarəyə minib başqa ölkədə ölərdilər.

- 27 dəfə Həcc ziyarətində olan hacının doğum günü necə keçirəcəyi maraqlıdır.

- Doğum günümdə yaxın dostlarım yanımda olur. Həmişə də kabab qonaqlığı istəyirlər. Mən də böyük məmnuniyyətlə bunu edirəm. İndi bilmirəm saat 5-də yığışacaqlar yoxsa 7-də. Amma bu gün mənimlə bir yerdə doğum günümü qeyd edəcəklər. 

-Doğum günü hədiyyəsiz olmur. Bəs siz necə, hədiyyə qəbul etməyi sevirsiniz?

-Açığı deyim ki, həyatım boyu hədiyyə qəbul etməyi sevməmişəm. Çünki sənə kimsə hədiyyə alırsa,  gərək o adamı daim diqqətdə saxlayasan. Onun da doğum günündə hədiyyə alasan. Mənim isə doğum günləri yadımdan çıxır. Ona görə də heç kəsdən hədiyyə qəbul etmirəm. Məni birinci təbrik edən ən kiçik nəvəmlə anam oldu. Nəvəmə anamın adını qoymuşam.

- Siyasətin içində olan adamsınız. Siyasətçi həmkarlarınızdan kimlər təbrik edib sizi?

-Hələ ki heç kim. Siyasətçilər hələ yəqin yatmış olarlar. (gülür)

P.S. Müsahibə bu gün səhər saatlarında alınıb.

Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13