Arxiv
23 Noyabr 2015, 10:28 | MÜSAHİBƏ
“Anam ateist olmağımdan çox həyəcan keçirirdi” - MÜSAHİBƏ

Pənah Hüseyn: “Dini, dindarlığı insanlığın bəlalarının əsas səbəbi kimi görürdüm”

“Alahşükür Paşazadə hələ də şeyxülislam vəzifəsində qalırsa, deməli burada nəsə var”

Modern.az saytının “Siyasətçi və din” rubrikasının növbəti müsahibi keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyndir. Onunla söhbəti təqdim edirik:

- Pənah bəy, SSRİ təhsil sistemindən çıxmısınız, amma indi dindarsınız. Yəni elmi ateizm heç sizin fikirlərinizə təsir etməmişdi?

- Səmimi danışacağam. Mən yeniyetmə və gənclik illərimdə ateist olmuşam. Təxminən keçən əsrin 80-ci illərinin sonunda, 90-cı illərin əvvəllərində fikir, dünyagörüş, mənəvi  aləmimdə  dəyişiklik oldu.

- Düşüncənizdə dönüş nöqtəsi yaradan nə oldu?

- Ola bilsin ki, uzun müddət daxilimdə gedən ruhi dəyişiklərdən və ya mənə məlum olmayan hansısa bir mənəvi-psixoli səbəbdən indi dindaram, müsəlmanam, İslam dininə etiqad edirəm. İndi  mötədil dindaram. Vacib ibadətləri imkan daxilində həyata keçirirəm. Oruc tutub, namaz qılıram.

- Yəqin ki, mötədil dindar olduğunuz kimi, o vaxtlar da elə mötədil ateist olmusunuz. Yoxsa belə deyil?  

- Xeyr.  Mən radikal, mübariz, davakar ateist olmuşam.

- Bəs niyə dinə qarşı radikal mövqedə idiniz?

- Bir çox məsələlər var ki, onun səbəbini başa düşmək olmur. O vaxt dini, dindarlığı insanlığın bəlalarının əsas səbəbi kimi görürdüm. Ona görə də, özümü  hamıdan, xüsusən dindarlardan üstün görürdüm.   

- Ailəniz necə, dindar idimi?

 - Ailəm dindar olub.

- Ateist olmağınız onlarda hər hansı bir mənəvi narahatlıq yaratmırdı ki?

- Rəhmətlik anam mənim ateist olmağımdan çox həyəcan keçirirdi. Mən belə şeylər danışanda neçə dəfə üzünü cırıb, sifəti qana boyanıb. Mən də gülürdüm. Allah günahımdan keçsin, anam da məni  bağışlasın.

- Pənah bəy, dindar olsanız da, Həcc ziyarətinə getməməsiniz. Nə zaman müsəlman dünyasında müqəddəs hesab edilən bu ziyarəti gerçəkləşdirmək istəyirsiniz?

- Həcc ziyarətində olmaq mənim ən böyük arzularımdan biridir. Allah nə zaman qismət etsə, onda Həcc ziyarətində olacam, inşaallah.

- İlk dəfə “Quran”ı nə vaxt oxudunuz?

- Universitet illərində. İlk dəfə “Quran”ın məzmunu ilə rus dilində tanış olmuşam. Təəssüf ki, ərəbcə bilmirəm. Sonralar “Quran”ı Azərbaycan, türk, rus, ingilis dillərində də oxumuşam.

- Başqa səmavi kitabları da oxumusunuz?

- Səmavi hesab olunan bütün kitablarla, ümumiyyətlə bütün böyük dini abidələr hesab olunan kitabları  oxumuşam. “Bibliya” stolüstü kitablarımdandır. Həqiqətən səmavi zövq verir. Müsəlman etiqadına görə, səmavi sayılmayan dini kitablarla da tanışam. Buddistlərin, tibetlilərin, mayyalıların inanclarını öyrənmişəm. Nəzərə alın ki, mən universitet təhsilli tarixçiyəm. Etnologiyanı öyrənmişəm. Elmi ixtisasım da dini və milli olanın qarşılıqlı əlaqəsi mövzusu olub. Mən demək olar ki, istər ibtidai icma quruluşundakı, istərsə də müasir sivilizasiyalı xalqların, mədəniyyətlərin ən azı rus dilində  bütün dini kitabları ilə tanışam. Həm də dinə qarşı olan, aqnostik ədəbiyyata da bələdəm. İndi də oxuyuram. Plotini, (Platonla qarışdırmayaq), Nitsşenin “Antixrist”ini, Axundovun “Kəmalüddövlə məktubları”nı, Yunqun “Alximiyası”nı oxumuşam.

- Səmavi kitablarda hansı fərqləri sezmisiniz?

- “Quran”a münasibətim həm də irrasionaldır, həm də  ilahi olana münasibətdir. Hər hiss etdiyimi anlaya bilmirəm və buna heç çalışmıram da.  Digərlərinə daha çox idraki, rasional yanaşıram. Möhtəşəm mədəniyət hadisəsi kimi, insanın möhtəşəmliyi kimi. Bu kitablarda həm rasional şüurla dərk olunan məsələlər, həm də ruhi-psixoloji məqamlar var. Azərbaycan xalqının mədəni inkişafı üçün düşünürəm ki, bizim təhsil sistemimizdə dünya dinlərinin, o cümlədən səmavi kitabların sivilizasiya dəyərləri və mədəniyyət kimi öyrənilməsinin böyük, həyati əhəmiyyəti var. Dinin, din tarixinin, xüsusən İslam tarixi və mədəniyyətinin elm, mədəniyyət, tarix olaraq öyrənilməsini cəmiyyətin inkişafı üçün zəruri hesab edirəm.

- Bəzi ilahiyyatçılar iddia edirlər ki, İslam dini təriqətlərə qarşıdır, məzhəblərin olması dinə ziddir. Siz də belə düşünürsünüz?

- Bu məsələ Allahın hikmətlərindəndir. Hər dində, onlarla təriqət, məzhəb var, hər tərqətin də öz cərəyanları var. Ümumiyyətlə təriqətsiz, məzhəbsiz din yoxdur. Az qalır deyəm ki, təriqətlər dinin mövcudluq formasıdır. Ancaq bilirəm ki, bu doğru deyil. Hədislər var. Ayələrdən birində   “bunlardan biri haqdır” deyilir. Şiəliyin özündə 20-dən çox qol var. Bu niyə belədir? Bu, ancaq Allahın sona qədər izah edə biləcəyi bir məsələdir.

- Özünüzü hansı təriqətdən hesab edirsiniz?

- İslamam. Məhəmməd ümmətiyəm. Valideynlərim şiə olub. Ulu nənəm sünni olub. Məni də mötədil şiə adlandıra bilərsiniz. O mənada ki, “Əhli-Beyt”ə məhəbbətim var. Peyğəmbərin əmanəti kimi. Mən müsəlman ümmətini vahid vəhdətdə qəbul edirəm. Təriqətlərin olmasını fakt kimi qəbul etsəm də, bölücülüyü böyük bəla hesab edirəm.

Həqiqi dindar olan şiəni məzhəbçilikdən təmizlə, əhli-sünə görəcəksən, həqiqi dindar olan əhli- sünnəni təmizlə şiə görəcəksən. Həqiqi  şiə peyğəmbərin bütün əshabələrinə hörmətlə, bərabər yanaşır, sünni də  “Əhli-Beyt”i sevir.

- Pənah bəy, İslam dünyasında nə qədər dinin siyasətdən ayrı olduğunu desələr də, bunun əksini görməmək mümkün deyil. Dinlə siyasət ayrı olmalıdır, yoxsa vəhdətdə?

- Bu əbədi müzakirə olunan məsələlərdən biridir. Məncə, siyasət və din məsələsində orta bir hədd tapılmalıdır. Mən bunun tərəfdarıyam. Mən öz siyasi baxışlarımı İslam demokratiyası kimi adlandırıram. Yəni məndə hardasa siyasət və dinin yaxınlaşdırılması var. Ancaq mən istəmirəm ki, bu rəsmi dövlət ideologiyası kimi başa düşülsün. O baxımdan Azərbaycan Konstitusiyasında din-dövlət məsələlərini optimala yaxın hesab edirəm. Hərçənd ki, daim  rəsmi ruhaniyyətdən siyasət üçün istifadə olunması hallarına rast gəlirik. Əslində, belə şeylər həmişə olub.  Bir qayda olaraq, tarixdə rəsmi ruhaniyyət rəsmi siyasətə qulluq edib. Bunun əksinə çox az rast gəlmək olur.

- Rəsmi ruhaniyyət deyərkən, tam əminəm ki, Qafqaz Müsəlmanları İdarəsini nəzərdə tutdunuz. Sizcə, bu idarənin predmetini sırf dini motivlərə köklənən bir fəaliyyət hesab etmək olarmı?

- İstər sovet dönəmində, istər Ayaz Mütəllibovun, istər Əbülfəz Elçibəyin, istər Heydər Əliyevin  hakimiyyəti dövrlərində, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri hacı Allahşükür Paşazadə qaldı. Elə indiki hakimiyyət zamanında da eyni statusdadır. Yəni onu bütün hakimiyyətlər üçün əvəzsiz edən nəsə var... Bir-biri ilə münasibətləri mürəkkəb və birmənalı olmayan hakimiyyətlərin dövründə, eyni şəxs Azərbaycanda və Qafqazda rəsmi ruhaniliyinin rəhbəri kimi qalıbsa, deməli burada nəsə var. Deməli, heç bir hakimiyyət cənab şeyx, hacı Alahşükür Paşazadədən yaxşısını tapa bilməyib.

- Nəsə intonasiyanızda və mimikalarınızda ironiya əlamətləri var idi...

- Qətiyyən. Mən dediyim faktın sadəcə  nəzərə alınmasını və bu mövzunun elə burada bitməsini təklif edirəm.

- Sizə düşüncənizdə bir dindar kimi nələr haramdır?

-
Dinin haram buyurduqlarını haram sayıram. Qüdrətim çatacağı qədər haramlara yol verməməyə çalışıram. Bunu hamı üçün özü və Allah arasında olan məsələ hesab edirəm. Dini qadağaların hüquqa gətirilməsini doğru saymıram. Dindarın etməli olduğu odur ki, haram buyurulan şeylərin ziyanları barədə maarifləndirici çıxışlar etsin.

- Bəzi insanlar, pirlərə, ocaqlara bel bağlayır, oradan kömək gözləyirlər. Yəqin ki, siz də inanırsınız belə şeylərə.

- (Gülümsəyir). Pirlərə, ocaqlara fərqli tənqidi münasibət bildirən kimi, adamı vəhhabilikdə ittiham edirlər. Əlbəttə ki, mən öz inanclarımı yuxarıda qeyd etdim. Vəhhabilik adlandırılana da münasibətim birmənalıdır. Nə deyirlərsə desinlər, onlar özlərini digər müsəlmanlardan üstün tutmaqla doğru yolda deyillər. Sualınıza gəldikdə isə... Səcdə Allahadır. Şəfa mənbəyi Allahdır və Allaha xatir də istənməlidir. Pirə, ocağa, müqəddəslərə inamı o həddə qədər mümkün hesab edirəm ki, bu əsas olana zidd olmasın. Sizə açıq deyim ki, ifrat pir, ocaq, ağac və s kimi yerlərə etiqadlara ehtiyatla yanaşıram. Bu yerlər Allaha olan inamı kənara qoyursa, bunun əleyhinəyəm, qoymursa, qəbul ediləndir.

- Ateist dostlarınız varmı?

- Dost bir qədər fərqli anlayışdır. Mənim dost adına deyə biləcəyim yüzlərlə insan yoxdur. Hazırkı dostlarımın içərisində ateist olanlarını xatırlaya bilmirəm.

- Bayaq dediniz ki, bir zamanlar ateist olmusunuz. İndinin özündə ateist olanlara nə çağırış edərdiniz?

- Dua edirəm ki, Allah ateistlərin qəlbinin möhürünü götürsün. Ancaq Allahın özü ateistlərə kömək ola bilər. Bizdən isə deməkdir, dua etməkdir.

- Bəs ateistlərin o biri dünyada cəza alacağına inanırsınız?

- Bunu Allahdan başqa heç kim bilməz. Bu işlərə baş vurmağın tərəfdarı deyiləm.  

- Gənclik illərinizdə dindar olmadığınıza görə içki də  içirdinizmi?

- İçkini hələ ateist olanda tərgitmişəm.

- İddia olunur ki, Azərbaycanda radikal dindarlığı himayə edənlər arasında məmurlar, nazirlər də var. Belə bir şey mümkündürmü?

- İstisna etmək olmaz. Bu, din formasında çıxış edən beynəlxalq şəbəkələrin uzantıları da ola bilər.

- Sonda nə demək istərdiniz?

-Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur.  

Aqşin KƏRİMOV

***
Həmçinin oxu:

Mirzə Sakit: “Azərbaycandakı ilahiyyatçıların hamısı nağılbazdır” - MÜSAHİBƏ
http://modern.az/articles/81291/1/

““Quran”ı, “Tövrat”ı, “İncil”i Allahın göndərdiyinə inanmıram” - MÜSAHİBƏ
http://modern.az/articles/81123/1/

Rəsul Quliyev: “Cənnət-cəhənnəm ideyası insanları mütiləşdirmək üçün uydurulub” - MÜSAHİBƏ
http://modern.az/articles/80501/1/

Siyavuş Novruzov: “Adama deyərlər, əməl etməyəcəkdinsə, Həccə turist səfərinə getmişdin?!” - MÜSAHİBƏ
http://modern.az/articles/80918/1/


“Siğə oteldə yüngül əxlaqlı qadınla bir yerdə qalmaq kimi bir şeydir” – MÜSAHİBƏ
http://modern.az/articles/82623/1/

“Dediklərim Allaha xoş getmirsə, qoy vurub məni öldürsün” - MÜSAHİBƏ
http://modern.az/articles/83027/1/

“Darvinin nəzəriyyəsinə ciddi cavab verə biləcək bir elmi nəzəriyyə yoxdur” - MÜSAHİBƏ
http://modern.az/articles/83913/1/

Sərdar Cəlaloğludan qalmaqallı MÜSAHİBƏ: “Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir”
http://modern.az/articles/88433/1/

“Sərdar Cəlaloğlu ədəbazlıq, Mirzə Sakit isə kafirlik edir” - MÜSAHİBƏ
http://modern.az/articles/88864/1/

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13