Modern.az

“Finlandiya Tatarları” kitabının təqdimatı keçirilib - FOTO

“Finlandiya Tatarları” kitabının təqdimatı keçirilib - FOTO

21 May 2024, 13:38

Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Finlandiya Tatarları Cəmiyyətinin imamı Ramil Belyaevin “Finlandiya Tatarları” kitabının təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, layihəyə dəstək verən Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Başqanlığı (YTB) və Türkiyənin Finlandiyadakı səfiri Dəniz Çakar tədbirin təşkilinə görə Azərbaycan Evinə təşəkkür ediblər. Gələcək layihələrdə də əməkdaşlıq etmək istəyində olduqlarını bildiriblər. Tədbirə Finlandiyada fəaliyyət göstərən Qazaxıstan və Özbəkistan diaspor təşkilatlarının nümayəndələri də qatılıblar.

 

Sonda Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi , YTB və Türkiyənin Finlandiyadakı Səfirliyindən Azərbaycan Evinə hədiyyələr təqdim olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri