Qazaxıstanın 15 vilayətində seçkilər başa çatdı

Qazaxıstanın 15 vilayətində seçkilər başa çatdı

Dünya

19 Mart 2023, 18:11

Qazaxıstanın 15 vilayətində parlament seçkiləri başa çatıb.

 

Modern.az "Kazinform"a istinadən xəbər verir ki, seçici aktivliyi 53 faizdən çox olub.

 

Ölkənin Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qızılorda və Manqistau vilayətlərində seçki məntəqələri Astana vaxtı ilə saat 21:00-da bağlanacaq. Qazaxıstandan xaricdə formalaşdırılmış məntəqələrdən ABŞ-ın San-Fransisko şəhərindəki seçki məntəqəsi isə Astana vaxtı ilə 20 mart saat 9:00-da qapadılacaq.

 

Seçkinin rəsmi nəticələri səslərin tam şəkildə sayılmasının başa çatmasından sonra açıqlanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bu hadisə Rusiya və İranın dağılmasına səbəb olacaq