Modern.az

Gürcülərdən Putinə XAHİŞ... 

Gürcülərdən Putinə XAHİŞ... 

16 İyun 2024, 13:58

“Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasının üzvləri Rusiya prezidenti Vladimir Putinə iki ölkə arasında viza rejiminin ləğvi xahişi ilə müraciət ediblər.

 

Modern.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, siyasətçilər öz videomüraciətində həmçinin Rusiyada qalma müddətini pozan Gürcüstan vətəndaşlarının azadlığa buraxılmasına çağırıb və gürcülərin məşğulluq qaydalarının yüngülləşdirilməsini təklif ediblər.

 

Partiya üzvləri qeyd ediblər ki, bu tədbirlər Rusiya ilə Gürcüstan arasında münasibətlərin daha da yaxınlaşmasına kömək edəcək, həmçinin mehriban qonşuluq və diplomatik münasibətlərin tezliklə bərpası üçün əlverişli zəmin yaradacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu