Modern.az

Gəncədə qadın keçmiş əri tərəfindən qətlə yetirildi

Gəncədə qadın keçmiş əri tərəfindən qətlə yetirildi

Hadisə

19 Mart 2023, 13:44

Gəncədə qadın qətlə yetirilib, keçmiş əri şübhəli şəxs qismində tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, Gəncə şəhər sakini Züleyxa Şirinovanın aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölməsi faktına görə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin əri Ruslan Şirinov şübhəli şəxs qismində saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi