Modern.az

I qrupun ən yüksək bal toplayan abituriyenti universitet seçimi edib

I qrupun ən yüksək bal toplayan abituriyenti universitet seçimi edib

27 İyul 2024, 12:41

İyulun 14-də keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri dünən açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) iki nəfər toplayıb.

Həmin iki şagirddən biri Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Rüfət Raqif oğlu Əsədovdur.

Gimnaziyadan Modern.az-a verilən məlumata görə, Rüfət Əsədov ali təhsilini harada alacağını artıq dəqiqləşdirib. Belə ki, o, Bakı Ali Neft Məktəbində (BANM) oxumaq niyyətindədir. Rüfət ixtisas seçimi zamanı BANM-ı 1-ci sırada yazacaq.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq.

A.Qorxmaz
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri