Modern.az

Xamenei Pezeşkianın prezident seçilməsinə niyə RAZI OLDU…

Xamenei Pezeşkianın prezident seçilməsinə niyə RAZI OLDU…

Analitika

12 İyul 2024, 12:26

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian iyulun 30-da dövlət başçısı kimi and içəcək.

İran qanunvericiliyinə görə, M.Pezeşkian andiçmə mərasimindən sonra iki həftə ərzində yeni hökumətin tərkibini parlamentə təqdim edəcək. Daha sonra parlament bir həftə ərzində təklif olunan nazirlərin namizədliyini müzakirə edəcək.

Modern.az xəbər verir ki, bir sıra xarici analitiklər və ekspertlər yeni seçilmiş prezident Məsud Pezeşkianın İranın ali lideri Ayətullah Əli Xamenei ilə nə dərəcədə anlaşa bildiyini şərh etməyə çalışırlar. Bununla bağlı xarici KİV-lərdə müxtəlif məlumatlar dərc edilməkdədir.

Yayılan fikirlərdən birinə görə, Ayətullah Xamenei islahatçı Məsud Pezeşkianın İran prezidenti seçilməsinə icazə verib ki, o, mübahisəli məsələlərdə Qərblə razılığa gələ bilsin.  

Bunu mümkün sayan analitiklərlə yanaşı, razılaşmayanlar da var. Məsələn, rusiyalı politoloq Aleksey Makarkinin fikrincə, Ayətullah Xameneinin hər şeyə qadir olduğu barədə fikirlər çox şişirdilir. Makarkinin fikrincə, İranın ali lideri çox şeyə qadirdir, amma hər şeyə yox. Onun sözlərinə görə, Xamenei 2021-ci ildə islahatçıları mümkün qədər təcrid edərək, qatı mühafizəkarları gücləndirməyə çalışdı və nəticədə İbrahim Rəisi qələbə qazandı.

Rusiyalı analitik deyib ki, 2024-cü ildə seçkilər xeyli fərqi zamana təsadüf edib. Ölkədə mühafizəkarlara qarşı xeyli narazılıq var, onlar xüsusilə sosial-iqtisadi sahədə müsbət dəyişikliklərə nail ola bilmədilər. Mühafizəkarlar sadəcə inzibati resurslardan istifadə etməyə çalışdılar. Bu vəziyyətdə onilliklər ərzində İslam Respublikası daxilində formalaşan yazılmamış qanunları nəzərə alan islahatçılar yenidən meydanlara qayıda bildilər.

Politoloqun fikrincə, mərhum prezident Rəisinin ölümündən sonra keçirilən seçkilərdə İranın ali lideri mühafizəkarların zəmanətli qələbəsini təmin edə bilməzdi. O, həmçinin iki mühafizəkar namizəd (Səid Cəlili və Məhəmməd Baqir Qalibaf) arasındakı ziddiyyətləri də həll edə bilmədi. Nəticədə Pezeşkian qalib gəldi. Yəni Xamenei məcburiyyətdən Pezeşkianın qələbəsilə barışmalı olub.

Burada bir sual yaranır: Pezeşkianın seçilməsi doğrudanmı ali rəhbərin ürəyincədir?

Aleksey Makarkinin qeyd edir ki, Ayətullah sadəcə olaraq ümumi hissləri nəzərə alıb və islahatçı prezident fiquru ilə ölkədə yığılan ümumi narazılığı aradan qaldırmağa çalışıb.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri