Arxiv
7 Fevral 2011, 16:34 | MÜSAHİBƏ
Azay Quliyev: «Qobustan həbsxanasında həmişə gərginlik olub»

«İradə Cavadova vəkil olduğu üçün İctimai Komitədə növbəti mərhələyə keçə bilməyib»

Son günlər ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibinin seçilməsi ilə bağlı narazılıqlar mətbuat vasitəsilə ifadə olunmaqdadır. Komitənin yeni tərkibindən kənarda qalan hüquq müdafiəçisi İradə Cavadova tənqidi mövqedə olduğu üçün qurumdan uzaqlaşdırıldığını iddia edir. Komitənin ötən dəfəki tərkibi seçiləndə də buna bənzər narazılıqlar olmuşdu. Bu arada Qobustan qapalı həbsxanasında narazılıqlar davam etməkdədir. Bəzi məhbusların yaxınları həbsxanada özbaşınalıqlara yol verildiyini iddia edirlər. Bu günlərdə Ombudsman Aparatının əməkdaşları da həmin həbsxanada monitorinq keçirərkən məhbuslardan bir neçəsi ciddi narazılıqlar səsləndirib.
Bu və digər məsələlərlə bağlı Modern.az-ın suallarını Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev cavablandırdı.
- Azay müəllim, ədliyyə naziri yanında İctimai Komitədə bəzi narazılıqlar var. Komitənin tərkibindən kənarda qalanlar iddia edirlər ki, onlar çatışmazlıqları tənqid etdikləri üçün qurumdan uzaqlaşdırılıblar. Sizcə, İctimai Komitədə nə baş verir?
- Demokratik fikirli insanların İctimai Komitədən uzaqlaşdırılması ilə bağlı deyilənlər tam yalnış bir fikirdir. Mən hesab edirəm ki, Komitənin üzvü olmuş İradə Cavadova düzgün açıqlıma verməyib. Həddindən artıq yalnış yanaşmadır. Əvvəla ona görə ki, İctimai Komitənin tərkibi ildə bir dəfə dəyişir və rotasiya olunur. Budəfəki dəyişiklik də növbəti bir rotasiyadır. Komitədə İradə xanımla bağlı heç kimin narazılığı, etirazı yoxdur. Mənim bildiyimə görə, İradə Cavadova vəkil olduğu üçün İctimai Komitədə növbəti mərhələyə keçə bilməyib. Ona görə ki, vəkil işi ilə məhbusların hüquqlarının qorunması arasında müəyyən maraqların konflikti yarana bilər. Bu bir ehtimal olaraq səsləndi və nəzərə alındı. Amma Komitənin indiki tərkibinə baxsanız görərsiniz ki, orada kifayət qədər tanınmış hüquq müdafiəçiləri, Azərbaycanı tənqid edən şəxslər var. Həm də nəzərə almaq lazımdar ki, indi hər hansı cəzaçəkmə müəssisəsində monitorinq aparmaq üçün dövlətdən, Penitensiar Xidmətdən hər hansı icazə alınmır. Ona görə də, hər bir hüquq müdafiəçisi istənilən vaxt istənilən həbsxanaya gedib orada müşahidə apara və monitorinq keçirə bilər. Elə bir mexanizm yaradılıb ki, orada subyektivliyə və sui-istifadə hallarına yer qalmır. Bu baxımdan, mən o fikirlə razı deyiləm ki, kimsə tənqidi mövqedə olduğu üçün Komitədən uzaqlaşdırılıb. Digər tərəfdən, İctimai Komitənin üzvü olmadan da hər bir hüquq müdafiəçisi həbsxanalara gedib monitorinq keçirə bilər. Düzdür, İctimai Komitənin üzvlərinə müəyyən imtiyazlar verilib, vəsiqə verilib və onların həbsxanalara birbaşa girmək hüququ tanınır. Amma bu o demək deyil ki, digərləri bunu edə bilməzlər.
- Qobustan qapalı həbsxanasında baş verənlər cəmiyyətə həmişə ziddiyətli formada çatdırılır. Həbsxanadakıların yaxınları vəziyyətin gərgin olduğunu, orada problemlərin mövcudluğunu deyir, Penitensiar Xidmət isə bunu təkzib edir. Amma Ombudsman Aparatı bu günlərdə məlumat yaydı ki, Qobustan həbsxanasında monitorinq keçirilərkən məhkumlar ciddi şikayətlər və narazılıqlar ediblər.
- Mən bu məsələni birinci dəfədir eşdirəm. Əgər belə hallar varsa, bunun qarşısı alınmalıdır. Orada ümumiyyətlə, həmişə gərginlik olub. Çünki Qobustan həbsxanasında ağır kateqoriyalı, dəfələrlə və ağır cinayətlər törətmiş məhkumlar cəza çəkirlər. Onların da əksəriyyəti ömürlük cəzaya məhkum olunanlardır. Bu adamların itirəcəyi heç nə yoxdur. Buna görə də bəzən gərgin vəziyyət yaradırlar. Əgər belə gərginlik varsa, mətbuat bu məsələni qabardırsa, İctimai Komitənin üzvləri mütləq şəkildə Qobustan həbsxanasına getməlidir və məsələni yerindəcə araşdırmalıdırlar. Əgər doğrudan da həbsxanada neqativ hallar varsa, həbsxana rəhbərliyi tərəfindən məhkumlara qarşı qanun pozuntusuna yol verilirsə və məhbuslar işgəncələrə məruz qalırsa, o zaman bunları araşdırıb qəti tədbirlər görmək lazımdır. Əksər təqdirdə, İctimai Komitənin işinin effekti olmaz.
- Ömürlük həbs cəzası çəkən məhbuslardan danışdınız. Sizcə, onların cəzası azaldıla və yaxud və onlar əfv olunub amnistiyaya düşə bilərmi?
- Amnistiya maddələr üzrə verilir. Ağır, xüsusilə ağır cinayətlər törətmiş şəxslərin amnistiyaya düşəcəyinə inanmıram. Bu, mümkün deyil. Əfvə gəldikdə isə, əgər kiminsə törətdiyi cinayətlər ictimai baxımdan hələ də təhlükəli olaraq qalırsa və bu cinayətlərdən kifayət qədər zərər çəkən şəxslər və ailələr varsa, bu cür insanların əfv olunması mümkün deyil. Müvafiq əsasnamə və qaydalar bunu qadağan edir. Dövlət bir vətəndaşını məmnun etmək xatirinə digər vətəndaşının hüququnu poza və ona mənəvi iztirablar verə bilməz. Bunu nəzərə almaq lazımdır.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 Səttar Möhbalıyev: Şəhidlərə ehtiramımız sonsuzdur! 4 Dekabr 2020, 15:10 “Türk əsgəri olduğu torpağa həmişə sülh gətirib” - Deputat 4 Dekabr 2020, 15:05 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 LAÇIN-düşmən üzərində tam Qələbə! 4 Dekabr 2020, 14:55 Naftalanda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO 4 Dekabr 2020, 14:50 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:45 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44 Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ 4 Dekabr 2020, 12:38 Şəhid xanəndənin ailəsi üçün ev tikiləcək - VİDEO 4 Dekabr 2020, 12:32 Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 12:26 AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı 4 Dekabr 2020, 12:20 Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?