Arxiv
17 May 2011, 14:40 | MƏDƏNİYYƏT
Bir almanın həyəcanı: "Baku, Baku, wir fahren nach Baku!"

“Avroviziya Mahnı Yarışması – 2011”in sonucları bəlli olduqdan sonra bir alman TV aparıcısının həyəcanla, sevinclə dediyi bu sözlərin mənası “Bakı, Bakı, biz Bakıya gedirik!” deməkdir. Əcəba, bir almanı bu sevincə boğan nədir görəsən? Bəlkə də o alman heç Azərbaycanda olmayıb. Bəlkə də ölkəmiz haqqında heç bir bilgisi yoxdur. Kim bilir? Ancaq onun bu sevinci o qədər təbii idi ki, hər bir Azərbaycanlı, hər bir türk bundan qürur duymalıdır.

Yarışma bizim üçün çox uğurlu bitdi. Görünən odur ki, bu müsabiqədə Azərbaycan və onu sevənlər, ümumiyyətlə isə türk dünyası bir neçə günlük də olsa global səviyyədə ürəkdən sevinə bildi. Elə mən də sevindim və sevinməyə davam edirəm.

Yarışma bizim zəfərimizlə bitincə İnternetdəki dostlarımla ünsiyyətə keçdim. Allah, Allah! Dünyanın az qala hər köşəsindən şəxsən mənə – ki, mənim bu yarışmaya heç bir formada dəxlim yoxdur – təbriklər gəlməyə başladı. Daha haralardan bizi təbrik etmirdilər? Özü də sevinclə, həyəcanla, həvəslə təbrik edirdilər. Elə bil ki, təbrik edənlərin hər biri özünün zəfərindən cuşa gəlmişdi.

Təbriklər Tatarıstandan, Başqırdıstandan, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Ahıskalılardan, Batı Trakyadan, Bulgaristandan, Doğu Türkistandan, Gagauziyadan, Türkiyedən, Kuzey Kıbrısdan, Güney Azərbaycandan, Türkmeneli – Kerkükdən, Türkmenistandan, daha nə bilim haralardan gəlirdi. Bir anda Facebook hesabım bu təbriklərlə doldu daşdı və idarə edəməz oldum! Bütün bunlar əlbəttə ki, məni sevindirirdi və bu sevinci paylaşdıqca ikiqat sevinirdik. Hamımız sevinirdik. Bütün türk dünyası sevinirdi. Bütün türk dünyası bu zəfəri özünün zəfəri kimi qəbul edir, bir Azərbaycanlı nə qədər sevinirdisə, bir tatar, bir başqurd, bir özbək, bir türkmən, bir qazaq, bir qırğız da eyni dərəcədə və bəlkə də bizdən çox sevinirdi. Möhtəşəm bir həyəcan vardı bizdə. Bəlkə də o gecə mənim yaşadıqlarımı çox adam yaşamadı, çox adam heç görmədi. Çünki insanlarımız daha çox Türkiye haqqında bilgili olduğundan bu ölkədə olub bitənlərdən xəbər tutarlar. Digər türk ellərindən insanlarımız o qədər də xəbərdar deyillər təəssüf ki…

O gecə bir az təəssüf doğuran hallar da yaşandı. Cəmi bir neçə nəfər Azərbaycanlı bu zəfərin dəyərini gözdən salmaq üçün əllərindən gələni etdi. Təəssüf ki, əlbəttə. Biri dedi bunun nə mənası var, bir yarışmadır da, udmuşuq?! Başqası da dedi ki, indi hakimiyyət bundan da şou düzəldəcək və s. Çox da bənd olmadım onlara. Düzdür, bir az nəyin nə olduğunu izah etməyə çalışdım, ancaq faydası olmadığı üçün bu adamları siyahılarımdan sildim, canım qurtuldu. Bu üzdəniraq Azərbaycanlılarla birlikdə təbii ki, dünya erməniləri də bizim zəfərimizin dəyərini aşağı salmaq üçün əllərindən gələni etmiş və yəqin edəcəklər də. Ancaq yel qayadan nə aparar ki?

İndi yarışma bitdi. Artıq hiss-həyəcan da yavaş-yavaş arxada qalmaqdadır. Dünya mediası da yavaş-yavaş bu mövzunu qapatmaqdadır. Ona görə də düşünürəm ki, sakit və soyuq başla “Avroviziya Mahnı Yarışması – 2011” haqqında öz dəyərləndirməmizi topluma təqdim edə bilərik.

Hər şeydən öncə demək lazımdır ki, Azərbaycanın 1-ci kanalı – İTV bu yarışmadakı möhtəşəm zəfərlə bir daha birinci olduğunu, ölkəmizi və millətimizi dünyaya tanıtmağın ən yaxşı yolunu başqa psevdomilli TV kanallarından daha bacarıqlı və daha layiqli bir şəkildə həyata keçirə biləcəyini sübut etmiş oldu. Təbrik etməklə bərabər İTV direktoru İsmayıl Ömərov və bütün çalışanlarına bir vətəndaş təşəkkürümü də ifadə edirəm. Halal olsun sizlərə!

Azərbaycan dövləti başda prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva olmaqla əllərindən gələni etdi ki, dövlətimiz (məhz dövlətimiz!) və xalqımız öz sözünü desin və layiq olduğu yeri əldə etsin. Ayrıntılara girmədən demək istərdim ki, dövlətimiz bu işin öhdəsindən layiqincə gəldi! Bu uğur başda prezident olmaqla onun komandasının səmimi üzvlərinin hər birinin uğurudur. Və yenə də başda prezident İlham Əliyev olmaqla bu komandaya vətəndaş təşəkkürümüzü ifadə edirik.

Bunlar öz yerində. İndi də keçək rəqəmlərə və faktlara.

Sözüm əsasən bu yarışmadakı zəfərimizi aşağılamaq istəyənlərədir. Onlar iddia edir ki, qalib gəlsək də milyonlarla pul xərcləməyə dəyməzdi. Qarabağ işğaldaykən, qaçqınlarımız varkən və s. dövlətin bu cür yarışmalara zaman və pul xərcləməsi yanlış bir şey imiş. Onların dediyinə görə əlbəttə.

Mənsə iddia edirəm ki, Azərbaycan dövləti bu cür yarışmalara nə qədər çox can yandırarsa, bir o qədər yaxşıdır. Niyə? Çünki…

Çünki nəzərə almaq lazımdır ki, hələ təkcə bu yarışmada iştirak edən 43 dövlətin bütün TV kanalları da daxil olmaqla mediası ən azı bir həftə müddətində davamlı olaraq Azərbaycana diqqət ayırmaqdaydı. Demək ki, bizi tanımayanlar belə bu yarışmadakı iştirakımıza görə tanıdılar. Bu isə hardasa bir milyarda (!) yaxın insan deməkdir! Rəqəmin fərqinə varmaq lazımdır!

Çünki Azərbaycan milyonlarla pul xərcləyib özünü bu qədər tanıda bilməyəcəyi təqdirdə cəmi iki milyon manatla bir anda bütün dünyanın gündəmini işğal etmiş oldu!

Çünki Azərbaycan davamlı olaraq xəbər qaynaqlarında birinci yerdədir də ondan ötrü bu işə pul xərcləməyə dəyərdi!

Artıq yarışmadan üç gün keçəndən sonra Google-da ingilis dilində axtarış apardım və təkcə Avroviziya ilə bağlı xəbərlərdə Azərbaycan haqqında on səkkiz milyon nəticə çıxdı! On səkkiz milyon! Bu qədər geniş təbliğ olunmaq üçün Azərbaycan dövləti neçə milyard pul xərcləməliydi görəsən? Hələ mən başqa dillərdəki xəbərləri demirəm. Daha iki milyon alman dilli qaynaqlarda nəticəyə rast gəlirik. Ərəb dilli, rus dilli, fransız, ispan və s. aparıcı dillərdə olanları da bunun üzərinə gəlsək Azərbaycan haqqında bu son günlərdə ən azı əlli milyon dəfə yazı yazılıb, veriliş yayınlanıb! Bu böyüklükdə təbliğatı qurmaq üçün on illər və yüz milyardlar lazım olardı ki, cəmi iki milyon pulla Azərbaycan dövləti bunu həll edə bilib! Bunu anlamaq və dəyərləndirmək lazımdır!

Azərbaycanın Avroviziyada sərgilədiyi daha bir jest isə bütün dünyaya mesaj oldu: Azərbaycan bütün türk dünyası üçün bu yarışmaya qatılır! Nigarla Eldar elə mətbuata verdikləri açıqlamada da bunu açıq şəkildə ifadə etmişdilər: biz bütün türk dünyası adına yarışırıq! Sonda isə Nigarın Türkiye bayrağını əlinə alaraq səhnəyə çıxması türk düşməni olan hər kəsi sadəcə məhv etdi! Xüsusən də bir neçə il öncə Bursadakı Türkiye-Ermənistan futbol oyunu zamanı Azərbaycan bayrağını təhqir etməklə dövlətlərimiz və xalqlarımız arasında soyuqluq yaratmaq istəyənlərə bu gediş tərs bir şapalaq oldu: biz Azərbaycanlılar Türkiyeni də, digər türk dövlət və topluluqlarını da ana yurdumuz Azərbaycan qədər sevirik!
Bu yarışma başqa maraqlı məqamları da ortaya çıxardı. Yuxarıda da qeyd etdiyimiz kimi bütün türk dünyasının Azərbaycanın zəfərini öz zəfəri kimi qəbul edib sevməsi olduqca önəmli tarixi faktordur! Bu öz yerində.

Ancaq yerində olmayan bir məsələ də var. Azərbaycanın səs ala biləcəyi və almadığı ölkələr məsələsi.

Almaniya Azərbaycana səs vermədi. Halbuki bu ölkədən səs gözləmək bizim ən təbii haqqımız idi. Çünki burada Azərbaycanlılar da daxil olmaqla üç milyondan beş milyona qədər türk yaşayır. Demək ki, bu toplumla iş aparılmayıb. İş aparmalı olan adam(lar) yerində olmayan(lar)dır. Başda Azərbaycanın həmin ölkədəki adını bilmədiyim səfiri olmaqla!

Bulgaristandan da səs almadıq. Halbuki buradan da səs almaq bizim təbii haqqımız idi. Cəmi səkkiz milyonluq əhalisinin bir milyona qədəri türk olan bir ölkədən səs gözləməyə bizim mütləq haqqımız vardı. Ancaq olmadı. Demək həmin ölkədəki bu güclə də işləməli adamlarımız yerində deyil. Bu ölkədəki səfirimizin də adını bilmirəm təəssüf ki!

Başqa bir maraqlı ölkə də Avstraliyadır. Şaşırmayın, Avropaya dəxli olmasa da bu ölkənin də Avroviziya ilə bağlı maraqlı bir gedişi var. Avstraliya sakinləri də Avroviziya yarışmasında rəmzi şəkildə seçim edirlər. Sadəcə özləri üçün. Məsələ ondadır ki, bu ölkədəki seçimdə Azərbaycan 25-ci, yəni sonuncu yeri tutub. Düzdür, bu, rəsmi bir şey ifadə etməsə də Azərbaycan dövlətinin həmin ölkədə yoxluğunun daha bir xoş olmayan örnəyidir. Deməli o ölkə ilə ciddi işləmək lazımdır. Özü də nəzərə almaq lazımdır ki, həmin ölkədə də ciddi bir türk toplumu, həm də çox fəal bir toplum var.

Bu cür ölkələrlə bağlı misalları çox çəkmək olar. Bizim diqqət çəkmək istədiyimiz məsələ odur ki, Azərbaycan əslində dünya türklərini səfərbər edə bilsə bundan da böyük zəfərlərə imza ata bilərik. Yenə də ayrıntılara girmədən hər kəsin nə demək istədiyimi anladığını ummaqdayam.

Və sonda. Yuxarıda yazdıqlarım indiyə qədər olanlardır. Bizi bundan sonra indikindən ən azı on dəfə artıq bir uğur gözləyir. Axı 2012-ci ildə bu yarışmaya ev sahibliyini biz edirik! Demək ki, indikindən qat-qat artıq diqqət olacaq üzərimizdə. Bundan isə yetərincə yararlanmaq üçün Azərbaycan dövlətinin kifayət qədər imkanları var. Yalnız bəzi duyarsız və yararsız səfirlərimizin məsələsinə yenidən baxmasaq gözlənilən uğur əldən getmiş olmasa əlbəttə…

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27