Modern.az

Bir şəklin tarixçəsi - İsmət Qayıbovun fotokamerası, Salatın Əsgərovanın qatili...

Bir şəklin tarixçəsi - İsmət Qayıbovun fotokamerası, Salatın Əsgərovanın qatili...

4 Oktyabr 2018, 08:27

Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında bu dəfə üç şəkil təqdim edir.

Bu şəkillərdə amansızcasına qətlə yetirilmiş Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərovanın qatilləri əks olunub.


Zaman
- 1991-ci ilin yanvarı... Sonradan Azərbaycanın Milli Qəhrəmanı adı verilən  jurnalisti Salatın Əsgərovanın öldürülməsindən 20-25 gün sonra...

Məkan - Salatın Əsgərovanın güllələndiyi körpüdən bir az yuxarıda yerləşən Şuşa rayonun Qaladərəsi kəndi...

Təqdim etdiyimiz hər üç şəkli Azərbaycanın ovaxtkı Baş prokuroru mərhum İsmət Qayıbov şəxsən fotokameranın yaddaşına köçürüb...

 

Şəkildə 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı quldurları tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərovanın qatili, banda başçısı Arno Mkrtıçyan və ehtiyatda olan polkovnik Azay Kərimovdur.


A.Kərimov şəxsi arxivindən Modern.az-a təqdim etdiyi 3 fotoşəkil haqqında bunları xatırlayır:


1-ci şəkil -
“Qaladəsəri kəndidir. Bu kənddə həmişə ermənilər yaşayıb. Şəkildəki sizin həmkarınız Salatın Əsgərovanı vuran 6 nəfərlik bandanın başçısı, Qaladərəsi kəndinin fizika-riyaziyyat müəllimi Arno Mkrtıçyandır. Əlində avtomat olan isə mənəm. Mən Mkrtiçyana görə erməninin 4 dinc sakinini vurduqdan sonra məktəbin “podvalı”na girdim. Əvvəl atmaq istədim, elə o da atmaq istəyirdi. Amma cəsarəti çatmadı, dizlərini yerə qoyub ağladı. Çantasından “ot morya do morya Armeniya” (“Dənizdəın dənizə Ermənistan” xəritəsi çıxdı. Bir də xatırladığım Salatını vurduğu avtomatın qundağına faşist xaçı çəkilməsidir.

Sizə təqdim etdiyim ilk şəkli rəhmətlik prokror İsmət Qayıbov şəxsən öz fotoaparatı ilə çəkmişdi. Bu şəkli Şuşaya gələndə vermişdi mənə, üstündə də 500 rubl”.

 


2-ci şəkil -
İsmət Qayıbovun çəkdiyi və sonradan polkovnikə təqdim etdiyi bu  fotoşəkildə də Azay Kərimov və Salatın Əsgərrovanın qatili Arno Mkrtıçyan əks olunub.



3-cü şəkil –
A.Kərimovun eyni məzmunlu digər şəkil haqqında dedikləri:

“Bu şəkildəki həmin bandanın üzvərindən olan avtobus sürücüsü Edikdir. Edikin başını kəsməyə aparırdıq. İsmət Qayıbov xəbər tutub arxamızca özünü çatdırdı, qışqırdı ki, “yoox, etməyin! Türmədə çürüdəcəm onu, çürütdürüb öldürəcəm”. Bu şəkli də özü çəkdi. Burada arxadakı mənəm, qıvrımsaç, üzütüklü Edikdir. Digər bığlı olan döyüşçü Orduxan Kərimovdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir