Arxiv
24 Dekabr 2018, 16:01 | REPORTAJ
Məmurlar jurnalistlərlə sülhə razılaşdılar - FOTOLAR

Bu gün - dekabrın 24-də Diasporla İş üzrə Dövlət Komitəsinin, Milli Məclisin Gənclər və İdman Komitəsinin, Parlament Jurnalistləri Birliyinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları və Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni İlə həsr olunmuş futbol matçı keçirilib. 

 

Modern.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ilə ilk dəfə keçirilən yoldaşlıq oyunu “ASK Arena” stadionunda baş tutub.

Gərgin idman mübarizəsi şəraitində keçən oyun 6:6 hesabı ilə başa çatıb.

 

Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatlarından ibarət olan komandanın heyətindən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və digərləri qol vurublar.

Jurnalistlərdən ibarət komandadan isə Anar Kəlbiyev, Aqil Aslan, Tural Məmmədli və Nurani İsgəndərov rəqib komandanın qapısına yol tapa bilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov oyundan sonra jurnalistlərə bildirib ki,  bu gün -24 dekabr Prezident İlham Əliyevin ad günüdür.

 

“Stadionda gözəl əhval ruhiyyə var. Milli Məclisin Gənclər və İdman Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Parlament Jurnalistləri Birliyinin, “Neftçi”  veteranlar klubunun nümayəndələri, jurnalistlər bu gün bura yığışmışık ki, bir dostluq görüşü həyata keçirək.

 

Gördüyünüz kimi, çox yaxşı, mehriban, münasibət var. Ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı çox yüksək səviyyədədir. Biz çox şadıq ki, bizim jurnalistlərimiz, veteranlarımız, dövlət qulluqçularımız, Diaspor Komitəsinin də bütün tərkibi burda iştirak edir. Futbol meydançasında bizi izləyirlər. Son 20 ilə yaxın, xüsusilə də son 15 ildə həyata keçirilən islahatlar birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır. Qabaqdan bizim böyük uğurlarımız gəlir”.

 

Komitə sədri bildirib ki,  yaxın zamanlarda möhtərəm cənab Prezidentin başçılığı altında belə oyunları Şuşada, Laçında, Kəlbəcərdə, Dağlıq Qarabağda həyata keçirəcəyik.

 

“Hamımız birlikdə bu gözəl bayramları orada qeyd edəcəyik. Bir daha böyük diqqətə görə, ictimaiyyətə, jurnalistlərimizə, veteranlarımıza təşəkkürümü bildirmək istiyirəm.

 

İdman həmişə sağlamlıqdır, idman gələcəkdir, inkişafdır. Birgə gözəl idman tədbirini həyata keçirmək bir daha onu göstərir ki, Azərbaycan xalqı bütöv, monolitdir, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlarda hər zaman bizim xalqımız tərəfindən çox böyük rəğbətlə qarşılanır. 

Bu işlərdə də bizim hər birimiz nə bacarırıqsa eləməliyik və təbii ki, bunu mütləq şəkildə eləyəcəyik”.

 

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev jurnalistlərə bildirib ki, ənənəvi olaraq biz hər zaman belə futbol yarışları təşkil edilir.

 

“Bu gün də dövlət qulluqçuları və jurnalistlər arasında dostluq görüşü keçirilir. Bu dostluq görüşünün əsas məqsədi gəncləri sağlam həyat tərzinə çağırmaqdır. Bilirsiniz ki, ölkə başçısı İlham Əliyev hər zaman idmana, gənclər siyasətinə xüsusi diqqət ayırır, önəm verir.

 

Ölkəmizin başçısı hər zaman qeyd edir ki, Azərbaycan gənclərinin sağlam, bilikli, savadlı, peşəkar olması bizim əsas məqsədlərimizdəndir. Ölkəmizdə bu istiqamətdə də çox böyük işlər görülür, dövlət səviyyəsində tədbirlər keçirilir. Biz hər zaman ölkəmizin başçısının siyasətini dəstəkləyirik. Bu gündə o dəstəyi nümayiş etdirərək gənclərimizə sağlam həyat tərzinə dəvət edirik”.

 

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı deyib ki, Prezident İlham Əliyev hər zaman ad günlərini sadə insanlar arasında keçirib.

“Biz də sadə bir yolla Prezidentimizi təbrik etmək istədik. Onun Azərbaycanın inkişafı naminə gələcək işlərində uğurlar arzulayırıq. Bununla həm də bildirmək istəyirik ki, jurnalist olaraq hər zaman Prezidentimizin yanındayıq.

 

Oyunun nəticələri haqqında danışan E.Eyvazlı deyib ki, AFFA-nın hakiminin idarə etdiyi qarşılaşma yüksək səviyyədə keçib:

 

“Olduqca maraqlı bir oyun izlədik. Düşünürəm ki, hər iki komanda izləyənlər üçün maraqlı oyun sərgiləyə bildi”.

 

Qeyd edək ki, yoldaşlıq oyununu izləyənlər arasında Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev, deputat Elşad Həsənov, AFFA-nın bir neçə hakimi, “Neftçi”  veteranlar klubunun nümayəndələri, jurnalistlər, ictimaiyyət nümayəndələri  və başqaları var idi.

 

 

 

 

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu avropa ölkəsi avrodan imtina edir 27 May 2019, 00:57 Ukraynada fövqəladə vəziyyət 27 May 2019, 00:44 Əsəd ordusu bazarı bombaladı 27 May 2019, 00:21 Türkiyə Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib 27 May 2019, 00:02 Bolqarıstanda təyyarə qəzası 26 May 2019, 23:43 Əfqanıstanda 19 terrorçu məhv edildi 26 May 2019, 23:17 Müsavat Partiyası Gənclər Təşkilatının sədri istefa verdi 26 May 2019, 22:57 Məcburi köçkün məktəblərində elektron təhsil resursları təbliğ edildi 26 May 2019, 22:38 Elinanın ölümündə adı hallanan Xalidə Bayramova vəzifəsini itirdi 26 May 2019, 22:34 Ağır qəzada 9 polis yanaraq öldü 26 May 2019, 22:26 Təyyarəyə gecikən nazir istefa verdi 26 May 2019, 22:03 Bakı-Tbilisi-Qars dəmiryolu ilə avqustda sərnişin daşınacaq 26 May 2019, 21:47 NASA adını Marsa göndərənləri açıqladı 26 May 2019, 21:28 Sumqayıtın sabiq icra başçısı vəfat etdi 26 May 2019, 21:21 Mir Şahin gizli videoarxivi açdı - VİDEO 26 May 2019, 21:11 Yararsız estakadadan dənizə düşən balıqçı xilas edildi 26 May 2019, 21:11 Fikrət Qoca adamyeyənlərin arasında da olub... 26 May 2019, 21:02 Üç fransıza ölüm cəzası verildi 26 May 2019, 20:52 Gürcüstanda bayram tədbiri dağıldı - SƏBƏB 26 May 2019, 20:36 Zəlzələ 15 binanı dağıtdı: 1 ölü, 11 yaralı 26 May 2019, 20:19 Bakıdan Qəbələyə dəmiryolu ilə 3 saata çatmaq olacaq 26 May 2019, 20:03 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 26 May 2019, 19:24 “Babam Mədət Qulubəyli Xalq Cümhuriy­yətinin xəfiyyəsi olub” – DTX sədri 26 May 2019, 19:00 Gimnastlarımız Avropa çempionu oldular 26 May 2019, 18:58 Bakıda gənc qız və oğlan özlərini binadan atıblar 26 May 2019, 18:45 Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqlayıb 26 May 2019, 17:57 Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı 26 May 2019, 17:46 Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - Elmar Məmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11