Arxiv
15 Yanvar 2019, 17:46 | MƏDƏNİYYƏT
“Bu məsələ belə qalmamalıdır” - Rəsulzadənin barelyefinin oğurlanmasına sərt ETİRAZ  

Xəbər verdiyimiz kimi, Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb. Novxanı sakinlərinin Modern.az-ın əməkdaşına verdiyi məlumata görə, hadisə yanvarın 15-nə keçən gecə baş verib. Sakinlər səhər açılanda üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.


Modern.az-ın əməkdaşı hadisə ilə əlaqədar Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ilə əlaqə saxlayıb. O, hadisədən xəbərsiz olıduğunu bildirib:

“Mənim bununla bağlı heç bir məlumatım yoxdur. Hər halda mütləq araşdırmaq lazımdır. Üstəlik, Rəsulzadənin anadan olmasının 135-ci ilinə az qalmış belə hadisənin baş verməsi təəccüblüdür. Mən özüm də məlumat əldə etməyə çalışacağam”.

Tarixçi-alim, Rəsulzadə irsinin və Cümhuriyyət tarixinin araşdırmaçısı Nəsiman Yaqublu da bu hadisəni pisləyib. Onun fikrincə, “Cümhuriyyət ili”nin yenicə yekunlaşdığı bir vaxtda Rəsulzadənin evinin önündəki lövhənin çıxarılması çox mənfi haldır:

“Düşünürəm ki, hakimiyyət orqanları bununla ciddi məşğul olmalıdır. Novxanı ərazisinə cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti birbaşa məsuliyyət daşıyır. Bu əməli hər kim törədibsə, aşkarlanmalı, məsuliyyətə cəlb edilməlidir. Mən özüm də mütləq bunu araşdırıb, məlumat əldə etməyə çalışacağam. Bu məsələ belə qalmamalıdır”.

 

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir. 

Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.

Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyi cəbhədəki SON vəziyyətlə bağlı məlumat YAYDI 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40