Arxiv
25 Aprel 2019, 14:27 | REPORTAJ
Zelenskinin azərbaycanlı dostu: “Qarabağ məsələsində bizi dəstəkləməməsi mümkün deyil” - MÜSAHİBƏ - FOTOLAR

Şakir Eminbəyli: “Onun peşəkarlığına əminəm” Ukraynada aprelin 21-i keçirilmiş prezident seçkilərinin nəticələrinə görə, şoumen Vladimir Zelenski qalib gəldi və ölkə başçısı seçildi. Prezident seçkilərinə qədər Vladimir Zelenski ”95-ci kvartal” stand-up şousunun yaradıcısı, ”Qudalar” serialının prodüseri, ”Xalqın xidmətçisi”, ”Böyük şəhərdə sevgi” və ”İlk 8 görüş” seriallarının qəhrəmanı kimi tanınıb.V.Zelenskinin prezident seçilməsindən sonra sosial şəbəkələrdə onun Azərbaycanın Qəbələ şəhərində çəkilən fotoları yayıldı. Məlum oldu ki, Zelenski bir neçə il əvvəl şoumen kimi ölkəmizə dəvət olunub və Qəbələdə təşkil edilən layihədə iştirak edib.

Azərbaycanda onunla birlikdə həmin layihədə iştirak etmiş jurnalist Şakir Eminbəyli yeni prezident haqqında suallarımızı cavablandırdı. O, Modern.az-a müsahibəsində xüsusi qeyd etdi ki, Vladimir Zelenskini və onun ”Kvartal 95” şirkətini Qəbələyə ”Xəzər Travel” turizm agentliyinin rəhbəri Rüfət Hacıyev dəvət edib.

- Bəs sizin Zelenski ilə tanışlığının tarixçəsi necədir?

- Mən də onunla  agentliyin həyata keçirdiyi layihə çərçivəsində tanış olmuşam. Münasibətlərimiz dostluq səviyyəsinə qədər yaxşı olub.

- Onun ölkəmizlə bağlı təəssüratları necə oldu?

- Zelenski dost ölkəyə gəldi. Söhbət açdığım layihə çərçivəsində əməkdaşlıq məqsədilə regionlarımızı gəzdi. Daha çox Qəbələdə həmin layihə keçirilən obyektlərə baxmaq üçün gəlmişdi. Biz onu elə özümüzə xas qonaqpərvərliklə qarşıladıq. Sözsüz ki, Azərbaycanın mühitindən, təbiətindən, insanlarımızın münasibətindən razılığını ifadə etdi. Bu ilkin səfər nəticəsində 2018-ci ilin yanvar ayında Rüfət Hacıyevin Vladimir Zelenski və onun komandasının iştirakı ilə həyata keçirmək istədiyi layihə möhtəşəm şəkildə reallaşdı.

- Zelenskinin Azərbaycana dostluq münasibətinin olduğunu ifadə etdiniz. Prezidentliyi dövründə atacağı addımlarda da dostluq münasibətini saxlayacağını düşünə bilərikmi?

- Azərbaycan və Ukrayna arasında hazırda çox yaxşı, isti münasibətlər, əməkdaşlıq mövcuddur. Hər iki ölkə rəhbərliyi çox istəyər ki, bu dövlətlər arasında iqtisadi, ticarət münasibətləri daha da yaxşılaşsın. Heç kəsə sirr deyil ki, dövlət idarəçiliyində rəhbərlər arasındakı şəxsi münasibətlər də rol oynayır. Ukraynanın hazırkı prezidentinin ölkəmizə qarşı münasibətini, Azərbaycanla birbaşa təmaslarını, burada çoxlu dostlarının olmasını nəzərə alsaq, həmin vəziyyət lehimizədir. Düşünürəm ki, siyasət baxımından bu əlaqələrdən yararlanmaq lazımdır. Hesab edirəm ki, Azərbaycan siyasi rəhbərliyi də bununla bağlı lazımi addımları atacaq və Ukraynanın yeni seçilmiş prezidenti ilə dövlət səviyyəsində əlaqələr qurulacaq.

- Bəzi siyasi şərhçilər Vladimir Zelenskinin şoumen olmasının prezidentlik fəaliyyətində səriştəsizliyinə səbəb olacağını iddia edirlər…

- Mən siyasətçi deyiləm. Amma bizim politoloqlar inciməsinlər, əsassız iddialarla çıxış etdilər. Prezident seçilmiş şəxsin əvvəllər məşğul olduğu əsas peşəsinin siyasətə nə aiddiyyəti var? V.Zelenski media, internet, əyləncə sahəsində öz yerini, mövqeyini tutmuş güclü və uğurlu şirkət yaradıb. Onun menecerlik qabiliyyəti, idarəçilik bacarıqları yüksək səviyyədədir. Ətrafına yığdığı komandanın peşəkarlığından da, ərsəyə gətirdiyi uğurlu işlərdən də idarəçiliyinin effektivliyi görünür. O, dövlətin idarəsində də menecerlik bacarıqlarını nümayiş etdirə biləcək. Aktyoru prezident seçəndə özü ilə səhnəyə çıxmış adamı müdafiə naziri təyin edəsi deyil ki... Bu məsələlər peşəkar səviyyədə təşkil olunacaq. Mən isə Zelenskinin peşəkarlığına əminəm. Öz ətrafına işini bilən, öz sahəsinin peşəkarlarını toplayacaq və siyasətini uğurla həyata keçirəcək.

- Prezident olmaq iddiası sizcə, əvvəldən onun planları arasında olub?

- Vladimir Zelenski və onun komandası dünyada misli bərabəri olmayan layihəni həyata keçirdilər. Əvvəlcə prezidentin prototipini kinoda yaratdılar. Sonra isə həmin prototipə uyğun olaraq, uğurlu prezident kampaniyasını həyata keçirdilər və qalib gəldilər. Ümid edirəm, sonda filmdəki kimi ölkə qazanacaq. Düzdür, Vladimir Zelenski üçün kinoda etdiklərini gerçək həyatda reallaşdırmaq çətin olacaq. Çünki Ukraynanın mövcud qanunvericiliyi, siyasi quruluşu fərqlidir. Amma yeni prezidentin bu işin də öhdəsindən gələcəyinə şübhəm yoxdur.

- Ukrayna 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı ilə üzləşdi. Elə həmin dövrdən bu ölkələr arasında mübahisəli məsələlər qalmaqdadır. Yeni prezidentin buna münasibəti ilə əlaqədar diqqətinizi çəkən məqam olubmu?

- Ukraynada tək Krım deyil, Donetsk və Luqansk vilayətləri ilə bağlı da oxşar vəziyyət hökm sürür. Rusiya orada yaşayan Ukrayna vətəndaşlarının Rusiya pastortu alması üçün sadələşdirilmiş qanun layihəsini təsdiqlədi. Nəticədə Ukrayna vətəndaşlarının Rusiya pasportu alması asanlaşdı. Bu isə artıq birbaşa dövlətin işinə qarışmaq deməkdir. Ukrayna da bununla bağlı bəyanat verdi. Mövcud vəziyyət Zelenskinin də, ondan sonrakı prezidentlərin də idarəçiliyini çətinləşdirir.

- Ukrayna prezidentindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı adekvat münasibət gözləyə bilərikmi?

- İşğal faktoru hər iki ölkəni birləşdirən məqamdır. Qarabağla bağlı Vladimir Zelenskinin bizi dəstəkləməməsi mümkün deyil. Çünki hər iki dövlət ərazi problemləri yaşayır. Biz Ermənistanın işğalına məruz qalmışıq, Ukrayna isə Krımın ilhaqı ilə üzləşib. Bu problemlər dünya tərəfindən də qəbul edilir. Ona görə, Ukraynanın da Azərbaycanın ərazi bütövülyü mövqeyindən çıxış edəcəyini düşünürəm.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01 Məktəb direktoru  işdən çıxarıldı 18 İyun 2019, 15:38 Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr - SİYAHI 18 İyun 2019, 15:36 Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib  18 İyun 2019, 15:35 Sumqayıtın gələcəyini irəlicədən görən rəssam... 18 İyun 2019, 15:25 Qazaxda “KamAZ” yolu keçən piyadanı vurub öldürdü 18 İyun 2019, 15:21 Məleykə Abbaszadənin sinif yoldaşı: “Onu maşın vurduğunu eşidəndə çox həyəcanlandıq” - MÜSAHİBƏ 18 İyun 2019, 15:18 Avropa Birliyi Kiprə görə Türkiyə ilə danışıqları dondura bilər 18 İyun 2019, 15:15 Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir   18 İyun 2019, 15:09 Polis işçisi intihar etdi 18 İyun 2019, 14:29 Beynəlxalq təşkilat Bakıda mərkəz açmaq istəyir 18 İyun 2019, 14:21 Azərbaycana Çindən turist axını gözlənilir - RƏSMİ 18 İyun 2019, 14:13 Ağstafadakı dəhşətli güllələnmənin görüntüsü yayıldı - VİDEO 18 İyun 2019, 14:11 Qarabağda erməni hərbçi öldü 18 İyun 2019, 14:08 Rayonlarda nə qədər taxıl biçilib? - CƏDVƏL 18 İyun 2019, 14:02 Ümumdünya Turizm Təşkilatının Bakı sessiyasında bir ilk YAŞANDI 18 İyun 2019, 13:54 Qarabağ həqiqətləri ilə bağlı film İsveçdə nümayiş olunacaq 18 İyun 2019, 13:53 Bakı-Məşhəd marşrutu üzrə razılıq əldə olundu 18 İyun 2019, 13:42 Deputat sığorta şirkətlərini ittiham etdi 18 İyun 2019, 13:37 Hərrac keçirildi - manatın məzənnəsi formalaşdı 18 İyun 2019, 13:07 Sabah hava necə olacaq? - PROQNOZ 18 İyun 2019, 12:50 UEFA-nın eks-prezidenti Mişel Platini həbs olundu 18 İyun 2019, 12:44 Bakıda qadını şəkillərilə şantaj edən kişi tutuldu 18 İyun 2019, 12:37 Bakı-Qazax yolunda 3 hindistanlı ölüb - DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı 18 İyun 2019, 12:26 “Qarabağ” radikalizmə “yox” deyir 18 İyun 2019, 12:19 Metro yay qrafikinə keçir - Qatar sayı azalır, interval artır 18 İyun 2019, 12:10 Daha 687 şəhidin vərəsəsinə ödəmə veriləcək 18 İyun 2019, 12:05 “Şəhid mayor mənim əmrimi icra edib” – Zakir Həsənov 18 İyun 2019, 12:04 Adı gözəl, özü gözəl… 18 İyun 2019, 11:54 Nəsiminin qəzəllər toplusu Moskvada işıq üzü gördü   18 İyun 2019, 11:44 Lombarda saxta qızıl vermək istədi, tutuldu 18 İyun 2019, 11:40