Modern.az

Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa

Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa

25 May 2019, 16:33

Türkiyə futbolçu Paskal Numanı bir fenomen kimi tanıyır. Səbəbi bilinmir, amma sadəcə “Beşiktaş” azerkeşləri deyil, digər türk klubların azerkeşləri də onu nə zaman hər hansısa bir yerdə görəndə onunla söhbət edir və şəkil çəkdirirlər. O, futboldan sonra reklam, kino və bəzi televiziya yarışmalarında da yer alıb və bununla da Türkiyə ilə əlaqəni heç vaxt kəsməyib. Numanın futbolçu kimi kareyerası heç bir zaman stabil olmayıb. Özəl həyatında baş verənlər, futbolçu, məşqçilərlə etdiyi davalar və bəzi etik olmayan hərəkətlər onu daha da yaxşı futbol karyerası qurmasının qarşısını alıb.

 

Həyatı

Paskal Numa 6 yanvar 1974-ci il tarixində Kamerunda həyata göz açıb, amma sonradan ailəsi Fransaya köçür və o burda böyüyür. Onun 3 qardaşı 3 bacısı var. Futbolçunun 2 qız və 1 oğul övladı var, adları Jena, Noah və Marindir. Övladlarının anası olan, Seline ilə 10 il evli qalıb, sonra ayrılırlar. Numa hələdə evli deyil.

 

Karyerası

Kamerun əsilli olan Numa sonradan fransız vətəndaşlığını qəbul edir. O, futbol karyerasına “PSJ”nin gənc komandasında başlayır. 1988-ci ildə gənc komanda da 24 oyuna 28 qol vurur. Sonra 1989-1992 illərində əsas komanda da olan qaradərili oyunçu burda qaldığı müddətdə cəmi iki oyunda 90 dəqiqə meydanda ola bilir. Daha sonra Fransanın  “Lil” ve “Kaen”də futbol oynayır və 1994-ci ildə yenidən “PSJ”yə qayıdır. Burada da əvvəlki klublarda olduğu kimi oynadığı matçlarda uğurlu nəticə göstərsə də, intizamdan uzaq olmağı və qeyri-stabil oyunlarına görə komandadan göndərilir.

 

“Beşiktaş”da etdiyi 1 hərəkətin nəticəsi onu futboldan soyutdu

2000-ci ildə “Beşiktaş” transfer olur və digər klublardan fərqli olaraq çoxlu uğurlu oyunlar keçirir. Beləki, ilk ilində 24 oyunda 18 qol vurur amma yenə intizamsız hərəkətdərinə burda da davam edir. “Lids Yunayed”lə oynanan “Çempionlar Liqası” matçında  adi bir vəziyyətdə rəqib oyunçu Dani Milsə yumruq vurmağı və çempionatdakı “Gənclərbirliyi”i matçında rəqibinə başla zərbə vurmağı onun mövsüm sonunda klubdan getməyinə zəmin yartdı. Klub rəhbərliyi azerkeşlərin təzyiqinə baxmayaraq mövsümün sonunda onu klubdan göndərir. Çox keçmədən azerkeşlərin güclü təzyiqi qarşısında qalan rəhbərlik 2002-2003 mövsümündə futbolçunu yenidən  kluba qaytarır.

 

Uğurlu mövsümün sonuna 6 gün qalmış, 2003-cü il aprelin 20-də tarixində “Fənərbaxça” ilə derbidə qalmaqal yaşanır. Numa qol sevincini qeyd edən zaman əlini şortuna salır və onminlərlə azarkeş önündə etikdan kənar hərəkət etdiyi üçün müqaviləsi vaxtından əvvəl ləğv olunur.

Paskal Numa “Beşiktaş” forması ilə cəmi 44 matç oynayıb və 22 qol imza atıb. Avro kubok matçlarında isə 14 dəfə oynanan fransız ulduz 5 qol vurub.

 

Karyeranın sonu

Beşiktaşdan sonra Qətərin “Al Korda” komandası ilə bir mövsüm keçirir. 2004-2005 mövsümündə Şotlandiya komandası “Livinqston” ilə müqavilə imzalayır. Yalnız 3 matçda meydana çıxr və kareyerasını bu klubda başa vurur. Bütün karyerasında 286 matçda iştirak etən Numa 80 dəfə qol vurub və Türkiyəyə gəlmiş ən aqressiv xarici futbolçular arasında yer alıb.

 

Türkiyədə futboldan sonrakı macerası

Numa futboldan ayrılandan sonra kinokaryerası ilə məşğul olub. O, “Dünyanı qurtaran adamın oğlu” filmində oynayıb. Bundan başqa, məşhur aparıcı Acun Ilıcalının təşkil etdyi “Nəhənglər Liqası” futbol turnirində iştirak edib. Hal-hazırda Metro FM-də “Araqaz” proqramına rəhbərlik edir. Numa 2012-ci ilin iyul ayından Beşiktaş klubunun Konqres üzvüdür. Keçmişdəki qalmaqallarına və uğursuzluqlarına baxmayaraq Numa bu gün də “Beşiktaş” azarkeşlərinin sevimlisi sayılır. 

 

Novruz NOVRUZLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir