Arxiv
19 İyun 2019, 10:07 | ANALİTİKA
“Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL

Şimali Afrika və Yaxın Şərq(ŞAYŞ) regionunda demokratiya perspektivləri varmı? Yoxsa region avtoritarizm və müharibələr burulğanında yaşamağa məhkumdur? 


Ərəb dünyası və ya ayrıca götürülmüş hər hansı bir ərəb ölkəsi mükəmməl demokratiyaya doğru ciddi addım ata bilərmi? Bu sual illərdir ki, tədqiqatçıları, siyasətçiləri və sıravi adamları düşündürməkdədir. İndiyədək görünən tərəf odur ki, heç bir ərəb ölkəsi demokratiyaya doğru addım ata bilməmişdir, halbuki hökumət dəyişiklikləri, monarxiyaların devrilməsi və kütləvi üsyanlar region üçün nadir sayıla biləcək hadisələr deyil.

 


Florensiyadakı Avropa Universiteti İnstitutunun (European University İnstitute) professoru Filip Şmitter və Qahirədəki Amerika Universitetinin professoru Nədin Sika “ŞAYŞ regionunda demokratikləşmə” adlı yazıda 1970-ci illərin ortalarından başlayaraq ərəb dünyası və digər ölkələr arasında demokratik transformasiya fərqləri və bənzərliklərini tədqiq etmişlər. (Araşdırmalara əsasən dünyada, ötən əsrdə demokratikləşmənin üç dalğası bir sıra ölkələri əhatə etmiş və yaşam tərzini əsaslı dəyişmişdir. İlk dalğa, İkinci Dünya Müharibəsindən sonra 1945-46-cı illəri əhatə edir ki, bu dövr faşizmin çökməsi və yeni sistemin yaranması ilə əlamətdardır. 1970-ci illərdə başlayan, İkinci dalğada Yaxın Şərqdəki milli azadlıq hərəkatları son müstəmləkələri çökdürdü və daha sonra bu dalğa Latın Amerikasınadək uzandı. Demokratiyanın üçüncü dalğası isə 1990-cı illərin əvvəllərində Berlin divarının və Sovet İttifaqının dağılması və yeni müstəqil ölkələrin yaranması ilə nəticələnmişdir). Qeyd olunan qlobal dəyişikliklər fonunda ŞAYŞ regionunda gedən prosesləri izləyən müəlliflər fərqlərin bənzərliklərdən daha çox olması qənaətinə gəlmişlər.

 

2010-2011-ci illər Tunis, Misir, Liviya, Yəmən və Suriyada kütləvi etirazlar yaşandı, ərəb dünyasında böyük transformasiya prosesləri baş verdi. Amma, bu transformasiya demokratiyaya deyil, xaosa, anarxiyaya və qeyri-müəyyənliyə yol açdı.  Şmitter və Sika öz tədqiqatlarında nəinki demokratik, hətta liberal dəyişikliklərin baş verə bilməməsinin əsas səbəblərini göstərmişlər.

 

Birinci səbəb

Müəlliflərə görə demokratik dəyişikliklərin baş verməməsinin əsas səbəbi müxalifətin zəifliyidir. Avtoritar rejimlərin seçkiləri daimi manipulyasiya etdiyi, vətəndaş cəmiyyətinin zəif olduğu ərəb ölkələrində müxalifətin əsas rolu hakimiyyətlə sövdələşərək, yeni mümkün fiqurların və ideyaların meydana çıxa bilməsinin qarşısını almaq və hakim elitanın uzun müddət rəhbərlikdə qalmasını təmin etməkdir. Belə mövqe illərlə davam edir və nəticədə müxalifət passiv, fəaliyyətsiz müşahidəçiyə çevrilir. Ərəb ölkələrində müxalifətin digər problemi ədalətli siyasi  rəqabət mühitinin olmamasıdır. Praktiki olaraq “ərəb baharı” hadisələri  zamanı insanlar kütləvi aksiyalarda müxalifəti dəstəkləmir, daha yaxşı və daha layiqli həyat şəraiti  tələb edirdilər. Adətən belə aksiyalardan sonra siyasi rəqabət təcrübəsi olmayan müxalifətin hakimiyyəti ələ keçirməsi ağır nəticələrlə sonuclanır. Hakimiyyətə gəlmiş müxalifət yeni siyasi düşüncə tərzi ilə deyil, dövlət əmlakı və vəsaitinin yeni simalar tərəfindən daha da çox talanması ilə yadda qalır. Digər çətinlik “demokratiya” məfhumuna ehtiyatlı yanaşma ilə bağlıdır.  Böyük əksəriyyətlə ərəb düşüncə tərzində demokratiya Qərblə, Qərb isə müstəmləkəçi siyasətlə assosiasiya olunur.

 

Bunun nəticəsidir ki, “ərəb baharı” Suriya, Liviya və Yəməndə olduğu kimi dövlətin iflasına, ya da Tunis və Misirdəki kimi keçid dövrü yaşayan hibrid rejimlərin hakimiyyətə gəlməsinə yol açdı.

   

İkinci səbəb

ŞAYŞ regionunda demokratik dəyişikliklərin baş verməməsinin digər səbəbi RED(Real Existing Democracies), yəni RMD (Real Mövcud Demokratiyalar) adlanan ölkərdədir. RMD ölkələri ərəb dünyasını həqiqətən azad və demokratik görmək istəyirmi? RMD və ŞAYŞ arasındakı münasibətlər azadlıq və demokratiya deyil, daha çox Qərbin mənafeyinə xidmət edən qarşılıqlı iqtisadi maraqlar üzərində qurulub. Ona görə də Qərb dünyası demokratiyadan daha çox, onun iqtisadi maraqlarını təmin edə biləcək sabitliyin tərəfindədirlər. Ərəb millətinin mövcud milli-siyasi savad səviyyəsinin olduğu kimi qalması da Qərbin marağındadır, əks halda, savadlı və siyasi yetkin cəmiyyət fərqli iddialı tələblərlə çıxış edə bilər.

 

Dünya şəxsi qızıl ehtiyatlarının 60%-dən çoxu zəngin neft istehsalçılarının əlində cəmlənmişdir. RMD-ın əsas məqsədi regionda qarşıdurma və münaqişə ocaqları yaratmaq, sonra istehsal etdikləri silahları münaqişə tərəflərinə satmaq, daha sonra “ədalətli” vasitəçi qismində həmin regiona daxil olmaq və istənilən yollarla qızıl ehtiyatlarının regiondan çıxarılmasına nail olmaqdır.  Ərəb dünyasında baş verən daxili və xarici toqquşmaların əsasında müxtəlif səbəblər ola bilər, lakin bu çəkişmələrin hər birinin arxasında RMD ölkələrinin maraqlarının olması danılmaz faktdır. Ərəblərin hətta belə bir atalar sözü də vardır ki, “dənizdə iki köpək balığı savaşırsa, əmin ola bilərsiniz ki, yaxınlıqda ingilis gəmisi lövbər salmışdır”. Regionda Qərb dövlətlərini ən çox düşündürən neft faktorudur, nefti əldə etmək üçün isə ən asan və ən sadə yol əhalini Qərbin şərtləri ilə razılaşan rəhbərin nəzarəti altında saxlamaqdır. Bundan əlavə RMD-lar rejim dəyişikliyi ehtiyacı yarandığı zaman özlərinə sərf edən loyal namizədin hakimiyyətə gəlməsini dəstəkləyir ki, bu da demokratik transformasiya prosesini ləngidir.

 

Üçüncü səbəb

Ərəb dünyasında demokratik dəyişikliklərin baş verməməsinin daha bir səbəbi regionun coğrafi ərazisi və burada baş verən daxili və regional münaqişələrdir. Ərəb ölkələrində demokratik dəyişiklikləri araşdıran İbrahim Elbadavi və Samir Makdisi göstərirlər ki, dünyanın digər yerlərində vətəndaş müharibələri və xaricdən müdaxilə demokratik proseslərin güclənməsinə təkan versə də, ərəb dünyasında bunun əksi müşahidə olunmaqdadır. Qonşu ölkələrdə də demokratiya təcrübəsinin olmaması regional və beynəlxalq münaqişələri yumşaq müstəviyə keçirməyə imkan vermir, əksinə, həmin münaqişələrin şiddətini artırır. 1990-cı illərdə Qərb yarımkürəsində baş verən hadisələr kommunist blokuna daxil olan ölkələrin demokratik transformasiyası ilə yekunlaşdı.  Avropa strukturlarına inteqrasiya olunmaq perspektivi də bu ölkələrdə sürətli demokratikləşmə prosesinə rəvac verən mühüm amillərdən idi. ŞAYŞ regionunda belə bir perspektiv yoxdur. Bundan əlavə regionda demokratik model rolunu oynayacaq ölkə də mövcud deyil.

 

Bu səbəblərdən ərəblər rejim dəyişiklərinə baxmayaraq, daha azad, daha sərbəst, daha demokratik və daha zəngin ola bilmirlər. Son zamanlar ərəblərin RMD ölkələrinə böyük köçü müşahidə olunur. İnsanlar Avropa və Amerikaya demokratik azadlıqlar ümidilə köçürlər və bu o deməkdir ki, demokratiya ərəb xalqına yad məfhum deyil.  

 

Uzun illər Türkiyə, tam demokratiya hesab olunmasa da, regionda uğurla inkişaf edən dünyəvi dövlət kimi qəbul edilir. Türkiyənin sonrakı demokratik inkişafı bəzi ərəb ölkələrini də prosesə cəlb edə bilər. Qüdsün İsrail dövlətinin paytaxtı kimi tanınması, Rusiyadan silah alınacağı təqdirdə Ərdoğan hökuməti qarşısına qoyulan şərtlər, iyun ayında İstanbulda gözlənilən təkrar seçkilər Türkiyəni çətin seçim qarşısında qoymuşdur. ABŞ-la qarşıdurma yaxşı perspektiv vəd etmir. Hadisələrin bu cür inkişafı anti-Amerika ritorikasının radikallaşmasına gətirib çıxara bilər. Belə olan halda, ABŞ bunu anti-demokratik siyasət kimi dəyərləndirəcək və Türkiyəyə qarşı təzyiq vasitələrini artıracaqdır, ki, bu da ümumən regionda demokratik inkişaf prosesinin qarşısının alınması deməkdir.


Tahir Kərimov

Diplomat, Harvard Universitetinin məzunu,

Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentin hərbi medallar verdiyi jurnalistlər, klub prezidenti, gənc şair... - ADLAR 24 İyun 2021, 16:14 Əmək pensiyasına əlavə ilə bağlı qaydalar dəyişir 24 İyun 2021, 16:01 “BakuBus”ın avtobusları toqquşdu - Yaralananlar var - YENİLƏNİB 24 İyun 2021, 15:43 Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:38 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzəltmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?