Arxiv
21 İyun 2019, 15:06 | HADİSƏ
Ramil Usubov daha yüksək vəzifəyə təyinat alıb

Ölkə Prezidentinin sərəncamları ilə aparılan köklü kadr islahatları geniş ictimaiyyət tərəfindən də maraqla qarşılanıb. Diqqətçəkən kadr dəyişikliyilə nazir postundan gedən və Prezidentin Təhlükəsizlik Şurasının katibi təyin olunan Ramil Usubovla bağlı səslənən müsbət fikirlərdir. Sosial şəbəkələrdə yaranan trendə görə, adətən vəzifədən gedən şəxs haqqında tənqidi fikirlər səslənir. Bu baxımdan Ramil Usubov nümunəsi gedənlərin içərisində istisna təşkil etdi...

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a bildirib ki, bu, Ramil Usubovun illərdir qazandığı hörmətin, bacarığının nəticəsidir:

“Əslində Ramil Usubov daha yüksək vəzifəyə təyinat alıb. Dövlətin təhlükəsizliyilə yanaşı, ayrı-ayrı vətəndaşların hüquq və azadlıqlarının təhlükəsizliyi, qurumların işinin təşkilinə nəzarət edilməsinin hamısı Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aiddir. Bu baxımdan Ramil müəllim daha yüksək vəzifəyə təyinat alıb və biz onu yalnız təbrik edə bilərik. Doğrudan da, Ramil Usubov müsbət imic formalaşdırıb, bu da onun özünün əziyyətinin bəhrəsidir. Ramil müəllim həm Naxçıvanda, həm Bakıda işlədiyi dövrdə təkcə ictimai asayişin, əhalinin hüquq və azadlıqlarının qoruyucusu kimi yox, həm də bir insan kimi vətəndaşlarla təmasda olmağı bacarıb. Bütün deputatlar onu çox istəyir və istəməkdə də davam edəcək. Bunların arasında Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, redaktorlar, ayrı-ayrı sahələrin adamları var. Ramil Usubov obyektiv, professional, qərəzsiz insandır”.
 


Deputat daxili işlər naziri postuna yeni təyinat alan Vilayət Eyvazovun Ramil Usubov ənənələrini davam etdirəcəyinə əminliyini ifadə edib:


“Vilayət Eyvazov Ramil Usubovun yetirməsidir. Burada Ramil müəllimin də xidmətləri var. Bu baxımdan Ramil Usubov haqqında müsbət olmayan fikirlər səsləndirmək niyyətində olanlar isə yaxşı olar papaqlarını qabaqlarına qoyub düşünsünlər. Sosial şəbəkədə müsbət fikir səsləndirənlərə isə sonsuz təşəkkür edirəm. Mən əminəm ki, Ramil Usubovun Daxili İşlər Nazirliyində başlamış olduğu islahatlar Vilayət müəllim tərəfindən davam etdiriləcək.

Vilayət Eyvazov uzun illərdir daxili işlər orqanlarında çalışır. Tamamilə Ramil Usubovun yetirməsidir. O, Ramil müəllimin iş üslubuna, keyfiyyətinə, təşkilatçılığına bələd olan bir insandır. Polis strukturunu və əməkdaşlarını yaxından tanıyan biridir. Kənar adamın ora təyin olunması müəyyən çətinliklər yaradardı. Çünki ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasının ağır yükü həmişə polisin çiynində olub. Təbii ki, hüquq-mühafizə orqanlarının, təhlükəsizlik xidmətinin də, amma ictimai asayişdən söhbət gedirsə, həmişə polisin çiynində olub. Ona görə, bu qurumlar içində yaxından tanış olan və müəyyən idarəçiliyə və nüfuza malik olan şəxsin təyin olunması və təyinatın Vilayət müəllimin şəxsində olması məqsədəuyğundur. 

Hesab edirəm ki,  Vilayət Eyvazov daxili işlər orqanlarında yeni islahatın aparılması mərhələsinin başlanğıcını qoyacaq. O mənada demirəm ki, bu orqanlarda hansısa qüsurlar var idi. Ancaq günün tələblərinə uyğun, Ramil Usubovun apardığı islahatların davamçısı olaraq bu sahədə sözünü deyəcək”. 

 

Ç.Qənizadə rəhbər dəyişikliyindən sonra digər vəzifələrdə aparıla biləcək kadr dəyişiklikləri ehtimalına da toxunub:


“Arzu edirəm ki, daxili işlər orqanlarında yeni təyin olunmuş rəhbər şəxslərdən sonra həmin idarə və şöbələrdə digər əməkdaşların yerdəyişmələrinə və təyin olunan rəisin öz adamlarının o yerə, rəhbərlik etdiyi quruma gətirilməsinə son qoyulsun. Yəni rəis təyin olunduqdan dərhal sonra tutaq ki, rayon polis idarəsinin  rəisi müəyyən adamları şöbə rəisi və müavinləri, digər vəzifəli şəxslərin yerlərinin dəyişdirilməsinə çalışır. Belə hesab edirəm ki, bu lazım deyil. Çox istəyərdim ki, Vilayət müəllim bu sahədə olan müəyyən məqamları artıq dayandırsın. Hansısa rəhbər şəxs işindəki nöqsanlara görə vəzifəsindən kənarlaşdırılmayıbsa, yeri dəyişdirilibsə, onda onun tabeçiliyində olanların yeni təyinatla yerlərinin dəyişdirilməsi, sərəncama göndərilməsi praktikasına son qoyulmalıdır. Bu, polis əməkdaşları arasında müəyyən narazılıqlara səbəb olan məqamlardan biri idi. 

Vaxtilə Vilayət Eyvazovla görüşlərimin birində bu məsələni qabartmışdım. Ümumilikdə, Azərbaycan polisi Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması ilə bərabər, həm də ictimai asayişin qorunmasında həmişə olduğu kimi öndə olmalıdır və olacaqlar. Həm də keçmiş daxili işlər naziri Ramil Usubov kimi müəyyən insanlar üçün əlçatan olmalıdır. Millət vəkilləri olaraq həmişə Ramil müəllimlə əlaqədə ola bilirdik. Digər qurumların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, redaktorlar üçün də Ramil müəllim əlçatan idi. Bu praktikanın davamlı olmasını arzu edərdim. 

Ümumilikdə, cənab Prezidentin qarşıya qoyduğu müəyyən tələbləri hələ bilmirik, praktikada görəcəyik. Hesab edirəm ki bu tələblərin yerinə yetirilməsində Vilayət müəllim öz peşəkarlığı, savadı, nüfuzu və  şəxsi keyfiyyəti ilə öndə olan nazirlərdən biri olacaq. Ona uğurlar arzu edirəm”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR 18 Yanvar 2020, 20:14 İki gündə beş kənd - Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir 18 Yanvar 2020, 20:03 Musa Quliyev təbliğata Gəncənin müqəddəs yerlərini ziyarət etməklə başladı - FOTO 18 Yanvar 2020, 19:43 Deputatlığa namizəd Eldar Quliyev izdihamlı görüş keçirdi - FOTOLAR 18 Yanvar 2020, 19:20 Ceyhun Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüşdü - FOTO 18 Yanvar 2020, 19:00 İlham Əliyev məqalə YAZDI 18 Yanvar 2020, 18:46 İqbal Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 18:35 Müəllimlərin işə qəbulunda YENİLİK 18 Yanvar 2020, 18:04 Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi 18 Yanvar 2020, 17:46 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq ETDİ 18 Yanvar 2020, 17:42 Cavanşir Paşazadə seçicilərlə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 17:32 Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT - Video 18 Yanvar 2020, 17:22 Cəlilabadda narkoticlərə qarşı polis ƏMƏLİYYATI 18 Yanvar 2020, 17:13 Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq 18 Yanvar 2020, 17:02 Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur” 18 Yanvar 2020, 16:50 15 yaşlı Gəncə sakini sükan arxasında öldü 18 Yanvar 2020, 16:37 Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46 Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:24 Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti 18 Yanvar 2020, 15:17 Musa Qasımlı seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:01 Bakıda qadın narkotacir tutuldu - Ləqəbi  “Nazlı”dır 18 Yanvar 2020, 14:57 5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildi 18 Yanvar 2020, 14:52 “Azərenerji” və “Azərişıq” 20 yanvar faciəsini birgə andı 18 Yanvar 2020, 14:38 Bakıda 14 yaşlı qızı maşın vurdu 18 Yanvar 2020, 14:35 Binəqədidə soyğunçuluqla məşğul olan dəstə aşkarlandı 18 Yanvar 2020, 14:13 Qeyri-millətlərdən olan deputatlığa NAMİZƏDLƏR 18 Yanvar 2020, 13:58 Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   18 Yanvar 2020, 13:34 Sabahın hava proqnozu: yağış, qar, güclü külək... 18 Yanvar 2020, 13:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır: GÖZMUNCUĞU VƏ GİLİZ 18 Yanvar 2020, 13:21 Baş Prokurorluqdan İsmayıllıdakı ölüm hadisəsi barədə AÇIQLAMA 18 Yanvar 2020, 12:54 Paytaxtda 33 yaşlı qadın dəm qazından öldü 18 Yanvar 2020, 12:49 “Orta məktəblərdə informatika fənninin tədrisinə diqqət yetirilmir” - Ekspert 18 Yanvar 2020, 12:41 “Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq 18 Yanvar 2020, 12:28
SORĞU Yeni parlamentdə kimlər olsun?