Arxiv
18 İyul 2019, 08:58 | MÜSAHİBƏ
Zaur Seyidzadə: “Tezliklə Aliment Fondu yaradılacaq” – MÜSAHİBƏ

“Azərbaycanda 2018-ci ildə 4 min  uşaq nikahdankənar dünyaya gəlib”

 

Hüquqşünas Zaur Seyidzadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Uzun illərdir ictimai fəaliyyətlə məşğuldur. Xüsusən, əlilliyi olan şəxslərin və uşaqların hüquqlarını müdafiə edən Z.Seyidzadə 30-dan çox layihənin rəhbəri olub.

 

Modern.az Zaur Seyidzadə ilə müsahibəni təqdim edir:

 

- Zaur bəy, nəyə görə hüquq sahəsini seçdiniz?

 

- Təəssüf ki,Azərbaycanda əlilliyi olan şəxslərin hüquq sistemində təcrübəli kadr yoxdur. İstədim ki, bu sahədə insanlara yardımçı olum. Özüm dəfələrlə məhkəmə proseslərində olmuşam. Diqqət etmişəm ki, hakim və vəkillərin əlilliyi olan şəxslərin imtiyazlarından xəbəri yoxdur. Bir misal çəkmək istəyirəm. Bir gözdən əlil var idi. Evi ailəsinə qoyub çıxıb getmişdi.Vaxtlı vaxtında alimentini verirdi. Qarşı tərəf iddia qaldırmışdı ki, uşaqlar universitetdə oxuyur, aliment 23 yaşa qədər verilsin. Bir vəkilə bildirmişdilər, o da deyib ki, mümkün deyil, 23 yaşa qədər ödəməlisən. Sonra mənə müraciət etdi. Mən hakimin qarşısına Konstitusiyanın 34-cü  maddəsinin 5-ci bəndini qoydum. Orada qeyd  olunur ki, valideynlər 18 yaşına qədər uşaqlara baxmalıdır. Əgər valideyn əlildirsə, 18 yaşdan sonra uşaq valideynə baxmalıdır. Həmin gün mən məhkəməni uddum.

 

- İctimai fəaliyyətlə nə vaxtdan məşğulsuz?

 

- 1999-cu ildən fəaliyyətdəyəm. O zaman Əlillərin Zaur Xeyriyyə Cəmiyyəti yaradıldı. Hazırda İctimai Birlikdir. 2008-ci ildən bəri “Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım” İctimai Birliyinin sədriyəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, Əlillərin Zaur Xeyriyyə İctimai Birliyi görkəmli dövlət xadimi, mərhum eks-prezident Heydər Əliyevlə səmimi  görüşdən sonra yaradılıb. O Heydər Əliyevi görəndə təklif etdim, onun qayğısı ilə birliyi yaratdım.

 

- Heydər Əliyevlə görüşünüz barədə danışardınız. Onunla görüşdə başqa hansı təkliflər irəli sürdünüz?

 

- 1997-ci noyabrın 6-da Heydər Əliyevlə görüşdüm. O vaxt Uşaq dünyası rəsm galeriyası var idi. Rəsmlə həvəskar məşğul olurdum. Həmin sərgidə iştirak edirdim. Heydər Əliyev sərgiyə gəlmişdi, orada görüşdük. Mən əlillərlə bağlı bir neçə təklif irəli sürdüm. Həmin vaxt aidiyyəti qurumlara tapşırdı ki, bu işlərlə məşğul olsunlar. O vaxt belə bir şey var idi. İldə bir dəfə əlillərin sərgisi olurdu. Mən təklif etdim ki, bu ildə bir neçə dəfə keçirilsin. 1999-cu ildə cəmiyyəti yaradandan sonra artıq bu sərgiləri özüm təşkil edirdim.

 

- Hazırda uşaqların, daha çox valideyn himayəsindən məhrum olan uşaqların hüquqlarının pozulmasına tez-tez rast gəlinir. Bundan başqa uşaqların zorakılığa məruz qalması halları da geniş yayılıb. Ümumiyyətlə, Azərbaycanda bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?

 

- Bizim yetərincə qanunlarımız var. Amma ictimaiyyət məlumatsızdır. Digər tərəfdən də müəyyən qanunlarda boşluqlar var.

Qanunda boşluqlardan biri budur: Yazılır ki, hər iki valideynini itirmiş şəxs, bir valideynini itirmiş şəxs və sonda hər iki valideyni fəaliyyət qabiliyyətsiz sayılırsa deyə qeyd olunur.

Hesab edirəm ki, “fəaliyyət qabiliyyəti olmayan” sözü qanunda boşluqdur. Bu hər iki valideyni əlilliyi olan şəxsdirsə kimi qeyd olunmalıdır. Fəaliyyət qabiliyyəti tamamilə başqa bir şeydir.

 

- Son zamanlar Azərbaycanda azyaşlılara qarşı zorakılıqlar, xüsusən məişət zorakılıqları çox müşahidə olunur. Yeniyetmələrin evdən qaçma halları artıb. Bunların kökündə nə durur? Necə maarifləndirmə aparmaq lazımdır?

 

- Hesab edirəm ki, bu məsələlərdə yalnız valideynləri günahlandırmaq olmaz. Burada ictimai nəzarət olmalıdır. Bir müddət əvvəl məktəbdə Elinanın intiharı məsələsi oldu. O özünü başqa yerdə atsaydı başqa cür qiymətləndirərdim. Bu sırf məktəbdə olan hadisədir. İctimai nəzarət azdır.

 

- Hazırda hansı hüquqi yardım göstərirsiniz?

 

- Hər kəslə işləyirəm. Ailə, məişət, mülki məsələləri həll edirəm.Amma uşaqların və əlillərin hüquqları daha çox diqqət ayırdığım sahədir.

 

- Müraciətlər daha çox hansı problemlərlə bağlı olur?

 

- Daha çox boşanmalarla bağlı müraciət daxil olur. Təkcə, 2018-ci ildə 12 min boşanma qeydə alınıb. Boşanma üçün müraciət edənlərdə kişilər üstünlük təşkil edir. Azərbaycanda 2018-ci ildə 4 min  uşaq nikahdankənar dünyaya gəlib. Əsas səbəb isə maddi durum olur. Deyirlər yola getmirik.

 

- Boşanmalardan sonra  alimentlə bağlı problemlər yaranır? Ata bəzi hallarda işləmədiyini, vəziyyətinin yaxşı olmadığını əsas gətirərək aliment ödəməkdən boyun qaçırır.

 

- Çox təəssüf ki, qanunvericilik müəyyən hallarda acizdir. Yəni öz adına heç bir mülkiyyət olmur deyə, heç nə tələb etmək olmur.

 

- Məhkəmə qərarı ilə alimentin miqdarı  müəyyənləşdikdən sonra belə bəzən bu ödənilmir. Bu halda cəza nə olur?

 

- Buna görə iki cəza metodu var. Birincisi, alimenti ödəmədiyinə görə 15 sutka həbs verilir. Bir də Azərbaycandan çıxmaq məhdudlaşdırılır. Ədliyyə Nazirliyi yanında İctimai Komitə var, onun üzvüyəm. Alimentlərlə bağlı kifayət qədər problem olur. Bununla bağlı Aliment Fondu yaradılacaq. Qanun layihəsi hazırdır. Hesab edirəm ki,  ilin sonuna qədər fəaliyyət göstərməyə başlayacaq. Fondun ilkin kapitalı dövlət hesabına olacaq. Sonra isə aliment ödəyən şəxslərdən tutulacaq. Yəni dövlət valideynə pulu ödəyəcək, sonra qarşı tərəfdən özü alacaq.

 

- Onlayn hüquqi yardımdan istifadə edənlər varmı?

 

- Mən şəxsən elə bir fəaliyyət növü açmışam. Müraciətlər olur. Sadəcə sual verirlər, cavablandırırsan. İş hüquqi yardıma çıxanda, ödəniş məsələsinə çatanda boyun qaçırırlar. Yazırlar cəmi bir sualım var. Azərbaycanda psixoloqlar geniş fəaliyyət göstərir. İnsan gedib psixoloqla 45 dəqiqə söhbət edir və bunun qarşılığında ona ödəniş edir. Hüquqşünaslıq da eynidir. Əgər gəlib məsləhət alırsansa, sözsüz ki, müəyyən ödəniş etməlisən.

 

- Azərbaycanda əlilliyi olan şəxslərin əksəriyyəti daha passiv, ictimai həyatdan kənardırlar? Sizcə, bunun əsas səbəbi nədir?

 

- İnsanın fəalllığı 90% onu əhatə edən mühitdən asılıdır. Bir misal çəkmək istəyirəm. Bir dəfə əlillərin sərgisini təşkil edəndə  bir xanıma zəng vurub onu da sərgiyə dəvət etdim. O çox sevindi. Yarım saat sonra  qızın valideyni zəng vurub mənə dedi ki, Zaur xahiş edirəm sərgilərə qızımı çağırma. Soruşdum niyə? Dedi ki, onu çölə çıxartmağa utanırıq. Yəni bundan sonra nə deyəsən...

 

- İctimai Birliyiniz hazırda nə kimi işlər görür?

 

- Birliyimiz hazırda əlilliyi olan şəxsləri tanıtmaq üçün işlər görür, müxtəlif videoçarxlar hazırlayır. Sərgilər, müsabiqələr təşkil edirik. Almaniyadan gələn əlil arabalarıyla 200-dən çox insanı təmin etmişik. Mingeçevirdən Lənkərana qədər zonalarda görüşlər keçirmişik, işləmişik.

 

- Regionlarda əlilliyi olan gəncləri cəlb etmək üçün nə kimi tədbirlər həyata keçirirsiz?

 

- Regionlarda bu məsələ sıfırdır. Orada 1 ay müddətində tədbir həyata keçirdik. 2-3 ay sonra da vəziyyət eyni oldu. Artıq başqa yola əl atmışam. “WhatsApp” qrupu açmışam. Azərbaycanda əlilliyi olan şəxsləri ora yığmışam. Digər dostum var idi. O da belə bir qrup yaratdı. Beləliklə, əlillər arasında əlaqələri artırırıq.

 

- Hüquqşünas olaraq insanlara necə köməklik göstərə bilərsiniz?

 

- Hüquqi yardım göstərir, məsləhətlər verirəm. Hüquqi sənədlərin tərtibində birbaşa iştirak edirəm. Bir sözlə, peşəkar hüquqi yardım edirəm. Sadəcə vaxtında müraciət etmək lazımdır.

Vətəndaşlara yardım etməyə hər zaman hazıram. Buyurub əlaqə saxlaya bilərlər: 055 774 70 05

 

Jalə Mehdi

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Yeraltı təkanlar davam edəcək” - Respublika Seysmoloji Xidmət Mərkəzi 24 Fevral 2020, 00:47 Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769-a çatdı 24 Fevral 2020, 00:32 Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü 24 Fevral 2020, 00:16 Prezidentin komandası seçkilərdə  məğlub oldu 23 Fevral 2020, 23:57 "Fənərbağça"nın baş məşqçisi istefa verdi 23 Fevral 2020, 23:40 Azərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİ 23 Fevral 2020, 23:23 ABŞ Qara dənizdə Rusiya ilə qarşılaşdı 23 Fevral 2020, 23:04 İtaliyada koronavirusdan daha bir nəfər ölüb 23 Fevral 2020, 22:43 "Qalatasaray" 21 illik tilsimi qırdı 23 Fevral 2020, 22:21 Azərbaycan millisi Böyük Dəbilqəni 4 medalla başa vurdu 23 Fevral 2020, 22:06 Daha bir ölkə İranla sərhədi bağladı - SƏBƏB 23 Fevral 2020, 21:52 Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO 23 Fevral 2020, 21:41 “Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq 23 Fevral 2020, 21:17 "Qarabağ"dan daha bir qələbə 23 Fevral 2020, 21:09 İranda daha bir güclü zәlzәlә oldu 23 Fevral 2020, 20:56 “İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02