Modern.az

Səfir Vilayət Quliyev: “Humanist olmaq təkcə bizəmi qalıb?”

Səfir Vilayət Quliyev: “Humanist olmaq təkcə bizəmi qalıb?”

13 Dekabr 2019, 15:56

Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri


Biz rəhmdilik, yoxsa düşmənə qarşı amansız olmağa cəsarətimiz çatmır?

1918-ci ilin oktyabrından Azərbaycan Cümhuriyyəti xarici işlər nazirinin müavini, 1920-ci ilin yanvarından isə İranda ilk səfirimiz olan Adil xan Ziyadxan XİN sistemində işlədiyi dövrdə ana dilində "Azərbaycan: onun tarixi, ədəbiyyatı və siyasəti" adlı bir kitab yazmış, sonra da onun müxtəsər fransız variantını hazırlamışdı. Həmin kitabdan 2000 nüsxə Avropada yaymaq məqsədi ilə Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinə göndərilmişdi.

Bu öz yerində...

Əsərin Azərbaycan variantında müəllif tariximizin bir sıra hadisə və şəxsiyyətlərindən söz açmışdı.

1918-ci ilin Mart qırğınından danışarkən A.Ziyadxan insan simasını itirmiş ermənilərin "azərbaycanlı körpələri diri-diri divara mıxladıqlarını" yazır, sonra isə şərt qoyurdu ki, “Gərək uşaqların son dəhşətli çığırtıları bizi qisasa dəvət etməsin. Lakin o vəhşilərin ürəyində bu iki millətin arasında qardaşlıq əlaqəsinin möhkəmlənməsi üçün tövbə fikri oyatsın”.

Müəllif sonra fikirlərini belə davam etdirirdi:

“Bu insan qıranlar və insanı min cür rəzalətə məhkum edənlər hiss etməlidirlər ki, insan üzərində çaldıqları ən böyük qələbə eyni zamanda ən müqəddəs fikir və əməllərin məğlubiyyətidir”.

Yaxşı fikirlərdir. Amma humanist olmaq təkcə bizəmi qalıb?

Bəlkə artıq bizim də tariximizi danan, torpaqlarımızı işğal edən düşmənə qarşı bir az qeyri-humanist olmaq vaxtımız çatıb?

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi