Arxiv
6 Yanvar 2020, 14:42 | DİASPOR
Azərbaycanlı diaspor xadiminin adına fond yaradıldı

Qazaxıstanın paytaxtı Nu-Sultan şəhərində azərbaycanlı alim, ictimai xadim və publisist Vidadi Koroğlu oğlu Salahovun xatirəsi əbədiləşdirilərək onun adına fond təsis edilib.

 

Modern.az xəbər verir ki, Vidadi Salahovun xanımı Marina Salahovanın təşəbbüsü və Azərbaycanın Qazaxıstandakı Səfirliyinin dəstəyi ilə yaradılan “Ata Yurt – Vidadi” fondun əsas məqsədi Qazaxıstanda elmi, mədəni proseslərdə dəstək vermək, humanizm və tolerantlığı, intellektual inkişafı təşviq etmək, ölkənin tanınmış ictimai və dövlət xadimlərinin ideyalarını təbliğ etmək, bu istiqamətdə fəaliyyət göstərən qurumların fəaliyyətini dəstəkləmək, gəncləri təhsilə və elmi tədqiqatlara həvəsləndirməkdən ibarətdir.

“Ata Yurt – Vidadi” fondunun təqdimat mərasimində çıxış edən Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bildirib ki, Vidadi Salahovun fəaliyyəti, qardaş Qazaxıstanın elmi-mədəni həyatında iştirakı burda yaşayan soydaşlarımız üçün örnək təşkil edir. O, Qazaxıstanda ictimai harmoniyanın möhkəmlənməsinə, soydaşlarımızın təşkilatlannmasına, Azərbaycan-Qazaxıstan münasibətlərinin təbliğinə böyük töhfələr verib. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

 

Qazaxıstan Prezident Administrasiyasının Qazaxıstan Xalqı Assambleyasının (QXA) katibliyinin müdiri, Qazaxıstan Xalqı Assambleyasının sədr müavini Canseyit Tümebayev bildirib ki, qazaxlar və azərbaycanlıları tarixi etnik və mədəni bağlar birləşdirir. Qazaxıstanda yaşayan azərbaycanlılar ölkənin siyasi, mədəni və sosial həyatında aktiv iştirak edirlər. C.Tümebayev qeyd edib ki, V.Salahov Nur-Sultan şəhərində çap olunan “Turan Ekspress” qəzetinin təsisçisi və redaktoru kimi ölkənin ictimai həyatında və azərbaycanlıların təşkilatlanmasında kifayət qədər aktiv olub. O, "Ata Yurt - Vidadi" Fondunun təsisçisi M.Salahovaya Qazaxıstan Xalqı Assambleyası adından təşəkkürnamə təqdim edib.

Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayev bildirib ki, Komitə V.Salahovla bağlı bioqrafik xarakterli kitabın hazırlanması və çapına dəstək göstərəcək. O, Komitənin sədri Fuad Muradovun adından Fondun təsisçisi M.Salahovaya “Təşəkkür məktubu” təqdim edib.

 

“Ata Yurt – Vidadi” Fondunun təsisçisi Marina Salahova yeni yaradılan təşkilatın məqsəd və vəzifələri barədə geniş məlumat verib və dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkür edib. Sonra Vidadi Salahovun fəaliyyətinə işıq salan qısa videomaterial təqdim olunub, mərhumun şeirlərindən parçalar səsləndirilib.

Qeyd edək ki, ötən il Nur-Sultan şəhərində dünyasının dəyişən tarix elmləri doktoru, professor Vidadi Salahov uzun illər Qazaxıstanda yaşayıb, Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri kimi Azərbaycan diasporuna başçılıq edib. Qazaxıstan Dövlət Tarixi İnstitutunun akademiki kimi ölkənin elmi-mədəni və ictimai həyatında aktiv iştirak edib. Nur-Sultanda çap olunan “Turan-exspress” qəzetinin təsisçisi və baş redaktoru, Qazaxıstan Redaktorlar Klubunun üzvü olub.

 

Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. 1978-1983-cu illərdə Voronej Dovlət Universitetində oxuyub. 1983-1987-ci illərdə Tselinoqradda (Nur-Sultan) 23 saylı orta məktəbin, 1987-1992-ci illərdə Kemerov vilayəti Tastaqol rayonunun Kondama kəndinin orta məktəbinin tarix muəllimi kimi fəaliyyət göstərib. 1994-1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun “Priziv” qəzetində muxbir vəzifəsində çalışıb. 1997-2004-cu illərdə “Akmola” Astana şəhərində fəaliyyət gostərən “Azamat”, “Times” qəzetinin müxbiri olub. 2004-cu ildə “Turan-exspress” qəzetini təsis edib.


Qazaxıstan Prezidentinin 2 minnətdarlıq məktubu, “Qızıl qartal” ordeni ilə (Hannover), 16 diplom və fəxri fərmanlar, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daxili işlər nazirinin adından istifadə edən şəxs həbs OLUNDU 24 Yanvar 2020, 09:30 ONLAR KİMƏ SƏS VERƏCƏKLƏR 24 Yanvar 2020, 09:25 Bir gündə 43 cinayətkar tutuldu 24 Yanvar 2020, 09:18 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - Altıncı söz 24 Yanvar 2020, 09:12 Cəbhədə təxribat - Ermənilər snayperləri işə saldılar 24 Yanvar 2020, 09:06 Yeni parlamentdən Qarabağ gözləntiləri: Fraksiya, işğal haqqında qanun, savadlı gənclər və ... 24 Yanvar 2020, 09:00 Bu ölkədə əhalinin sayı sürətlə azalır 24 Yanvar 2020, 08:48 Argentinada güclü zəlzələ olub 24 Yanvar 2020, 08:20 Tramp Netanyahunu qəbul edəcək 24 Yanvar 2020, 08:06 Abşeronda avtomobil iki şagirdi vurdu - FOTO, VİDEO 24 Yanvar 2020, 01:03 Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb 24 Yanvar 2020, 00:49 Dəhşətli virus daha üç ölkədə aşkarlandı 24 Yanvar 2020, 00:32 Bakıda Hindistanın milli bayramı qeyd edilib 23 Yanvar 2020, 23:57 2030-cu İL ZUKERBERGİN GÖZÜ İLƏ - REKTOR YAZIR 23 Yanvar 2020, 23:42 ABŞ İrana qarşı sanksiyalarını genişləndirib 23 Yanvar 2020, 23:26 Leyla Əliyeva bacısını ad günü münasibətilə təbrik etdi - VİDEO 23 Yanvar 2020, 23:11 Ziyad Səmədzadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 22:56 Azay Quliyev 6-cı mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 23 Yanvar 2020, 22:45 Hicran Hüseynovanın seçicilərlə növbəti uğurlu görüşü - FOTOLAR 23 Yanvar 2020, 22:30 Virusdan ölənlərin sayı 18 nəfərə çatıb 23 Yanvar 2020, 22:14 Böyük Bəhmənli sakinlərindən Vüqar Bayramova yüksək etimad - FOTOLAR 23 Yanvar 2020, 21:56 Restoranda içkili vəziyyətdə dava salan nazir 23 Yanvar 2020, 21:41 Qaxda 17 yaşlı oğlan dəm qazından boğuldu 23 Yanvar 2020, 21:28 Vilayət Eyvazovdan yeni TƏYİNAT 23 Yanvar 2020, 21:17 Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 21:01 ABŞ-ın vitse-prezidenti dünyanı İrana qarşı çağırdı 23 Yanvar 2020, 20:37 “Xəşəxuna”ya qaz verildi 23 Yanvar 2020, 20:18 Kraliça “Brexit” sazişini təsdiqlədi 23 Yanvar 2020, 20:01 Robotlar xəritəsiz hərəkət edəcək: ŞOK ixtira 23 Yanvar 2020, 19:48 İqbal Məmmədov seçiciləri ilə fərdi söhbət etdi - FOTO 23 Yanvar 2020, 19:39 Ceyhun Məmmədov Şüvəlanda məcburi köçkünlərlə görüşüb - FOTO 23 Yanvar 2020, 19:30 Azərbaycanda bədbəxt hadisə: 3 nəfəri "tok" vurdu 23 Yanvar 2020, 19:22 XİN: “Ermənistan uydurma təbliğat aparır” 23 Yanvar 2020, 19:15 Tələbələr arasında vətənpərvərliklə bağlı müsabiqə elan olundu 23 Yanvar 2020, 19:07 Azər Kərimli Qaxda gənclərlə görüşüb - FOTOLAR 23 Yanvar 2020, 18:59
SORĞU Yeni parlamentdə kimlər olsun?