Arxiv
15 Yanvar 2020, 09:55 | MÜSAHİBƏ
Fransanın Azərbaycandakı səfiri: “Qarabağ münaqişəsinin həllinə BMT qətnamələri daxil edilməlidir” - MÜSAHİBƏ

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edidik.

- Hörmətli cənab səfir, bu ilin sentyabr ayından Fransa Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfirisiniz. Bu qısa müddət ərzində Azərbaycan sizdə hansı təəssüratları yaratdı?

- Azərbaycana gələrkən ölkənizin türk, iran və rus dünyası ilə sıx yaxınlığı olduğunu bilirdim. Və bu həqiqətdir. Ancaq məni təəccübləndirən məqam mədəniyyət, təhsil, həyat tərzi, səhayət və s. kimi sahələrdə Avropanın Azərbaycanlılar üçün cəlbedici olmasıdır. Bu çox sevindirici haldır. Çünki Avropa Azərbaycan və onun əhalisi ilə möhkəm, yaxın münasibətlər qurmağa eytiyac duyur. Azərbaycanın təbiətinə gəlincə isə ümumiyyətlə, dağlarda gəzintini eləcə də, təbiəti sevdiyim üçün Qusar rayonundakı dağların və Bakı ətrafı yarı-səhralıq mənzələrinin gözəlliyindən valeh oldum.

- Bakı ilə Parisi müqayisə etsəniz Bakının hansı üstün və zəif cəhətlərini vurğulayardınız?

- Bakının bir çox üstünlükləri var: Xəzər dənizi, şəhəri əhatə edən təpələrdən ibarət gözəl təbii məkanı, günəşi, və xüsusilə də, təbiətə yaxınlığı. Paytaxt şəhərlərimiz arasında əsas fərqlərdən biri də, Bakıdakı yaşayış dəyərinin Parisə nisbətdə daha aşağı olmasıdır. Təbii ki,  bu da mühüm əhəmiyyət kəsb edən bir fərqdir. Daha qızğın şəhər hesab edilən Parislə müqayisədəki nisbətdə mən deyərdim ki, Bakıda bir qədər incəlik, həyat keyfiyyəti, xoş bir yavaşlıq hiss olunur. Bakılılar isə çox mehriban və gülərüzdürlər. Paris - dünyada meqapolis hesab olunur. Onun da özünəməxsus cazibədarlıqları var. Parisdə hər şey tapmaq, xüsusilə fərqli və yeni fəaliyyət növlərinə rast gəlmək olar. Ancaq onu da deyim ki, Paris sizi yora biləcək bir şəhərdir.

 

- Cənab Qros, diplomatik fəaliyyətinizə nəzər salsaq görərik ki, Fransa Respublikasının  Moskvadakı səfirliyində müşavir, Tel-Əvivdəki səfirliyində isə birinci müşavir olmusunuz. Azərbaycan sizin səfir təyin olunduğunuz ilk ölkədir və ümüd edirik ki, yadınızda həmişə bu fəaliyyətinizin başladığı bir ölkə kimi qalacaq. Səfir olaraq ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün hansı addımları atmaq niyyətindəsiniz?

- İlk olaraq, Fransanın Azərbaycana nə təklif edə biləcəyəni izah etmək istəyirəm. Buna hər hansı bir ad versək də, söhbət faktiki strateji tərəfdaşlıqdan gedir. Bu isə Avropada təhlükəsizliyə dair güclü siyasi dialoq, ictimai, səhiyyə və ya iqlim dəyişikliyi kimi beynəlxalq çağırışlarla üzləşən Azərbaycanın multikulturalizmə verdiyi tövfə, eyni zamanda enerji, nəqliyyat, ətraf mühit, təhlükəsizlik, maliyyə və kənd təsərrüfatında Fransanın daha güclü iqtisadi iştirakı deməkdir. Təhsil, təlim və yerli kadrlarının Avropa standartlarına uyğunlaşdırılması sahəsində də tərəfdaşlıq da nəzərdə tutulur.

Tərəfdaşlıqların reallaşması isə hər iki ölkənin razılığı əsasında aparılır. Belə bir tərəfdaşlıqlarla maraqlı olub-olmadığını Azərbaycan höküməti bizə söyləməlidir. Fransa təkliflərini edir və bu  təkliflər hələ ki, masa üzərindədir.

- Cənab səfir, bəs, ortaq mədəniyyətlərimizin təbliği ilə bağlı hansı layihələri ortaya qoymağı düşünürsünüz?

- Fransa və ümumiyyətlə Avropa, Qərb və digər ölkələrlə bağlı Azərbaycanda güclü, mədəni və intellektual gözləntilərin olduğunu düşünürəm. Azərbaycanlılar nəinki mədəniyyət ocaqlarında təşkil olunan müxtəlif tədbirlərə, həmçinin rəqəmsal incəsənət və kompüter qrafikası, elektron musiqi, müxtəlif bədii janrların sintezi, küçə tamaşaları kimi yeni tendensiyalara əlaqəli olduqlarını hiss etmək istəyirlər. Azərbaycan mürəkkəb bir coğrafi vəziyyətdədir. Bir qonşu ilə münaqişə vəziyyətindədir, digər iki qonşusu isə çətin anlar yaşayır. Beləliklə, azərbaycanlılar dünyaya pəncərə açmağımızı istəyirlər, çünki onlar iqlim dəyişikliyi ilə üzləşən bəşəriyyətin gələcəyi, millət anlayışı, dövlətin rolu, qadın və kişi bərabərliyi haqqında özlərinə eyni mühüm sualları verirlər. Bunlara cavab vermək üçün bizə elm adamları, həmçinin sənət adamları və geniş ictimaiyyət lazımdır.

Arzu edirəm ki, Fransa bütün bu  suallarla bağlı azərbaycanlılarla dialoq qursun. Səfirliyimiz və onun azərbaycanlı tərəfdaşları Fransanın verdiyi cavablar, hazırladığı təklif layihəlriylə bağlı azərbaycanlılara ümumi məlumat təqdim etsin. Misal üçün, Milli Elmlər Akademiyası ilə birlikdə yanvarın 30-da “Canlı olmaq” mövzusu ətrafında Tarix muzeyində “Fikirlər gecəsi” təşkil edəcəyik.

Gələcəkdə iqlim dəyişikliyinə uğrayan bir dünyada necə yaşayacağıq, şəhərlərimizi, həyat tərzimizi necə uyğunlaşdıra bilərik? Bu yalnız mütəxəssisləri deyil, hamını maraqlandıran bir sualdır. Və bunu axşam, gecə ona görə edirik ki, dünyagörüş, qeyri-rəsmi mübadilələr, sərbəst düşüncə, qorxu və ya arzular üçün münasib bir vaxtdır.

 

- Belə bir maraqlı ifadə ilə müsahibəmizə davam etmək istərdim: İnsanın gözlərini əlindən aldıqda o fiziki, elmini əlindən aldıqda isə mənəvi kor olur. Bu mənada Azərbaycan Respublikası və ölkə rəhbərliyi hər zaman təhsilin inkişafına geniş yer ayırır .  Azərbaycan  Respublikası  Fransanın inkişaf etmiş təhsil sistemindən həmişə yararlanmaq niyyətindədir. Azərbaycanda Bakı-Fransız liseyi və UFAZ Fransız Universititeti fəaliyyət göstərir. Sizcə, bunlar Fransa təhsil imkanlarının Azərbaycandakı təbliğində effekt verir ?

- Doğru vurğulayırsınız. Fransız təhsilinin Azərbaycandakı təbliği, hazırdakı Azərbaycan hakimiyyətinin sayəsində mümkün oldu. Bilirəm ki, bunun mümkün olması üçün hazırkı Birinci vitse-Prezident Mehriban xanım Əliyeva böyük səylər göstərdi və mən ona Fransız dilini və təhsilini Azərbaycanda uğurla təbliğ etmək üçün atdığı addımlar, gördüyü işlərə görə  çox minnətdaram.

Bakıdakı Fransız Liseyi, fransız təhsili təklif edən, əksəriyyəti azərbaycanlı olan 200 şagirdi qəbul edir. Müəllim və rəhbər heyəti çox dinamik, maddi-texniki baza isə çox müasirdir. Lisey bəzi ingilis dilli məktəblərə nisbətən maliyyə cəhətdən də, daha münasibdir. Bu hal özü də böyük bir uğurdur.

UFAZ-ın fəaliyyətinə gəlincə isə UFAZ-da 600-ə yaxın parlaq gələcəyə ümid edən tələbə təhsil alır. Dərslər Strasburq Universitetinin professorları tərəfindən hazırlanır və tədris olunur. Tələbələr çox müasir laboratoriyalarda daha çox praktiki dərslər keçməkdə şanslıdırlar. Bu çox böyük nailiyyətdir. İlk məzunlar bu ilin yay ayında olacaq. Və UFAZ bu il payızdan etibarən bir neçə magistr pilləsini də açmaq istəyir.

- Hörmətli səfir, bildiyiniz kimi Azərbaycan 20 ildən artıqdır ki, qonşu Ermənistanla müharibə şəraitindədir. Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və münaqişəylə bağlı həlledici qərar vermək imkanı olan üç ölkədən biridir. Bu barədə həmsədr ölkənin səfiri kimi fikirlərinizi almaq maraqlı olardı?

- Artıq 25 ildən çox müddətdir bölgəni matəmə bürüyən və sabitliyi pozan bu münaqişə, hamımızın arzuladığımız təhlükəsizliyin gələcəyini və firavanlığı təhlükə altına alır. Hər iki tərəfdəki ailələrə çox sayda tələfatlar üz verib və təəssüf ki, tələfat verməkdə davam edir. Bu məsələnin mürəkkəbliyini yaxşı anlayıram, əminəm ki, ədalətli və davamlı diplomatik həlli yolu, səmimi danışıqlar yolu ilə həll yolundan başqa çıxış yolu yoxdur. Nə qədər ki, dialoq var, ümid var və mən nikbinəm, çünki Ermənistan və Azərbaycan Minsk Qrupunun həmsədrliyi altında bu dialoqu davam etdirmək əzmindədirlər.

Mövcud vəziyyətin qeyri-sabit olduğunu hamımız bilirik və Fransa açıq şəkildə bildirir ki, status-kvo qəbul edilməzdir. Rusiya Federasiyası və ABŞ ilə sıx əlaqədə olaraq, prosesə dinamik təkan vermək üçün Fransa səylərini əsirgəmir. Məsələn, 2019-cu ilin Yanvar ayında Fransanın Xarici İşlər Nazirliyində “Xalqları sülhə hazırlamaq” kimi təşəbbüsü irəli sürmək üçün cənab nazir Elmar Məmmədyarov və erməni həmkarını bir araya gətirən toplantı təşkil edilmişdi. Tərəfdaşları ilə müntəzəm görüş zamanı Fransa Prezidenti Emmanuel Makron şəxsən bu münaqişə ilə bağlı fikir mübadiləsi aparır. Aydın məsələdir ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli öz yanaşmasına beynəlxalq hüquqda təsbit olunmuş standartları, o cümlədən BMT qətnamələrini və Helsinki Yekun Aktının əsas prinsiplərini daxil etməlidir. Bu təbii ki, tərəflərin siyasi iradəsini və güzəştə getməsini nəzərdə tutur.

- Fransa bütün dünyada həm də öz şərablarının möhtəşəm dadı ilə məşhurdur. Azərbaycanda da son illərdə şərabçılıq inkişaf edir. Bu sahədə Fransa Azərbaycana hansı dəstəyi göstərə bilər?

- Şərab yaşam sənətidir: mənzərələrdir, mədəniyyətdir, zövqdür, ailə və ya dostlarla əyləncə və bölüşmə anlarıdır. Həmçinin də iqtisadiyyatdır. Azərbaycanda şərabçılıq ənənəsi mövcuddur. Azərbaycan üzüm bağlarını inkişaf etdirir. Əlbəttə ki, bu sahədə Fransa hər zaman Azərbaycana kömək etməyə hazırdır. Bizim dəyərli şərab mütəxəssislərimiz var və onlardan bəziləri buradadırlar. Bizim  həm də üsullar, təlim məktəbləri, ixtisaslaşmış kənd təsərrüfatı alətləri istehsal edən şirkətlərimiz var. Ölkəm üçün çox vacib olan bu sahədə əlaqələrin inkişaf edəcəyinə çox böyük ümid bəsləyirəm.

- Azərbaycana Fransız şərabı ixrac olunurmu? Bu sahədə nə kimi problemlər görürsünüz?

- Bəli, ixrac olunur. Lakin istərdim ki, ixracı asanlaşdırmaq üçün vergilər azaldılsın və şərablarımız Azərbaycanlılar üçün daha əlçatan olsun.

- Cənab səfir, Bakı haqqında çox maraqlı fikirləriniz oldu. Bəs, Bakının fransızlar üçün daha yadda qalan olması üçün Bakıda hansı məşhur Fransızın adına küçə verilməsini və heykəl ucaldılmasını istiyərdiniz?

- Fransız musiqiçilərinin adlarının verilməsi  haqqında düşünürəm. Çünki musiqi universaldır və bütün xalqlara olduğu kimi həm azərbaycanlılara, həm də fransızlara  doğmadır. Buna görə Bakıda Klod Debussi, Kamiy San Saens, Jorj Bize, Moris Ravel və ya Frederik Şopenin adına küçə görmək istərdim. Əgər bu baş verərsə, düşünürəm ki, bu hadisə bakılılar üçün bir ilham olacaq, həm də adını qeyd etdiyim şəxsiyyətlərin musiqisi fonunda Fransız musiqisini kəşf etmək üçün bir fürsətə çevriləcəkdir.

- Bir milləti yaşadan və tanıdan, onun özəlliyini tam anlamda digər xalqlara sübut edən edən əsas amil məhz onun dilidir. Bu mənada  Azərbaycanda fransız dilinin təbliği ilə məşqul olan mərkəzlərin fəaliyyyətindən razısınızmı?

- Fransız dilinin tədrisi üçün daha çox iş görmək istərdim. Bu ölkədə bəzən çətin şəraitlərdə fransız dilinə olan sevgilərini ötürmək üçün çox çalışan çoxsaylı müəllimlər var. Onlara çox minnətdaram və onlara olan hörmətim sonsuzdur. Bu gün Azərbaycanada Fransız dilini daha yaxşı təbliğ etmək üçün yeni müəllim və şagird nəslinin meydana gəlməsinə dəstək olmalıyıq. Bakıdakı Fransız İnstitutu, Fransız Liseyi də UFAZ kimi genişlənməkdədir. Bu yaxınlarda Gəncə  Dövlət Universitetindəki  Fransız dilini tədris edən müəllim heyəti ilə tanış oldum. Arzum budur ki, Azərbaycanda fransız dilini tədris edən bütün orta məktəblərə baş çəkim və tədrisin keyfiyyti ilə tanış olum. Bu işə  Fransız İnstitutun və səfirliyin bütün heyəti ilə birlikdə davam edəcəyik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fişəng fabrikindəki partlayışda ölü sayı artdı - VİDEO 4 İyul 2020, 00:53 Böyük Britaniyada koronavurudan 137 nəfər öldü 4 İyul 2020, 00:41 “İki gün ev şəraitində müalicə alıb, qızdırması düşmüşdü” - Etibar Babayevin xanımı 4 İyul 2020, 00:29 16 şəhər və rayonda iki günlük ictimai nəqliyyatın fəaliyyəti dayandırılır 4 İyul 2020, 00:16 Bakı metrosu bu gündən iyulun 20-dək İŞLƏMƏYƏCƏK 4 İyul 2020, 00:04 DOST mərkəzləri xüsusi karantin günlərində də fəaliyyət göstərəcək 3 İyul 2020, 23:56 Bərdədə 7 yaşlı uşaq bacısını öldürdü 3 İyul 2020, 23:43 Prezident yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı 3 İyul 2020, 23:31 Bərdədə yol kənarında meyvə-tərəvəz satan şəxsi avtomobil vurdu 3 İyul 2020, 23:21 Daha həkim koronavirusdan öldü 3 İyul 2020, 23:06 Xəlifəlik qurmaq istəyənlər yaxalandı 3 İyul 2020, 22:53 “Fəxri ad davası aparan elə adamlar var ki, jurnalistikanın baş hərfindən xəbəri yoxdur” - Baş redaktor 3 İyul 2020, 22:46 Rusiya ölkəyə miqrantların axınında maraqlıdır 3 İyul 2020, 22:33 Azərbaycan vətəndaşı Gürcüstanda qətl törədib 3 İyul 2020, 22:19 Minsk qrupu xalqları müharibəyə hazırlayır 3 İyul 2020, 22:07 Türkiyədə 178 278  nəfər koronavirusdan sağalıb 3 İyul 2020, 21:54 Saatlı sakini intihar edib 3 İyul 2020, 21:37 Milyonlarla vəsait əldə edən şirkətlərin BENEFİSİAR SAHİBİ 3 İyul 2020, 21:23 Birinci xanım koronavirusdan sağaldı 3 İyul 2020, 21:09 Hindistanda yerli koronavirus vaksininin sınaqları başlayır 3 İyul 2020, 20:49 Yaponiyada koronavirusa yoluxanların sayı 20 mini ötdü 3 İyul 2020, 20:33 Xarici işlər naziri koronavirusa YOLUXDU 3 İyul 2020, 20:16 Mehriban Əliyeva şəhid ailəsinin mənzil problemini həll etdi - FOTOLAR 3 İyul 2020, 20:00 “Şərəfi olan adam vəzifədən asılı olmayaraq şərəfsizlik eləmir” - MÜSAHİBƏ 3 İyul 2020, 19:40 Vətəndaşların nəzərinə - “ASAN xidmət” və  “ASAN Kommunal” 4 gün işləməyəcək 3 İyul 2020, 19:32 Yeni tədris ili avqustun 31-dən başlayacaq - Türkiyədə 3 İyul 2020, 19:24 Saatlının su problemi nəzarətə götürüldü 3 İyul 2020, 19:17 “Qanun dəyişməyincə, kamera vasitəsilə cərimə yazılmayacaq” - Rəsmi 3 İyul 2020, 19:10 Apteklərdə dərman çatışmazlığı var? - Prezidentin köməkçisindən cavab 3 İyul 2020, 19:01 Baş redaktor koronavirusdan sağaldı 3 İyul 2020, 18:58 Krediti olanlara güzəşt ediləcək? - AÇIQLAMA 3 İyul 2020, 18:55 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırıldı 3 İyul 2020, 18:50 TƏBİB sədri özəl xəstəxanalardan narazıdır - məlumatlar bizə gec daxil olur 3 İyul 2020, 18:45 Şeyx din xadimlərini topladı - FOTO 3 İyul 2020, 18:42 Şahmar Mövsümov:Testin özünün etibarlılığı 70 faizdir 3 İyul 2020, 18:36