Arxiv
31 mart 2012, 12:15 | MÜSAHİBƏ
Rəşid Behbudovun məşhur bacısı oğlu danışdı: “Axı indi kimə lazımam?” - MÜSAHİBƏ

“Polad Bülbüloğlu mənə dedi gözlə, nə qədər gözləməli idim?”

“Bakıya gəlmək fiikrim yoxdur, bütün arzularımı o şəhərdə qoydum”

Onu çox çətinliklə müsahibə verməyə razı saldım. Deyirdi ki, “qatarı artıq gedib” və barəsində hansısa məlumatını dərc olunmasını istəmir. Düzü xeyli təəccübləndim. Axı niyə? Cavab: “İstəmirəm”..

Bir zamanlar Azərbaycan estradasının populyar ifaçılarından olan Cəfər Behbudovla müsahibə cəhdim belə qarşılandı.

… Uşaq vaxtlarımdan o mənim yadımda qalmışdı. Saqqalı, uzun saçlı… Onu “Üç müşketyor” dakı Aramisə oxşatmışdım. Tez-tez efirdə göstərirdilər. Lirik sevgi mahnıları oxuyurdu. Lakin 90-larda Cəfər birdən-birə qeyb oldu. Uzun illər onun səsi-sorağı çıxmırdı. Araşdırmamdan sonra bəlli oldu ki, Cəfər Behbudov bütün bu 20 ili Ukraynada yaşayırmış. Yeri gəlmişkən deyim ki, ötən həftə Modern.az-da onun barəsində yazdığım yazı böyük rezonansa səbəb oldu. Deməli onu hələ unutmayıblarmış… Modern.az saytı Rəşid Behbudovun məşhur bacısı oğlunu ilə müsahibəni təqdim edir.

   …Telefonda səsi kədərli və bir qədər incik tonda idi elə bil. “Sizi Bakıdan narahat edirəm” sözlərimi bir qədər pauza ilə qarşılayan Cəfər bəy “müsahibə vermək istəmirəm” dedi.

- Cəfər bəy, niyə müsahibə verməkdən imtina edirsiniz?  

- Mən istəmirəm müsahibə verim. Bunun indi nə mənası var axı? Gör neçə il keçib üstündən… Necə deyərlər, “qatar artıq gedib”. İndi musiqi ilə məşğul olmuram.

- Siz nə əcəb peşəkar musiqidən ayrıldınız?

- Bilirsinizmi... Bu barədə danışmağın indi mənası yoxdur. Oxumaq, musiqi ilə məşğul olmaq üçün imkan, təşkilatçı olmalıdır. Belədə isə evdə hərdən özüm üçün oxuyuram, səsimi kompüterə yazıram. Qulaq asıb, gəncliyimi xatırlayıram. Amma səhnəyə çxmaq fikrim yoxdur.. Qətiyyən  istəmirəm.

- Niyə?

- Məncə yol indi cavanlarındır.

- Azərbaycandan getməyinizə səbəb nə oldu?

- Mən Azərbaycan Televiziyasının estrada orkestrinin solisti idim. Bir gün işə gələndə mənə dedilər ki, ixtisara düşmüşən. Qaldım belə. Ora-bura getdim. Səbəbini öyrənə bilmədim. Beləcə bir müddət işsiz qaldım. Çox qarışıq zamanlar idi 90-cı illərin əvvələri. Bakıda iş tapmaq çətin idi. Getdim o zaman mədəniyyət naziri olan Polad Bülbüloğlunun qəbuluna.. Mənə dedi “gözlə”. Gözlədim bir müddət. Nə qədər gözləmək olardı axı? Sonra dostlar mənə məsləhət gördülər ki, Ukraynaya gəlim. Mən də gəldim. Bir müddət Kiyevdə musiqi ilə məşğul oldum. Mahnılar oxudum müxtəlif yerlərdə. Sonra daha başqa təkliflər gəldi. Bilirsinizmi, mən bütün sənətimi, populyarlığımı, arzularımı Bakıda qoyub gəldim Ukraynaya. Burda hər hansı bir musiqiçi  karyerası qurmaq niyyətim olmayıb. Sadəcə pul qazanmaq və yaşamaq. Sənəti həmişəlik Bakıda qoydum. Ukraynaya gələndə tanınmaq istəmirdim.

- Azərbaycanla əlaqələriniz varmı?

- O qədər də yox. Bir bacım yaşayır Bakıda. Hərdən onunla zəngləşirik. Kiyevdə əvvələr Azərbaycan səfirliyinin təşkil elədiyi şənliklərə, tədbirlərə dəvət edirdilər. Gedib orada könhə mahnılarımıdan oxuyurdum. Sağ olsunlar, mənim hörmətimi həmişə saxlayıblar.

-Bakıya son dəfə nə zaman gəlmisinz?

- Çoxdan… 12-13 il əvvəl. Anam rəhmətə gedəndə. Köhnə dostum Siyavuş Kərimi ilə görüşdüm o zaman. Çox kömək elədi mənə. Hətta zorla apardı məni öz studiyasına. Dedi ki, “mahnı yazdırmalıyıq mütləq”. Nəsə alınmadı o zaman yazdırmaq. Orada gördüm ki, artıq bizim zamanımız deyil. Hər şey keçib gedib. Yeni münasibətlər yaranıb. Yeni baxışlar…

- Sizin də bu Azərbaycan estradasının inkişafında  xidmətiniz olub axı?

- Hə. Bilmirəm buna xidmət demək olarmı?  Mən o zaman üçün estradamızı irəli aparmaq, yeni tərz vermək istəyirdim. Buna görə çoxlarının məni gözü götürmürdü..

- Bakıya gəlsəniz, kimləri  yenidən görmək istərdiniz?


- Bilmirəm. Bu barədə düşünməmişəm. İndi onaların hamısı xatırlərimdə yaşayır mənim. 

- Niyə yenidən oxumaq istəmirsiniz?

- İndi kimə lazımam axı?  Tutaq ki, mən oxumaq istədim. Kimsə buna  görə pul verməlidir, qabağa düşməlidir. Bunlar hamısı bir müddət olacaq. Mən müvəqqəti marağı xoşlamıram. Bu işə peşəkar yanaşma lazımdır. Digər tərəfdən yeni mahnılar da axı yoxdur. Əvvələr bəstəkar Eldar Mansurov mənim üçün mahnılar yazardı. Çoxdandır ki, onunla əlaqəm yoxdur. Biz dost olmuşuq zamanında. Ona salam deyin məndən. Çox gözəl bəstəkardı Eldar. Bir də ki bizim zamanımız getdi daha. İndi oxumağın mənası varmı? Qoy indi gənclər oxusun. İndi zövqlər də dəyişib, münasibətlərə də… Məncə, vaxtında səhnəni tərk etmək lazımdır. Qoy hamının yadında necə qalmısansa, belə də xatırlanasan. Təəssüf ki, mən imkanlarımın 50 faizini reallaşdıra bilmədim. Bacarığımın cəmi yarısını qoya bildim sənətə. Çətinliklər, maneələr çox oldu mənə.

- Siz dünya şöhrətli müğənni Rəşid Behbudovun yaxın qohumusunuz. Yəqin Mahnı Teatrında da oxumusunuz?

- Bəli, Rəşid dayının Mahnı Teatrının solisti olmuşam. Mahnı Teatrının yeni binasını açılışında iştirak etmək ona qismət olmadı. Bütün proqram hazır idi. Açılışa iki həftə qalmış Rəşid Behbudov vəfat etdi. Bundan sonra Mədəniyyət Nazirliyindən mənə tapşırdılar ki, açılış proqramı üçün R. Behbudovun oxuyacağı bütün mahnıları mən oxuyum. Mən də oxudum.

- Rəşid Behbudovun qızı Rəşidə xanımla əlaqələriniz varmı?

- Yox, əlaqəm yoxdur ..

- O zamanlar fəxri ad almaq çətin idi. O vaxtlar adınız təqdim edilibmi ?

- Hə, bir dəfə adım fəxri ad almaq üçün nəzərdə tutulmuş siyahıda olub. Kimlərsə çıxarmışdılar adımı.. 

- Bakıya gəlmə planınız varmı?

- Yoxdur, yox. Mən ümümiyyətlə istəmirəm ki, Azərbaycanda xatırlanım. Nəyi dəyişəcək bu? Amma Bakı şözəl şəhərdi. Gəncliyimin şəhəridi Bakı. Televizorda baxıram, şəhər çox dəyişib. Gözəlləşib. Amma Bakıya qayıtmaq fikrim yoxdur.

- Niyə?

….

- Hazırda nə ilə məşğul olursunuz?

- Mən Kiyevin yaxınlığında olan bağ evimdə yaşayıram. Kiçik bir biznesim var. Kompüter texnologiyaları ilə bağlı… Bağ evimdə bostan salmışam. Orada əkin işləri ilə məşğul oluram. Beləcə yaşayıram.

- Səhhətiniz necədir?

- Belə də, gah yaxşı olur, gah pis.

- Ailənizlə bağlı məlumat verə bilərsinizmi? Sənətinizi davam etdirən varmı?

- Bu barədə danışmaq istəmirəm.

 - Bakıdakı keçmiş sənət dostlarınız sizinlə əlaqə saxlayrmı?

- Xeyr. Heç telefonlarımı bilirlər ki?

- Nəsə sözünüz varmı onlara?

- Cansağlığı arzu edirəm onlara. Hərdən onları TV-də görürəm. Zaman amansızdı. İllər tez gedir deyə düşünürəm. Mübariz Tağıyevi görürəm hərdən efirdə… Hələ oxuyur deyəsən..

- Azərbaycan estradasını izləyirsinizmi?

- Hərdən TV-ləri izləyirəm. İstedadlı cavanlar var. Amma hələ yolun başlanğıcındadırlar. Təzə-təzə başlayırlar.

- Yəqin “Avroviziya”dan bildiniz qələbəmizi?

- Bəli çox sevindim. Uşaqlar müsabiqədə yaxşı çıxış etdilər. 

- Sizin internnetdə heç bir şəklinizi tapa bilmədim… Şəkli verməkdən də imtina edirsiniz.  Çoxmu dəyişmisiniz?

- Mən sizə şəkil verməyəcəyəm. İnciməyin siz Allah.. İstəyirəm ki, tamaşaçılar məni cavan vaxtı necə görüblərsə, elə də yadda saxlasınlar. İnsan cavanlıqda daha cazibədar olur. Qoca vaxtımdakı şəklim insanlara müqayisə imkanı verər məncə. Mənsə istəmirəm bunu. Qoy məni necə görüblərsə elə də xatırlasınlar.


Xaqani SƏFƏROĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat   10 İyul 2020, 11:03 “İki sahil”in nəşrə başlamasından 29 il ötür 10 İyul 2020, 10:58 Asiya Parlament Assambleyasının konfransı keçirilib 10 İyul 2020, 10:56 Həkim çatışmazlığı rezidenturaya sənəd qəbulunu yenidən aktivləşdirdi 10 İyul 2020, 10:52 ADU-nun Konfutsi İnstitutu onlayn seminar keçirib 10 İyul 2020, 10:48 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 10 İyul 2020, 10:44 Prezidentin verdiyi müsahibə xalqımızı birliyə çağırır   10 İyul 2020, 10:40 Ötən gün 1 440 nəfər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 10:36 KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30  Gömrük Hospitalı işçi axtarır - həkim, tibb bacısı (qardaşı), xadimə... 10 İyul 2020, 10:24 Prokurorluq baldızını bıçaqlayan Anar Əlizadəni AXTARIR 10 İyul 2020, 10:18 Partiya sədrinə ağır itki üz verdi 10 İyul 2020, 10:12 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı 10 İyul 2020, 10:06 Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayonlardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24 Koronavirusdan sonra ən çox rast gəlinən FƏSADLAR 10 İyul 2020, 08:12 Bu gün ali məktəblərə ilk qəbul imtahanları keçirilir 10 İyul 2020, 08:00 Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57