Arxiv
23 Yanvar 2020, 09:25 | MÜSAHİBƏ
Argentinanın Azərbaycandakı səfiri: “Səfirlik olaraq ölkənizin Argentina futbolu ilə əməkdaşlığına dəstək ola bilərik” – MÜSAHİBƏ

Argentina Azərbaycana heyvanlar üçün yem, neft üçün borular, tibb sahəsində bəzi dərmanlar, konserv və s. ixrac edir...

 

Argentina Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri  Serxio Osvaldo Perez Qunella Modern.az saytına müsahibə verib.

 

Hörmətli Səfir Sergio Osvaldo Perez Gunella,  müsahibəni Argentinanın bugünkü xarici siyasəti barədə fikirlərinizi öyrənməklə başlamaq istərdim...

 

- Argentinanın bugünki siyasətində bir neçə aparıcı istiqamət var. Onlardan biri də beynəlxalq ticarətdir. İnkişaf üçün biz digər dövlətlərlə və eləcə də bizə qonşu olan dövlətlərlə MERCOSUR vasitəsilə çox yaxşı əlaqələr saxlamalıyıq. MERCOSUR Argentina Brazilya Urguvay və Paraqvay arasındakı ticarət təşkilatıdır. Həmçinin Azərbaycanla da çox yaxşı münasibətlərimiz var. Beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələr qururuq və çalışırıq ki, Azərbaycanla olan əlaqələrimizi intensivləşdirək.

 

-Argentina və Azərbaycan arasındakı ticarət dövriyyəsinin məbləği nə qədədir?

 

- 2018-ci ildə Azərbaycan və Argentina arasındakı ticarət dövriyyəsinin məbləği 24 milyon dollar təşkil edirdi. Bu elə də böyük rəqəm deyil, lakin ölkələrimiz arasında olan inkişaf potensialını çox yüksək dəyərləndirirəm.

 

 

Ölkələrimiz arasındakı dövriyyə hansı sahələr üzrə aparılır?

 

- Argentinanın Azərbaycana ixrac etdiyi məhsullar arasında heyvanlar üçün yem və neft üçün boruları xüsusilə vurğulamaq istərdim. Eləcə də, tibb sahəsində bəzi dərmanlar, konserv məhsullarını Azərbaycana ixrac edirik. Aqro sektorda da Argentina məhsullarının bir qismi Azərbaycana ixrac olunur.

 

- Bəs, Argentina Azərbaycandan hansı malların alınmasında maraqlıdır?

 

- Argentina iki böyük sahədə xüsusi inkişafa nail olub. Bunlardan birincisi kənd təsərrüfatıdır. Xüsusi şirkətlərimiz var ki, öz təcrübələrini Azərbaycanla bölüşə bilərlər. Bəzi Argentina şirkətləri Azərbaycanda kənd təsərrüfatı sahəsinə yatırımlar etmək istəyirlər və bu sahədə öz mükəmməl təcrübələrini Azərbaycanla bölüşə bilərlər. Argentina hələ ki, Azərbaycanı və onun inkişaf istiqamətlərini öyrənməkdə maraqlıdır. Daha sonra isə əlbəttə ki, bu sektorları müəyyən edib hansı sahədə Azərbaycan təcrübəsindən yararlanmaq istədiyini bildirəcək.

 

- Oktyabrın 27-də Argentinada prezident seçkiləri keçirildi və nəticədə hakimiyyət dəyişikliyi baş verdi. Seçki nəticəsində Alberto Fernandez qalib gəldi. Son illər Argentina bir çox sahələrdə böhran yaşayırdı. Yeni prezidentin ölkənin rifahını yüksəltmək naminə nə kimi planları vardır?

 

- Ötən il dekabrın 10-da Argentinada keçirilən prezident seçkiləri nəticəsində prezident və eləcə də hökümət dəyişildi. Cənab Fernandez öz prezident səlahiyyətlərinin icrasına başlayıb. Və bu hansısa nəticələrin qiymətləndirilməsi  üçün çox az bir müddətdir.  Əsas məqsəd ölkədə gəlirləri aşağı olan vətəndaşlar üçün əlverişli şərait yaratmaqdır. Bu ,Argentina üçün dəyişiklər dövrüdür. Yeni hökümət  öz diqqətini bir çox sosial layihələr hazırlanmasına və iqtisadiyyatın gücləndirilməsinə yönəldir.

 

- Argentina və Azərbaycan dövlətlərinin idarəçilik sisteminə nəzər salsaq görərik ki, hər iki dövlətin birinci vitse -prezidentləri məhz xanımlardır. Ölkələrimizdəki xanımların ən yüksək dövlət rütbələrində çalışmaları arasındakı oxşarlıqı necə dəyərləndirərdiniz?

 

- Bu gün təkcə bizim ölkələrimizdə deyil, bir çox dövlətlərdə gender bərabərliyi qorunmaqdadır. Bunu  əminliklə qeyd edə bilərəm ki, qadınlarımızın rəhbər vəzifələrdə olması onların birbaşa olaraq liderlik potensialları, siyasi bacarıqlarının olması və bundan ölkələrimizin rifahı naminə səmərəli şəkildə istifadə edə bilmələri ilə bağlıdır.  Biz gender bərabərliyinə bütün sahələrdə nail olmağa çalışmalıyıq.

 

 

- Növbəti sualımız da məhz xanımlarla bağlıdır. Argentinanın uzun müddət prezidenti olmuş xanım Kirşner qısa müddətli siyasi fasilədən sonra hakimiyyətə vitse-prezident şəklində qayıtdı. Bu qayıdışın Argentina dövlətinə və xalqınıza nə kimi faydaları olacağını düşünürsünüz?

 

- Müsahibənin əvvəlində qeyd etdiyim kimi yeni hökümətimizin bir çox prioritet fəaliyyət istiqamətləri vardır. Xanım Kirşnerin fəaliyyətinə gəlincə isə o, iki dəfə Argentinanın prezidenti olub. Hakimiyyətdə olduğu zaman xalqımız arasında, eləcə də xarici siyasətdə yüksək nüfüz əldə edib. İndiki vəziyyət onu tələb edir ki, xanım Kirşner məhz öz nüfuzundan istifadə edərək ölkədəki sosial çatışmamazlıqları aradan qaldırsın. Xanım Kirşner hal-hazırda vitse-prezident olsa da, Konqresdə Milli Asambleyamızın sədri məhz odur. Xalqımızın və dövlətimizin xanım Kirşnerdən çox böyük gözləntiləri var. İnanırıq ki, onun düzgün siyasəti nəticəsində ölkəmiz məhz onun rəhbərliyində böhran vəziyyətində çıxaraq, bir çox uğurlara imza atacaqdır.

 

- 2010-cu il mayın 25-də məhz Argentina Respublikasının Milli Günündə Prezident İlham Əliyevin göstərişi ilə Argentinada Azərbaycan Respublikasının səfirliyi təsis olundu. Argentinanın ölkəmizdəki səfiri olaraq Azərbaycanın Argentinadakı səfirliyinin işini necə dəyərləndirərdiniz? Azərbaycanın səfirliyinin orada gördüyü işlər argentinalıların diqqətini çəkə bilirmi?

 

- Hazırda Azərbaycanın Argentinadakı səfirliyi ilə çox sıx əlaqələr saxlayırıyıq. Xüsusilə, Azərbaycanın Argentinadakı səfiri Rəşad bəylə çox yaxşı dostluq münasibətlərimiz var. Bir çox məsələlərdə xüsusilə də, ölkələrimiz arasındakı münasibətlərin genişlənməsi üçün tez-tez müzakirələr aparırıq. Azərbaycanın Argentinanın səfirliyinin bir çox nailiyyətləri olub. Xüsusilə də Argentinada Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində səfirlik xeyli çalışıb. Azərbaycan Argentinada uğurlu diplomatlarla təmsil olunub. Hər iki ölkənin səfirləri olaraq biz çalışırıq ki, ölkələrimizdəki iş adamlarını əlaqələndirək və ticari sahədə olan əlaqələrimizi genişləndirək, çünkü ticari sahədə genişlənən əlaqələrimiz bizim digər sahələrdə qurulan uğurlu münasibətlərimizin başlanğıcı ola bilər.

 

- İş adamları arasındakı əlaqələrə toxundunuz. Bu sahədə bizim mediada çox az məlumatlar var. Bilmək istərdik ki, hansı Argentina şirkətləri Azərbaycana yatırım etməkdə maraqlıdırlar? Bəs, azərbaycanlı iş adamları Argentinaya yatırım etmək üçün səfirliyinizə müraciət ediblər?

 

- Qeyd etdiyim kimi Argentinalı iş adamları Azərbaycanda kənd təsərrüfatı və əczaçılıq sahələrində maraqlıdırlar. Bu il Azərbaycanlı nümayəndə heyəti Argentinanın kənd təsərrüfatı sərgisində iştirak ediblər. İstəyərdik ki, gələn il Azərbaycanda keçirilən kənd təsərrüfatı sərgisinə argentinalı nümayəndə heyəti qatılsın. Nümayəndə heyətlərinin iştirakı ona görə vacibdir ki, onların tərkibində dövlət nümayəndələri və iş adamları  olurlar. Məhz onların sərgilərdəki iştirakı bizim ticarət dövriyyələrimizin gücləndirilməsində həlledici bir rol oynaya bilər.

 

- Hörmətli cənab səfir, söylədiklərinizdən aydın oldu ki, siz ikitərəfli əlaqələrimizin inkişafında çox maraqlısınız. Bəs, gənclər sektorunda necə? Gənclərimizin mübadiləsi sahəsində nə kimi layihələr düşünürsünüz?

 

- Doğru söylədiniz. Əlaqələrimizin gücləndirilməsində gənclər əsas faktor ola bilər. Biz bu sahədə də çox maraqlıyıq və gənclərə bacardığımız qədər bütün imkanları yaradırıq. Bu yaxınlarda ADA Universititetinin təşkil etdiyi bir neçə həftəlik gənc diplomatlar mübadilə proqramında bir argentinalı diplomat iştirak edib. ADA Universititetində bu sahədə bir çox proqramlar olur. Gənclər sektorundakı əməkdaşlığımız hələ yenicə yaranmağa başlayır. Argentinalı gənclərin Azərbaycan haqqında məlumat almaları, ölkəni öz gözləriylə görməsi çox vacibdir. Çünkü onlar gələcək fəaliyyətlərində bunu mütləq olaraq nəzərə alacaqlar. Argentinanın gənc sahibkarlarla bağlı proqramları var. Biz istiyərdik ki, Azərbaycanlı gənc sahibkarlar da bu proqramlara qatılsınlar.

 

- 2019-cu il aprelin 10-dan Argentinanın Azərbaycandakı səfirisiniz və bu qısa müddət ərzində bir çox işlər görmüsünüz. Bunlardan biri də yaxın zamanda Azərbaycanda keçirilən Tanqo festivalı oldu.  Festival çərçivəsində ADA Universititetində şəxsi seminarınız da keçirildi. Festivalın əhəmiyyəti barədə fikirlərinizi almaq istərdik...

 

- Bu festival nəinki Tanqo musiqisi və Tanqo rəqslərini əhatə etdi, festival müddətində digər istiqamətlərdə də iş aparılmışdır. Sizin də qeyd etdiyiniz kimi ADA Universititetində konfrans keçirildi. Bakı Xoreoqrafiya Akademiyasında yerli rəqqasslar üçün “Çakarera” rəqsi üzrə masterklasımız keçirildi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universititetində “Bandoneon” musiqi aləti üzrə ustad dərslərimiz keçirildi. Həmçinin turizm, otelçilik, kənd təsərrüfatı və Argentina ilə əməkdaşlığda maraqı olan, digər sahələrində çalışan sahibkarlar üçün Argentina məhsulların təqdimatını keçirdik.

 

 

- Cənab səfir, Tanqo festivalında əvvəldən sona kimi iştirak etdiniz və festival çərçivəsində sizin azərbaycanlıların tanqoya olan marağını izləmək imkanınız oldu. Azərbaycanlı kütlənin festivaldakı iştirakı sizi qane etdimi?

 

- Əlbəttə ki, qane etdi. Tanqo özünəməxsus və maraqlı bir rəqsdir. Vətəni Argentina olsa da, dünyanın bir çox ölkələrində bu rəqs öyrənilərək  təbliğ olunmaqdadır. Bu mənada Azərbaycanlıların tanqoya olan həvəsini alqışlayıram. Ümid edirəm ki, gələn il keçirilən Tanqo Festivalına daha çox axın olacaqdır.

 

- Bu günədək Argentina və Azərbaycan arasında hansı irimiqyaslı və kiçikmiqyaslı layihələr həyata keçirilib ? Qısaca olaraq nəzər salmaq istərdik..

 

- Buna misal olaraq, 2012-ci ildə imzalanan ticarət və iqtisadi əməkdaşlıq haqqında sazişi misal göstərə bilərik.

Həmçinin, 2011-ci ildə Argentina Respublikası Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyi ilə Azərbaycan Elmlər Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb. Argentina Kənd Təsərrüfatı , Heyvandarlıq və Balıqçılıq Nazirliyi və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi arasında 2011-ci ildə imzalanan  Anlaşma Memorandumu, elə həmin ildə də Argentina və Azərbaycan arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişini, 2014-cü ildə sülh yolu ilə istifadə sahəsində əməkdaşlıq haqqında və nəhayət, Azərbaycan ilə Argentina arasında vergi məlumatlarının mübadiləsi haqqında sazişi misal göstərə bilərəm. Sadaladığım bu sazişlər və anlaşma memerandumları ölkələrimiz arasında qurulan və qurulacaq əlaqələrə bariz bir sübutdur. Ümid edirəm ki, ikitərəfli əlaqələrimiz yüksələn xətt boyunca davam edəcək.

 

- 2008-ci ildə Azərbaycanın milli musiqisi olan Muğam, 2009-cu ildə isə vətəni Argentina olan Tanqo rəqsi UNESCO-nun qeyri maddi və mənəvi irs siyahısına daxil edilib. Azərbaycan muğamının bu tarixi rolunda Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın, Tanqonun bu uğurunda isə Argentinanın hazırki birinci vitse-prezidenti xanım Krişnerin gərgin əməyi olub. Həmçinin, Argentina-Urquvay Tanqoyla bağlı UNESCO-ya  zamanıyla birgə müraciətlər ediblər. Ortaq mədəni uğurlara sahib olmamız və birinci xanım vitse-prezidentlərimizin mədəni dəyərlərimizə verdikləri qiymətdən dolayı fikirlərinizi öyrənmək istərdik..

 

- Həm muğam musiqisi, həm də Tanqo rəqsi özündə böyük bir tarix yaşadır. Tanqonun janırı çox spesifikdir. Burada həm rəqs, həm də musiqi var. Eyni zamanda buna qulaq asan hər kəs dərin melanxoniya və hisslər keçirir. Bu musiqilər poeziya əsasında qurulub. Muğama da qulaq asarkən insan dərin hisslərə qərq olur. Bu il Tanqo festivalının qala gecəsində biz tanqo musiqisinə yerli ifaçıların müşayəti ilə milli musiqi alətlərindən tar və kamançanı cəlb etdik. Bu çox heyranedici bir nəticə oldu.

Xanım Birinci vitse-prezidentlərimizin uğurlu mədəni fəaliyyətinə gəlincə isə biz hər iki xanımın fəaliyyətinə nəzər salsaq görərik ki, mədəniyyətlərimizin qorunmasında Mehriban xanım Əliyeva və xanım Kirşner həddindən artıq böyük işlər görüblər. Belə böyük şəxsiyyətlərin mədəniyyətlərimizə göstərdikləri qayğı və himayadarlıq bizi çox sevindirir.

 

- Azərbaycanda fəaliyyət göstərən bir çox ölkələrin səfirlikləri var ki, burada  Mədəniyyət Mərkəzlərini açırlar və bununla da öz milli mədəniyyətlərini geniş kütləyə təqdim etmək imkanı qazanırlar. Bəs, Siz Azərbaycanda belə bir mərkəz açmağı düşünürsünüz?

 

- Hələ ki, belə bir planımız yoxdur. İndi əsas məqsədimiz ikitərəfli əlaqələri gücləndirməkdir. Əlaqələrimiz ən mükəmməl səviyyəyə çatdıqdan sonra təbii ki, belə mərkəzlərin açılması zəruri bir hal olacaqdır. Hazırda mədəniyyət  və təhsil sahəsində qarşılıqlı maraq nümayiş etdirən bir çox maraqlı layihələrimiz var. Misal üçün, Azərbaycan Dillər Universititetində Argentina kafedrası fəaliyyət göstərir. Həmçinin də Argentinanın La-Plata Universititetində Azərbaycana aid kafedra fəaliyyət göstərməkdədir. Bu o deməkdir ki, bizim mədəniyyət mərkəzlərimiz olmasa da, əlaqələrimiz getdikcə yüksələn xətlə inkişaf edir.

 

 

- Argentinanın bu günə kimi gəlib çatan tarixi futbol ənənələri vardır. Yaxın keçmişdə argentinalı Dieqo Maradonann qazandığı dünya şöhrətli futboçu kariyerasını, günümüzdə Leonel Messi davam etdirir. Argentina futbolçularındakı güc və xarizma sizə görə nədən irəli gəlir?

 

- Futbol Argentinada ən məşhur idman növüdür. Bir çox gənclərimiz bu gün futbola böyük maraq göstərirlər. Bizim futbolçularımızın gücü də, bu idman növü ilə uşaqlıqdan məşğul olmaları və həyatlarını buna həsr etmələridir. Argentina küçələrində gəzən zaman oradakı uşaqların necə böyük həvəslə topa toxunduqlarını görərkən, siz mənim fikirlərimə əmin ola biləcəksiniz

Bu gün bizim çox böyük Futbol Assosasiyamız var və bu Assosiyasiya Argentina futbolunun inkişafı üçün böyük işlər görür. Həmçinin, texniki göstəriciləri çox yüksək olan idmançılarımızdan biri Franko Flores Azərbaycanın "Keşlə"futbol klubunda legioner həyatı keçirməkdədir.

 

Yəqin ki məlumatınız var ki, Azərbaycan dövləti son illər ölkə idmanına böyük qayğı göstərir və yatırımlar edir. Bu mənada keçid dövrü yaşayan Azərbaycan Futbolu Argentina Futbolundan ciddi baxımda yararlana bilər. Futbol Assosasiyalarımızın əlaqələndirilməsi ilə bağlı Azərbaycana nə kimi təklifləriniz ola bilər?

 

- Çox maraqlı bir məqam odur ki, bizim Futbol Federasiyalarımızın adında oxşarlıq var. Argentina Futbol Federasiyası AFA , Azərbaycan Futbol Federasiyası isə AFFA adlanır. Argentinanın futbol təcrübəsindən istifadəyə gəlincə, federasiyalar şəklində qurulan əlaqələr möhkəmləndirilməlidir. Azərbaycan tərəfi  Argentina təcrübəsindən yararlanmaq üçün bizim Futbol Federasiyamıza müraciət edəcəyi təqdirdə, mən əminəm ki, Argentina tərəfi buna razılıq verəcək. Və biz Argentinanın Azərbaycandakı səfirliyi olaraq  futbol və digər idman sahələrindəki əməkdaşlığa dair öz töhfələrimizi verməyə hazırıq.

 

Leyla ŞAH

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ BARƏDƏ: “Ermənistan rəhbəri danışıqlar prosesini pozub” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13 Azərbaycanda koronavirus: 148 yoluxma, 177 sağalma, 2 ölüm 19 Sentyabr 2020, 16:54 “İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib 19 Sentyabr 2020, 16:23 Prezidentdən xatırlatma: “O vaxtlar rayonlarda ümumiyyətlə, qaz deyilən şey yox idi” 19 Sentyabr 2020, 16:10 Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb 19 Sentyabr 2020, 15:55 Hərbi Dəniz Qüvvələrindən TƏKZİB: “Bədniyyətli şəxslərdir” 19 Sentyabr 2020, 15:22 Dünyanın ən yaşlı sakini yeni REKORD VURDU 19 Sentyabr 2020, 15:11 İranda virusdan ölənlərin sayı 24 mini keçdi 19 Sentyabr 2020, 14:56 Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaq  19 Sentyabr 2020, 14:48 1,8 milyon manatı mənimsəyən şirkət rəhbəri ilə bağlı istintaq aparılıb 19 Sentyabr 2020, 14:40 Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən KİV-ə hücum ediblər 19 Sentyabr 2020, 14:30 “Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb 19 Sentyabr 2020, 14:05 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18