Arxiv
17 Fevral 2020, 09:39 | MÜSAHİBƏ
“Əynimdəki formaya Qarabağ yazılırsa, deməli, mən Qara deyiləm” - Qara Qarayevlə “QARABAĞ SÖHBƏTİ”

Dünyanın tanınmış futbolçularını işğal altındakı kəndimizə aparmaq istəyərəm…

 

Modern.az saytının “Qarabağ söhbəti” layihəsi davam edir. Layihə çərçivəsində budəfəki müsahibimiz “Qarabağ” klubunun oyunçusu Qara Qarayevdir.

 

Onunla müsahibəyə başlamazdan öncə qısa dialoqumuz oldu. Məlum oldu ki, tanınmış futbolçu siyasəti heç sevmir. Qarşılığında mən də futbolu sevmədiyimi bildirdim.

 

- Qara bəy, çox zaman futbolu  siyasətə qatırlar, “futbol da bir siyasətdir”deyirlər. Sizcə, bu fikirlər nə dərəcədə doğrudur?

 

- Düzü, siyasətə marağım olmadığı kimi, münasibətim də yoxdur. Məncə, siyasət daha fərqli oyundu.  Futbol siyasətə qarışmaz.

 

 

 - Amma siyasətə qarışmayan heç nə yoxdur. Siyasəti sevməsək də ondan baş çıxartmaq lazımdı.

 

- Baş çıxartmaq istəyərəm, amma istəmirəm. Mənə görə, siyasətdə  dürüstlük yoxdur.

 

 - Bəlkə, insanların istəkləri dəyişib?! Necə fikirləşirsiniz?

 

- Doğrusu odur ki, dəyişən zaman deyil. Məncə, insanlar, onların düşüncələri, istəkləri dəyişib. Gənc olsam da, indiki dövrün şərtlərilə ayaqlaşmıram. Ancaq  geri qalmaq da mümkün deyil.

 

- Əslən Qarabağlısız. Klubdakı fəaliyyətinizdən başlayaq.  Necə oldu ki, Qarabağ klubunu seçdiniz?

 

- Futbola gəlməyim asan olmayıb. Ailəm futbolçu olmağıma qarşı idi. Çünki məcburi köçkün olaraq  ailəmin marağı daha çox dolanışığa diqqəti yönəltmək idi. Məşğuliyyətimiz isə heyvandarlıqla bağlı idi. Dədəm də bizim rayonda çox tanınmış çobanlardan olub. Bu gün də dədəmin çobanlıq etdiyini şərəflə səsləndirirəm. Çobanlıq işində bir dürüstlük var.

 

Ümumiyyətlə, futbolçu olmağıma icazə vermirdilər, sonra gizli-gizli futbolla maraqlanmağa başladım.

 

Ailəmizdə bunu biləndə evdə bir az mübahisə düşdü. Düşünmürəm ki, indi də o düşüncədədirlər. Sadəcə, o vaxt reallığı görüb futbolçu olmağımı istəmirdilər. Futbola başladığım dönəmlərdə qəssab işləyirdim.

 

Bunu hər zaman deyirəm. Futbol sahəsindəki müəllimlərimə, məşqçilərimə bu gün də təşəkkürüm sonsuzdu.

 

Elnur müəllim sağ olsun, elə bir anda mənə kömək etdi ki...

 

Hardasa 3-4 ay  klubda oynamağa  başladım. Elə oldu ki,  mənim pulum olmadı . Bu o demək idi ki, oyunu yarımçıq saxlamalı idim.

 

Mən Elnur müəllimə yaxınlaşıb artıq gələ bilməyəcəyimi dedim. Çünki biz Füzulidən məcburi köçkün olaraq gəlmişdik. Çətin dönəmlər yaşamışdıq. Və Bunlar davam edirdi. Hamısın ona söylədim. Həmin vaxt Elnur müəllim məndən davam etməm üçün pul istəsəydi, heç vaxt futbola geri qayıda bilməyəcəkdim.

 

Onun sayəsində pulsuz olaraq oynamağı davam etdirdim. Düşünürəm ki, o hadisə mənim həyatımda dönüş nöqtəsi oldu. Elnur müəllimin o jesti mənim üçün əvəzsiz borcdu. Qara Qarayev olmağımda həmin anın rolu var.

 

Həmin məqamda Elnur müəllim mənə qarşılıqsız olaraq imkan yaratmışdı. Beləcə, Elnur müəllimlə məşqlərimizi daha 3-4 ay davam etdirdik.

 

Sonra Türkiyədən  Qarabağın  heyətinə məşqlər korpusu gətirdilər. Qarabağın oyunçusu olmaq mənim üçün  xəyal idi. Biz azarkeş olaraq oyunlara gedirdik. Sonradan elə oldu ki, klub uşaq yığmağa başladı. 

 

Deyirdilər ki, özünə inanan varsa gəlsin,  yoxlanışdan keçsin. Mən də razılaşdım. Elnur müəllimə dedim, o, mənim getməyimə icazə verdi.  Birinci yoxlanışdan Qarabağa düşdüm. Futbol hekayəmiz belə başladı.

 

 

- Bizim bir çox futbol klubumuz var. Niyə məhz “Qarabağ” klubu?

 

- Əvvəla, hər şeydən öncə qarabağlıyam. Füzulidə doğulmuşam. Ancaq o vaxtlar orada oynamaq  mənim üçün xəyal idi. Böyüdükcə düşündüm ki, artıq bu mənim daxilimdən gələn bir istəkdir. Qarabağlı olaraq o klubun  nümayəndəsi olmaq, o kluba fayda vermək, içimdən gələn hiss idi.

 

Böyüdükcə o hisslərimin adını daha rahat tapa bildim. Bu sadəcə bir yol idi. Bu yol olmaya da bilərdi. Amma Qarabağ klubunda oynamağımla bağlı xüsusi istəyim olub.

 

- Siz Qarabağ klubuna gedəndə orada tanınmışlardan kimlər  var idi?

 

- Əslində Qarabağ klubuna  2005-ci ildən  qoşuldum.  O zamanlar tanıdığım adamlar yox idi, sadəcə yoxlanışa gəlmişdim. Həmin vaxt mənimlə birlikdə səhv etmirəmsə, 365 nəfər qeydiyyatdan keçmişdi. Onlardan 2 nəfər kluba seçildi. Biri mən, biri Əli adlı oğlan idi. İndi o zamankı oyunçuların heç biri oynamır. Sadəcə mən pillə pillə bu mərhələyə gəldim.

 

- Onlar tab gətirə bilmədilər?

 

- Bilirsiz, hər birimizin qarşında bir şans var. O şansın arxasında da  böyük əziyyətlər, istəklər, xarakterlər var. Təbii, bu başqa mövzudu. Amma bəzən şans elə bir anda elə bir yerə gətirib çıxara  bilər ki,  hər şey fərqli olar. Biz buna  idman şansı deyirik. Baxın, məndə o baş verdi. Düşünürəm ki, müəyyən yerə gəlmək üçün o şansla bərabər daha çox çalışırdım.

Baxmayaraq ki, 28 yaşım var, çox əziyyətlər çəkmişəm. Heç bir şey asan əldə olunmur.

 

 

- Qara bəy, xaricdə keçirilən oyunlarda sizin üçün daha çox yadda qalan məqamları sadalaya bilərsiniz?

 

- İndi də Qarabağ klubunun oyunçusu kimi bütün atributları evdə qoruyuram. Corab, şortik, mayka,  hər şeyi  özüm üçün saxlamışam. Düşünürəm ki, Qarabağ olaraq bizim 2015-ci ildə Çempionlar Liqasının qrupuna düşməyimiz həyatımın ən önəmli hadisələrdən biri oldu.

 

Düzdür, bu oyunda məğlub olduq, amma biz Azərbaycana o qədər sevinc yaşatdıq ki...

 

Əslində, sözdə deyil, işimdə, əməlimdə vətənpərvərəm. Birinci elim, obam, təmsil olunduğum  zona,  sonra isə Vətənim. Bu o demək deyil ki, Vətənim mənim üçün ikinci plandadır. Sadəcə, ailə üzvlərim, ya da dostlarla oturanda  Füzulini,  Qarabağ zonasını önə çəkirəm.

 

Amma xaricdə olanda mənim üçün bölgə yoxdu. Artıq Azərbaycan və Qarabağ var. Qarabağda oynadığım dönəmdə hər zaman  nəsə bir borum olduğunu düşünürəm, bunu necə ödəyəcəm və neyniyəcəm kimi fikirlər mənə hakim olur.

 

Qarabağ  klubu mənə futbol oynamağı deyil, Qarabağı sevməyi, Qarabağı təbliğ etməyi, Vətən , əxlaq məsələlərini, cəmiyyətdə özünü doğru, düzgün aparmaq, insanlara nümunə olmağı öyrətdi.

 

Ona görə də mənim üçün Qarabağ klubunun əvəzsiz yeri var. Bunu klubda oynayanların əksəriyyəti bilir.

 

Qarabağa olan  bu borcu qaytarmalıyam. Biz elə bir tarixə imza atmışıq ki, Qarabağın adını idmançı olaraq bütün dünyada tanıtmışıq.

 

Bununla da müəyyən qədər borcumuzu ödəyə bildik.

 

Ümumiyyətlə,  Qarabağı, klubu, idmanı, idmanın faydalarını  hər yerdə təbliğ etmək istəyirik. Həyat yolum yəqin ki,  bununla tamamlanacaq. Əlimizdən gələni  edirik ki, bu yolda ən azından insanlara bir örnək olaq, nəyisə çatdıra bilək. Çünki biz idmanla azarkeşlər arasında əlaqə yaratmağı düşünürük.

Bəzən əks təbliğatı da görürük.

 

Baxın, “Qarabağ” Lüksemburqla oynayır. Biz Qarabağı, Ağdamı təmsil edirik. Amma düşmən orada Qarabağ barəsində təbliğat aparmaq istəyir.

 

Qarabağın kimlə məxsus olduğunu artıq oyun göstərir. Düşünürəm ki, orada ermənilərin göstərdiyi bütün təbliğatların hamısı çirkinlikdən başqa bir şey deyildi.

 

 

- Müxtəlif vaxtlarda rəqibin qapısına qol vurmusuz. Bəs ermənilərin qapısından nə zaman qol keçirməyi düşünürsüz?

 

- Bilirsiz, idman  elə bir oyundu ki bu dava deyil.

 

- Söhbət idman meydançasından getmir?

 

- Bilmirəm, ümid edək ki, siyasi gedişatlar öz bəhrəsini görər. Torpaqlarımız azad olunar.

 

- Qara bəy, Füzuli işğal ediləndə bir yaşınız olub. Amma doğulduğunuz yerləri qəribə şəkildə, 100 il orada yaşamış adam kimi xatırlayırsınız…

 

- 1992-ci ildə Füzulidə  anadan olmuşam. O yerləri  görməmişəm. Müəyyən yaş keçdikcə elə hiss edirəm ki, o yerlərdə olmuşam, küçələrdə gəzmişəm. Bilmirəm, bu bir bağlılıqdırmı, yoxsa, bir çağrıdırmı?

 

Məni başa düşməyiniz üçün  gərək 1 milyon qaçqını danışdırasınız. O zaman biləcəksiniz ki, biz nələr çəkirik. Çünki biz də sizin doğulduğumuz yerlərə getmək istəyirik.

 

Çox istəyirəm ki, yay vaxtı  doğma vətənimə gedim, amma bu mümkün deyil.

 

 

- Sizinlə bərabər klubunuzda əcnəbi futbolçular da çalışır. Maraqlıdir, Qarabağ mövzusunu necə qarşılayırlar?

 

- Dünyada torpaq, Vətən problemi yaşayan xalqlar çoxdur. Məsələn, götürək bosniyalıları. Onlar da bizim kimi eyni taleyi yaşayıblar. Bosniyalı oyunçu İbrahim Şeyiçlə söhbət zamanı həmişə biri-birimizi yaxşı anlamışıq. Şeyiçin atası müharibədə dünyasını dəyişib.

Demək istəyirəm ki, torpaq məsələsində əqidə, dini baxış olaraq bizə yaxın olanları vardı. Amma  braziliyalı, ispaniyalı futbolçular bu məsələdə yabançıdırlar. Çünki onlar müharibə görməyən idmançılardı. Bosniyalı Şeyiç və biz bu müharibələrin mərkəzində olmuşuq.

 

- Qarabağ klubu Qarabağı necə təbliğ olunur?

 

- Bütün respublika əhəmiyyətli günlərdə məşqlərimizə başlayan zaman baş məşqçi iclas edir.

 

Həmin tarixin önəmini danışır və günün Qarabağ üçün nə qədər əhəmiyyətli olduğunu  vurğulayır. Klub olaraq önəmli tarixi günlərimizin təbliğatı aparılır. Bizim üçün öncə Qarabağdı, sonra şəxsimiz.

 

- Nə zamansa fikrinizdən keçibmi ki, təbliğat məsələsində idmançı olaraq ələ düşən fürsətdən istifadə edəsiz?

 

- Bu məsələlər planlaşdırmaqla olmur, zaman özü yardımçı olur.  Zaman bizə fürsət verirsə, biz o fürsətdən istifadə edirik. Məsələn, biz beynəlxalq Atletika Madridlə oynayan zaman oyunun kapitanı var idi. Ölkəmiz və Qarabağ  haqqında o qədər xoş sözlər dedi ki...

 

Bu da bizə sayğılarının olduğunu göstərdi. Oyun boyunca üzərimizə düşən işi hər fürsətdə təbliğ edirik. Bəzən danışmaq, kimlərəsə nəyisə başa salmaq, nəyisə göstərmək bizim işimiz olub.

 

 

- Sizin bu formada təbliğat aparmanıza düşmən tərəf necə baxır?

 

- Bizim üçün düşmən tərəfinin neqativ ya da pozitiv nəsə deməsi önəmli deyil. Mənim üçün qarşı tərəf yoxdur. Məsələn, son oyunumuzda Lüksenburqun idman naziri bizdən üzr istədi. Düşünürəm,  elə bir təbliğat etmək lazımdır ki başqa dövlətin idman naziri rəqibdən üzr istəməsin.

 

Biz belə təbliğatlat aparmamalıyıq. Biz  açıq,şəffaf təbliğat aparmalıyıq. Hərdən də düşünürəm ki, bizim təbliğata ehtiyacımız yoxdur. Bizdə hər şey göz qabağındadır. Daha çox həqiqətləri işimizlə əməlimizlə tanıtmalıyıq.

 

Hesab edirəm ki,  haradasa xüsusi bir şey edib dünyaya çatdırmaqdansa,  bir fikir, tarix ortaya qoyub dünyanı cəlb etmək daha faydalıdır. Çünki bir çox ölkələr artıq reklam olunan nəyəsə fərqli yanaşır. Harada işin sübutu varsa, ona daha ciddi və qəbuledilən yanaşılır. Düşünürəm biz gənclər özümüzü  o kateqoriyaya aid etməliyik. Təbliğatımızı  daha çox sübutlar, təhlillərüzərində qurmalıyıq. Qeyri-etik danışmaq bizə yaraşmaz.

 

- Maraqlıldır, bir futbolçu, bir vətəndaş olaraq Qarabağın azadlığını necə görürsüz? Sizcə, hansı yolla Qarabağ azad oluna bilər? Sülh, yoxsa müharibə?

 

- Ümumiyyətlə sülh ən yaxşısıdı. Hər zaman sülhün tərəfdarıyam.Artıq olanlar olubsa, vaxt keçibsə, müharibədə insanlar məhv olacaq. Mənə görə dünyanın xilası sülhdədi. Ölkənin sərhədlərinin açılmasıdır. Bilirəm ki, bu qeyri mümkündür. Amma bu bir arzudur mənim üçün.  Düşünürəm ki, o torpaqları da almaq üçün  Azərbaycanda lazımınca qeyrətli və döyüşkən oğullarımız, canından keçəcək əsgərlərimiz  var.

 

Müharibə yolu ilə də məsələni həll edə bilərik. Amma yenə də sülh yolu ilə geri qaytarılmasının tərəfdarıyam.

 

 

- Maraqlı  bir məqam var.  1992-ci ildə Füzulidə doğulmusuz. Füzuli rayonu isə  1993-cü ildə işğal olunub. Yəni siz Füzulini heç cür xatırlaya bilməzsiz. Amma  Füzulini sanki görmüş kimi danışırsız.

 

- Fərqli görünə bilər. Çünki o torpaqlarda böyüməmişəm, oraları görməmişəm. Düşünürəm ki, bu hiss mənə vətənimin olmamasından irəli gəlir. Çünki indiki məqamda vətənim mənim ayaqlarım altında deyil. Sadəcə Füzulidə doğulmuşam. Düşünürəm ki,  içimdəki fikir məni ora daha çox cəlb edir, məni daha çox ora aparır. Sözsüz ki, ailəm hər zaman bu mövzuya toxunur. Evimizdə Füzulinin elə bir hissəsi yoxdur ki, o barədə danışılmasın.

 

Mənim də təsəvvürümdə Füzuli əhatəli canlanıb.

 

5-6 il əvvəl mən də mövzuya fərqli yanaşırdım. Əslində fərqli yanaşmaq yox, dərk edə bilmirdim ki, mən ora getməliyəm, qalmalıyam, yoxsa,  burda daha yaxşıyam. Amma müəyyən mənada  zaman keçdikcə artıq o sualların cavabını anladım. Məsələn, bu yaxınlarda Cocuq Mərcanlıya getmişdik. Bizim kəndimiz həmin yerdən  bir az o tərəfdədi. Mən onu gözümlə gördüm.  O hisslər nə idi, məndə anlamadım. 

 

Yəni öz torpağına getmək niyə bu qədər əlçatmaz olsun ki?!..

 

 

- Bəlkə dünyanın tanınmış futbolçularına müraciət edib onları kəndinizə aparasınız. İşğal altında olan kəndinizə. Belə bir fikir keçibmi beyninizdən?

 

- Elə bir fikrim heç zaman olmayıb. Düşünmürəm ki, xarici futbolçularda belə maraq olsun. Açığını deyim, heç vaxt marağımda olmayıb. Münasibət olaraq hansısa bir idmançıyla münasibətimiz varsa, bu, real ola bilər, mənim dəyər verdiklərimə dəyər verər, hörmətlə yanaşar.

 

Amma tanımadığımız  futbolçularla bu ideyanın paylaşılması real görünmür. Münasibətimiz olanlarla bu işi görmək olar.

 

- Sadəcə bunu kampaniya şəklinə salmaq olar. İstər idmançılar,  istərsə də sənətçilər olsun. Onlar çox vaxt belə kampaniyalara qoşulurlar və xalqı arxalarınca  apara bilirlər.

 

- Bu kampaniyanın razılığı asan bir şey deyil. Çünki bu kampaniya hansısa bir məktəbə, hansısa təhsil ocağına, hansısa bağçaya ziyarət deyil. Bu kampaniya xüsusi bir işdir. Əslində, bir təkilif olaraq çox yaxşıdır. Gələcəkdə etmək olar.

 

- Məsələn, sən idmanla məşğulsan, futbol oynayırsan. İndiki uşaqlar arasında sənin kimi olmaq istəyənlər də az deyil. O uşaqların içində vətənə sevgini hiss edə bilirsən? Balaca Qaralar varmı onların içində?

 

- Düşünürəm ki, uşaqların Qarabağ anlayışı, tərbiyələri, davranışları ,cəmiyyətdə özlərini aparmaları ailədən gəlir. İdmançı olaraq düşünürəm ki, lazım olanı uşaqlara verə bilirəm.

 

Olub ki, qarşısına çıxdığım uşaq ağlayıb. Qucaqlamışam. Məncə onu vermişik, artıq o uşaqlar Qarabağın parçası olmağı çox istəyirlər, “Qarabağın oyunçusu olaq, Qarabağda oynayaq, Qarabağın oyunçuları ilə görüşək” kimi idealları var.

 

 

- Klubunuzun digər üzvlərinin də Qarabağ məsələsində fikirləri maraqlıdır.

 

- İşçilərimizdən tutmuş klubumuzun rəhbərinə qədər hər kəs bu fikirdədir. Hər kəs bu adın önəmini dərk edir. Bütün komanda yoldaşlarım məsələ, Rəşad, Maksim, Araz, Mahir və digərləri bu məsələlərə ciddi yanaşır.

 

Bir az obrazlaşdırsaq, artıq biz idmançı deyilik. Biz idmançılıqdan çıxmışıq. Biz özümüzü cəmiyyətdə idmançı kimi aparmırıq.  Biz Qarabağın təbliğatçısı, Qarabağın əsgəri, Qarabağın fəhləsiyik.

 

Eyni zamanda,  klubumuzun  prezidenti də  bu məsələlərə xüsusi önəm verir. Gələn oyunçularımıza da  birinci görüşlərimizdə Qarabaq nədir, Qarabağ hansı klubdur, Qarabağ hansı regiondu, Qarabağın əhəmiyyəti, Qarabağın cəmiyyətdəki rolu, Qarabağın oyunçularının cəmiyyətdəki rolu təbliğ olunur. Bizim komanda yoldaşlarımız da  bunları bilir. Bu məsələlər bizim üçün dəyişməz bir kodeksə çevrilib. Sizə bir söz deyim.

 

Əynimdəki formanın arxasında Qarabağ yazılırsa, deməli mən Qara deyiləm. Biz Qarabağ olduq deməkdir.

 

Namidə BİNGÖL

Səkinə Ələkbərli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Mikayıl Cabbarovu qəbula çağırdı: “Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də…” - YENİLƏNİB 31 mart 2020, 18:01 Gürcüstanda spirtli içkilərin satışına qadağa qoyulub 31 mart 2020, 17:59 Azərbaycanla Rusiya arasında hava və dəmiryol sərnişindaşıması dayandırıldı - RƏSMİ 31 mart 2020, 17:55 Hava dəyişəcək - XƏBƏRDARLIQ 31 mart 2020, 17:50 Prezident tapşırıq verdi: “Bu həftədən başlayaraq ödəmələri həyata keçirin”  31 mart 2020, 17:45 Dünyanın ən rəqəmsal ölkəsi – Estoniyadan koronvirusla MÜBARİZƏ ÖRNƏYİ 31 mart 2020, 17:39 Azərbaycanda bəzi yerlərdə ov etmək qadağan olunacaq 31 mart 2020, 17:33 Deputatlardan çağırış: “Müharibədir, səfərbər olmalıyıq” 31 mart 2020, 17:26 Azərbaycanda virusa yoluxma və ölüm sayı çox aşağı səviyyədədir - İlham Əliyev 31 mart 2020, 17:12 Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər? 31 mart 2020, 17:05 Rüştü Rəcbərin vəziyyəti kritikdi – koronavirusa görə 31 mart 2020, 16:58 Ölkəmizdə koronavirusa doğru pik gediş var - DEPUTATDAN HƏYƏCAN TƏBİLİ 31 mart 2020, 16:52 Metronun fəaliyyəti tam DAYANDIRILIR 31 mart 2020, 16:46 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM 31 mart 2020, 16:42 Azərbaycan parlamentində onlayn iclas  31 mart 2020, 16:41 Bu ölkədə “koronavirus” sözü qadağan edildi 31 mart 2020, 16:38 Vətəndaşları bütün qaydalara əməl etməyə çağırıram - Prezident 31 mart 2020, 16:32 “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edildi 31 mart 2020, 16:26 İlham Əliyev: “Dinamikanın artmasına səbəb bəzi vətəndaşların məsuliyyətsizliyidir” 31 mart 2020, 16:20 Polşadakı azərbaycanlılar təxliyə olunmalarını gözləyir 31 mart 2020, 16:14 Azərbaycanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı - 24 nəfər yoluxdu 31 mart 2020, 16:07 Mikayıl Cabbarovdan nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə MÜRACİƏT 31 mart 2020, 16:02 Ermənilər tarixi cinayətlərinə görə cavab verəcəklər - Bəyanat 31 mart 2020, 15:56 Rövşən Rzayev videoqəbul keçirdi - FOTOLAR 31 mart 2020, 15:45 Goranboyda 68 tənha ahıl ailəyə ərzaq paylanılıb 31 mart 2020, 15:40 Azərbaycanda virusa yoluxma sayı gündəlik artır - Operativ Qərargah 31 mart 2020, 15:33 Ermənistan Rusiyadan qazın qiymətini ucuzlaşdırmasını istəyir 31 mart 2020, 15:32 Koronavirusa yoluxanların sayı 800 mini ötdü 31 mart 2020, 15:21 Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir - Naqif Həmzəyev 31 mart 2020, 15:15 Sabaha olan teledərsin cədvəli açıqlandı 31 mart 2020, 15:08 Koronavirusa yoluxmama ümidi ilə... 31 mart 2020, 15:01 BMU-da tədrisin onlayn təşkilinin ilkin nəticələri müzakirə olunub 31 mart 2020, 14:56 İcbari tibbi sığortanın tətbiqi gələn ilə QALDI 31 mart 2020, 14:50 Bakıda dəfn mərasimində insident, Şaumyanla Rəsulzadənin uğursuz danışıqları  - SOYQIRIMININ XRONİKASI 31 mart 2020, 14:45 Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən pulun məbləği 100 milyon manatı keçib 31 mart 2020, 14:38