Arxiv
6 mart 2020, 19:10 | MƏDƏNİYYƏT
Nazir mədəniyyət sahəsində çalışan xanımları təbrik etdi

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizin mədəniyyət sahəsində çalışan xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, təbrikdə qeyd olunur ki, Azərbaycan qadınlarının zərifliyi, ailəcanlı olması, mətinliyi və məğrurluğu əsrlərdən bəri tarixi mənbələrdə, xalq yaradıcılığında, ədəbi əsərlərdə dönə-dönə ifadə olunub. Qadınlarımızın xüsusilə ailə dəyərlərinə verdikləri əhəmiyyət yüksək təqdirə layiqdir. Bu ali dəyər ilk növbədə nəsillər arasında zəngin mənəvi bağlılığın qorunub yaşadılmasında mühüm rol oynayır. Bütün bunları nəzərə alan Azərbaycan ziyalıları qızların təhsilinə, dünyagörüşlərinin zənginləşməsinə diqqət yetiriblər. Ötən əsrin əvvəllərində yalnız qızların təhsil aldığı məktəblərin də fəaliyyət göstərməsi gələcəyin analarının bilikli olmasına, mədəni-mənəvi baxımdan yetkinləşməsinə hesablanmış önəmli addımlardan idi.

 

“Azərbaycan qadınları bu gün ölkə həyatının bütün sahələrində öz töhfələrini verirlər. Onlar yüksək dövlət vəzifələrində ölkəmizə ləyaqətlə xidmət edirlər. Hazırda mədəniyyət sahəsində çalışan işçilərin də böyük bir hissəsini qadınlar təşkil edir. Bu gün gənc istedadlı musiqiçi xanımlarımız ölkəmizdə və xaricdə keçirilən festival və müsabiqələrdə iştirak edərək laureat adını qazanır, Azərbaycanı layiqincə təmsil edirlər. Xanım sənətçilərimiz dünyanın məşhur səhnələrində opera tamaşalarında əsas partiyalarda parlaq ifaları ilə yüksək sənət nümayiş etdirirlər. Sevindirici haldır ki, dövlətimiz tərəfindən qadınların fədakar əməyi həmişə yüksək qiymətləndirilir. Çalışdıqları sahələrdə uğur qazanan xanımlar fəxri adlara, orden və medallara layiq görülürlər. Bu da öz növbəsində qadınları gələcəkdə yeni-yeni nailiyyətlər qazanmağa ruhlandırır”, – deyə nazirin təbrikində vurğulanır.

 

Əbülfəs Qarayev sonda bir daha mədəniyyət sahəsində fəaliyyət göstərən xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, möhkəm cansağlığı, ailə səadəti və işlərində uğurlar arzulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Biləsuvar sakini qohumu tərəfindən qətlə yetirilib 7 Avqust 2020, 13:47 Nazir Sahil Babayev: “5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik” 7 Avqust 2020, 13:47 Neftçalada 1 nəfər çayda batıb 7 Avqust 2020, 13:35 SOCAR yanğınla bağlı MƏLUMAT YAYDI 7 Avqust 2020, 13:28 DİM qəbul imtahanlarının vaxtını ELAN ETDİ - QRAFİK 7 Avqust 2020, 13:22 SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın: 7 nəfər yaralanıb - YENİLƏNİB 7 Avqust 2020, 13:20 Nazir: “13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb” 7 Avqust 2020, 12:50 Türkiyədə 53 min insanın yaşadığı ərazi karantinə alınıb 7 Avqust 2020, 12:31 Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - RƏSMİ 7 Avqust 2020, 12:26 Prezident dövlət şirkətlərini niyə tənqid etdi? - Ekspertlər: “Problem ciddidir” 7 Avqust 2020, 12:18 Azərbaycanda qızıl rekord həddə bahalaşıb 7 Avqust 2020, 12:16 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 7 Avqust 2020, 12:05 Nazirlik rəsmisindən Xəzərlə bağlı ÇAĞIRIŞ 7 Avqust 2020, 12:05 DYP: 334 nəfər cərimələndi, 870 avtomobil postlardan geri qaytarıldı 7 Avqust 2020, 12:02 Bu il pensiya təyin olunan vətəndaşların sayı AÇIQLANDI 7 Avqust 2020, 11:57 Siyavuş Novruzov: “Keçmişi yaddan çıxartamalıyıq - vaxt vardı, Azərbaycanda yol, qaz, işıq yox idi” 7 Avqust 2020, 11:55 “Məhbuslar koronavirusla bağlı kurslara cəlb olunub” – Nazirlik 7 Avqust 2020, 11:53 “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:51 Milli Məclisdə Rövnəq Abdullayevlə Cahangir Əsgərov TƏNQİD EDİLDİ: “Heç telefonu qaldırmır... nəticəsi ağır olacaq” 7 Avqust 2020, 11:48 Azərbaycanda “COVİD-19” testləri niyə bahadır? - Deputat DANIŞDI 7 Avqust 2020, 11:31 4 aylıq 190 manat ödəmələr üçün 333 milyon manat xərclənəcək 7 Avqust 2020, 11:28 “Qara qitə”də koronavirusa yoluxanların sayı 1 milyonu keçdi 7 Avqust 2020, 11:27 Milli Məclis işsizliklə bağlı qanuna dəyişikliyə “hə” dedi 7 Avqust 2020, 11:26 “Məşğulluq haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:23 Nazir: 190 manat birdəfəlik ödəmələr yaxın günlərdə veriləcək 7 Avqust 2020, 11:21 Milli Məclis büdcə dəyişikliyini III oxunuşda qəbul etdi 7 Avqust 2020, 11:15 Milli Məclisin iclası başlayıb - 6 sənəd III oxunuşa çıxarılıb 7 Avqust 2020, 11:08 Ermənistanda virusa yoluxanların və ölənlərin sayı artdı 7 Avqust 2020, 11:06 Şəmkirçay su anbarında köməksiz qalan 2 nəfər xilas edildi 7 Avqust 2020, 10:56 Şəmkirdə 21 yaşlı gənc iş yoldaşını bıçaqladı 7 Avqust 2020, 10:44 Diaspor hərəkatının dönüş nöqtəsi: “Diaspor himni” - VİDEO 7 Avqust 2020, 10:10 Bakıda 502 güzəştli mənzil satışa çıxarıldı 7 Avqust 2020, 10:05 Ermənistan ordusu Tovuz rayonunu yenidən atəşə tutdu 7 Avqust 2020, 09:59 Beyrutdakı partlayış nəticəsində ölü sayı 150-yə çatıb 7 Avqust 2020, 09:57 Novruz Aslanovdan növbəti onlayn qəbul 7 Avqust 2020, 09:49