Arxiv
8 May 2020, 11:16 | DİASPOR
Gürcüstanın Saqareco və Laqodexi rayonundakı soydaşlarımıza yardım göndərilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xaricdə yaradılan Azərbaycan evləri və ayrı-ayrı azərbaycanlı icma təşkilatları koronavirus pandemiyası çərçivəsində sosial təcrid dönəmində aztəminatlı və həssas əhali qruplarına dəstək aksiyasını davam etdirir.

 

Modern.az xəbər verir ki, bu dəfə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) ölkənin Saqareco və Laqodexi rayonlarında yaşayan 200 nəfər aztəminatı azərbaycanlı ailəsinə ərzaq yardımı edib. GAİM rəhbərliyi öncə Saqareconun və Laqodexinin merləri Giorqi Erbodzonaşvili və Condo Mdivnişviliyə məktubla müraciət edərək, yardımın göstəriləcəyi barədə rəsmi məlumat verib. Daha sonra Saqareco meriyasının sağlamlıq və sosial işlər üzrə departament rəhbəri Sofia Şakaraşvili, eləcə də Laqodexinin bələdiyyə sədri Karlo Сamburiya ilə əlaqə saxlanılıb.

Sofia Şakaraşvili ilə GAİM arasında təhvil-təslim aktı imzalanıb və 100 ərzaq paketi mayın 1-də Saqareco meriyasına təhvil verilib.

Karlo Сamburiya isə bildirib ki, azərbaycanlı ailələrinə çatdırılması üçün 100 ərzaq bağlaması Laqodexi rayonunun Qabal kəndindəki Mədəniyyət Evinə verilməlidir. Mayın 5-də ərzaq paketləri Laqodexi meri və bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə Mədəniyyət Evinə təhvil verilib.

200 ailə üçün nəzərdə tutulmuş hər ərzaq paketinə un, düyü, makaron, vermişel, qarabaşaq, şəkər tozu, qənd, günəbaxan yağı, duz, çay kimi zəruri məhsullar daxil edilib.

Laqodexi bələdiyyəsi və Saqareco meriyası facebook səhifələrində bu çətin dönəmdə təşkil edilən xeyriyyə aksiyalarına görə GAİM-ə təşəkkürlərini bildirib.

Saqareco meriyasının təşəkkür məktubunda deyilir: "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi Saqareco meriyasına 100 aztəminatlı ailə üçün ərzaq paketlərini təhvil verdi. Sosial Yardım Proqramı çərçivəsində Saqareco bələdiyyəsi tərəfindən ilkin mərhələdə artıq 1500 ailəyə, o cümlədən özəl sektorun dəstəyi ilə 130 aztəminatlı ailəyə ərzaq yardımı edilmişdir. Saqareco meriyası koronavirusla mübarizədə yüksək sosial məsuliyyət daşıyan təşkilatlara və iş adamlarına təşəkkür edir".

Laqodexi bələdiyyəsinin sədri K.Camburiya isə qeyd edib ki, yaranmış mövcud vəziyyətdə qeyri-hökumət sektorunun dəstəyi xüsusilə vacibdir: "Yüksək sosial məsuliyyətə görə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə təşəkkür edirəm. Birgə səylərimizlə koronavirus pandemiyasının öhdəsindən ən qısa müddətdə gələcəyik".

Qeyd edək ki, bundan öncə GAİM ölkənin Marneuli (250 ailə), Bolnisi (150 ailə) və Telavi (100 ailə) rayonlarında yaşayan azərbaycanlı ailələrinə yardım edib.

Xatırladaq ki, GAİM Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə 2019-cu il aprelin 3-dən Gürcüstanın Marneuli rayonunda fəaliyyətə başlayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalist Eynulla Fətullayevə ağır itki ÜZ VERDİ 29 May 2020, 08:50 “Koronavirus ən azı 1 il bizimlə olacaq” - Türkiyədən gəlmiş həkimlə MÜSAHİBƏ 29 May 2020, 08:40 “Bəzi məqamlarda çoxarvadlılıq vacibdi” - Şeyxin internetdə olmayan MÜSAHİBƏSİ 29 May 2020, 08:26 Kirovun Bakıdakı manyak sərsəmləməsi - inqilabi-seksual çıxışı 29 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyona yaxınlaşır 29 May 2020, 08:21 Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq 29 May 2020, 06:13 Qlobal Qəzetçilər Şurasından Azərbaycana bayram təbriki - FOTO 29 May 2020, 01:06 Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15 Gürcüstanda Azərbaycan bayrağına sevgi - FOTO 28 May 2020, 20:59 Daha 5 futbolçuda koronavirus aşkarlandı 28 May 2020, 20:46 Köməksiz vəziyyətdə qalan fəhlə xilas edildi 28 May 2020, 20:33 Gözəllik salonunda işləyən qadın əri tərəfindən  qətlə yetirildi 28 May 2020, 20:19 Prezident və birinci xanım AÇILIŞDA - YENİLƏNİB 28 May 2020, 20:01 Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47