Arxiv
13 İyun 2020, 08:22 | MÜSAHİBƏ
“Küləyin hansı tərəfdən əsməsinin UNEC üçün fərqi var” - MÜSAHİBƏ

Rektor müşaviri, dosent Elşən Bağırzadə: “100 yaşa qədərki dövr üçün 7 strateji məqsəd və 31 hədəf müəyyən olunub”

2020-ci il iyunun 19-da  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 yaşı tamam olur. Yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında UNEC-in müstəsna xidmətləri var. UNEC ölkəmizdə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr  hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib.


Professor Ədalət Muradovun ali təhsil ocağına rektor təyin edilməsindən sonra UNEC-də görülən işlərin kəmiyyət və keyfiyyəti müsbətə doğru daha da dəyişdi.  


Universitetin fəaliyyəti haqqında Modern.az-a danışan rektorun müşaviri, dosent Elşən Bağırzadə UNEC-dəki yeniliklər haqda da  məlumat verib. Onunla müsahibəni təqdim edirik:


- Elşən müəllim, koronavirus pandemiyasına görə ölkədə onlayn təhsilə keçid qərarı verildikdə, bu prosesə hazır olan ali məktəblərdən bəlkə də birincisi UNEC oldu. Məhz bu universitet hər sahədə olduğu kimi, onlayn təhsil məsələsində də qabaqcıl olduğunu sübut edə bildi. Hər zaman yenilikçi olmağı necə təmin edə bilirsiniz?

- Öncə, UNEC-in fəaliyyətinə belə yüksək qiymət verdiyiniz üçün sizə təşəkkür edirəm. Sualınıza gəldikdə isə ilk növbədə onu qeyd etməliyəm ki, UNEC-in yenilikçi olması, onun qarşısına qoyduğu strateji inkişaf hədəflərindən irəli gəlir. Belə bir ifadə var, hara gedəcəyini bilməyən gəmiyə əsən külək də kömək edə bilməz və ya belə gəmi üçün küləyin hansı tərəfdən əsməsinin də heç bir fərqi yoxdur. Ancaq UNEC üçün fərqi var. Çünkü UNEC konkret strateji hədəfləri olan təşkilatdır, gedəcəyi yol, yaxınlaşacağı liman bəllidir və buna görə də qlobal ali təhsil sektorunda ortaya çıxan bütün hadisə və prosesləri, bütün yenilikləri, çağırışları və trendləri izləməyə, onlara adekvat addımlar atmağa məcburdur. Əks təqdirdə, müəyyən edilən hədəfləri vaxtında və yetərli ölçüdə reallaşdırmaq çox çətin olar.


İkincisi, təşkilatın yenilikçi olması üçün orada yenilikçilik mühitini yaratmaq lazımdır. Siz öz təşkilatınıza dünyanın ən yaxşı universitetlərinin məzunlarını, ən yüksək peşəkarları cəlb edə bilərsiniz, ancaq orada yenilikçilik mühiti yoxdursa, həmin təşkilatın yenilikçi olması mümkün deyil. Yenilikçilik mühitinin isə bir sıra vacib elementləri var. Hər şeydən öncə, bunu qəbul etməliyik ki, xətti-ierarxik və ya bürokratik idarəetmənin kök saldığı təşkilatlar yenilikçi ola bilməz. Belə idarəetmə artıq öz dövrünü tamamlayıb. Çevik, innovativ, bürokratiyanın və ayrı-ayrı şəxslərin inzibati gücünün əhəmiyyətini itirdiyi, şəxslərə deyil, işlərə nəzarət edilən, vəzifələrə deyil ixtisaslaşmaya əsaslanan, formallıqların doqmaya çevrilmədiyi, eksperimentlərə açıq olan, kollektivin hər bir üzvünün bilik və bacarığına görə söz sahibi olduğu, nəticəyə əsaslanan differensial əmək haqqı və mükafatlandırma sistemlərinin olduğu, bir sözlə bürokratik deyil, halokratik idarəetmənin hakim olduğu təşkilatlar yenilikçi ola bilər, yeni fikir və ideyalar ortaya qoya bilər. Məhz belə təşkilatlarda problemlər üzərində rəhbər hamının yerinə düşünmür, hamı problemin üzərində düşünür və bütün kollektiv hədəflərə fokslanır. UNEC-də də mümkün ölçüdə məhz belə bir mühitin formalaşdırılmasına çalışılır və universitetin son illər elm, təhsil və sosial xidmətlərdə tətbiq etdiyi yeniliklər də məhz bu cəhdlərin nəticəsidir. Hazırda universitetdə yeni ideyaların formalaşmasında onun bütün maraqlı tərəfləri – kollektiv, tələbələr, valideyinlər, ictimaiyyət, özəl və dövlət sektorlarının nümayəndələri aktiv iştirak edir.


- UNEC-in Azərbaycan təhsilində yeri haqqında fikirləriniz maraqlıdır...

- Hər şeydən öncə onu qeyd edə bilərəm ki, UNEC istər sovet dönəmində, istərsə də müstəqil Azərbaycanda iqtisadi təhsilin qeyd-şərtsiz əsas mərkəzi hesab olunan universitetdir. Uzun müddət bu universitet sovet planlı iqtisadiyyatı üçün mütəxəssislərin hazırlanmasını həyata keçirib və o dövrdə Azərbaycan abituriyentlərinin ən çox üstünlük verdiyi universitetlərdən olub. Düzdür, bəzi dövrlərdə verdiyi təhsilin keyfiyyəti haqqında fikirlər heç də birmənalı olmasa da, bu həqiqətdir. Sovet dönəmində bu universitetin məzunları dövlət və kooperativ qurumların ən yüksək vəzifələrində, aparıcı mövqelərində çalışıblar.

Müstəqillik dönəmində, baxmayaraq ki, iqtisadi sistem transformasiyası, başqa sözlə sosializmdən kapitalizmə keçid nəticəsində bu universitet iqtisadi təhsili tamamilə yenidən qurmağa məcbur oldu, bu sahədə önəmli yetərsizlikləri yarandı, ancaq yenə də Azərbaycan ali təhsil sektorunda öz mövqeyini bərpa edərək, aparıcı ali təhsil ocaqlarından birinə çevrildi. Bu gün UNEC ölkədə və Qafqaz regionunda iqtisadi təhsilin əsas mərkəzidir. Ölkədə bir çox nazirliklərin, dövlət komitələrinin və digər dövlət strukturlarının, nüfuzlu özəl şirkətlərin, elm və təhsil qurumlarının rəhbərləri, aparıcı işçiləri arasında çoxlu sayda UNEC məzunlarını görmək mümkündür.

Son illər UNEC, təhsil xidmətlərini önəmli ölçüdə genişləndirmişdir. Artıq UNEC ölkənin kollec təhsilində, regional təhsilində aktiv iştirak edir, Rusiyadakı filialı, ikili diplom proqramları, Yunanıstandakı ortaq magistr proqramı ilə ölkə təhsilinin transmilliləşməsinə, ölkənin ali təhsil xidmətləri ixracına öz töhfəsini verməyə çalışır. Eyni zamanda, UNEC hazırda ölkənin 4 dildə - Azərbaycan, Türkiyə türkcəsi, rus və ingilis dilində təhsil xidmətləri göstərən yeganə universitetidir. Son illər universitetin təhsil proqramlarına keçid balları durmadan artır, prezident təqaüdçülərinin sayı davamlı çoxalır. UNEC-in bir çox təhsil proqramları bəzi xarici ölkələr tərəfindən, ACCA, CFE kimi nüfuzlu beynəlxalq qurumlar tərəfindən akreditasiya edilmişdir.


Yarandığı gündən bu tərəfə UNEC təxminən 150 mindən çox məzunu ilə ölkənin sosial-iqtisadi inkişafında iştirak edir. Düşünürəm ki, o bu funksiyasını daha keyfiyyətli təhsili ilə hələ uzun müddət davam etdirəcəkdir.


- Universitetin gələcək inkişafı üçün hansı planlar nəzərdə tutulub?

- Nüfuzlu QS Agentliyinin hesabatlarına görə, UNEC hazırda İnkişaf edən Avropa və Mərkəzi Asiyanın ən yaxşı 250-300 universiteti sırasındadır. Yenə nüfuzlu “Times Higher Education” agentliyinin bu il açıqlanan və BMT-nin 17 inkişaf məqsədinə xidməti qiymətləndirən “Impact Ranking” reytinqinə görə, UNEC dünyanın ilk 650 universiteti arasındadır və Azərbaycanda bu baxımdan 1-ci universitetdir. Ancaq UNEC 100 yaşını qeyd edəcəyi 2030-cu ildə dünyanın ən yaxşı 500 universiteti arasında olmağı hədəfləyir və fəaliyyətini də buna uyğun qurmağa çalışır. Bu məqsədlə 2018-ci ildə universitetin Elmi Şurası tərəfindən “UNEC-100 İnkişaf Strategiyası (2019-2030)” qəbul edilib. Bu UNEC-in uzunmüddətli strateji inkişaf sənədidir. UNEC-in 100 yaşının tamam olacağı 2030-cu ilə qədərki dövr ərzində onun fəaliyyətinin əsas strateji istiqamətlərini özündə ehtiva edir. Qeyd edilən sənəd, ali təhsil sektorunda baş verən və proqnozlaşdırılan əsas qlobal və milli tendensiyalar, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, 3-cü nəsil universitetlərin əsas xüsusiyyətləri və UNEC-in SWOT təhlilinin nəticələri nəzərə alınaraq hazırlanıb. “UNEC-100 İnkişaf Strategiyası”nda 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəf müəyyən olunub. Sənədə əsasən qarşıdakı 10 il ərzində yüksək keyfiyyətli ali təhsil ocağına, tədqiqat universitetinə, sahibkar universitetə, sosial xidmətlərdə aparıcı universitetə, beynəlmiləl universitetə, çevik və yüksək səmərəliliyə malik idarəetmənin olduğu universitetə və yüksək beynəlxalq reytinqli universitetə çevrilmək UNEC-in əsas strateji məqsədləridir. Düşünürəm ki, UNEC 100 yaşına qədər bu məqsədlərinə çatdığı təqdirdə Azərbaycan cəmiyyətinə, onun elminə, təhsilinə və iqtisadiyyatına çox böyük töhfələr vermiş olacaqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TAP-ın tikintisinin 97 faizi başa çatıb 13 Avqust 2020, 10:31 Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edib 13 Avqust 2020, 10:25 Sürücülərin nəzərinə - Bu yolda xətlənmə işləri aparılacaq   13 Avqust 2020, 10:20 Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTOLAR 13 Avqust 2020, 10:15 Təhsil naziri Rusiya səfiri ilə görüşüb 13 Avqust 2020, 10:09 Goranboyda kafe sahibi və müştərilər cərimələndi 13 Avqust 2020, 10:03 “Rusiyanın Talibanla əməkdaşlığının nəticəsi ağır olacaq” 13 Avqust 2020, 09:58 Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq 13 Avqust 2020, 09:55 Azərbaycanda zəlzələ olub 13 Avqust 2020, 09:50 Deputat: “Sabitlik dövlətimiz və xalqımız üçün gərəklidir” 13 Avqust 2020, 09:44 Ermənilər yenidən Tovuzun kəndlərini atəşə tutdular 13 Avqust 2020, 09:38 Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda - FOTO 13 Avqust 2020, 09:32 Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23 Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq 12 Avqust 2020, 22:09 “Mən istintaqa çağırılmamışam” - Nazir müavini danışdı 12 Avqust 2020, 21:53 “İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək” - ZƏRİF 12 Avqust 2020, 21:36