Arxiv
5 Oktyabr 2020, 14:02 | MÜSAHİBƏ
Siyasi partiyanın sədr müavini: “Biz də cəbhəyə getməliyik” - MÜSAHİBƏ

“Müharibədə uğur yeni tipli silahdan və müəllimdən asılıdır”


Modern.az
saytı Ədalət Partiyasının sədr müavini, fəlsəfə doktoru Mütəllim Rəhimli ilə müsahibəni təqdim edir:

- Mütəllim bəy, ordumuzun əks zərbələri haqqında nə deyə bilərsiniz? Bütün bunlar proqnozlaşdırılan durum idimi?

- Əvvəla, böyük ordumuzun əldə etdiyi qələbə münasibətilə bütün xalqımızı təbrik edirəm. Əsgər və zabitlərimizə sağlamlıq və yeni qələbələr arzulayıram.

İşğal edilmiş ərazilərimizi azad etmək bizim hüquqi və mənəvi haqqımızdır. Atəşkəs müqaviləsi imzalanan gündən üzü bu yana xalqımız bu istək və arzu ilə yaşayır. Son vaxtlar isə ictimai rəy torpaqlarımızın azad edilməsi ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdirirdi.

Düşmənə əks zərbələrin endirilməsi qərarı xalqla hakimiyyət arasında indiyədək mövcud olan ən böyük anlaşmadır. Fikir verdinizsə, siyasi partiyalar, ictimai qurumlar da birmənalı olaraq Ali Baş Komandanı dəstəklədiklərini bildirdilər. Azərbaycan vahid, monolit bir gücə çevrildi. Artıq kimsə hesab soruşmur, hər kəs öz köməyini təklif edir və yaxud qələbə üçün əlindən gələni etməyə çalışır və Ali Baş Komandana birmənalı inamını, etibarını ifadə edir.

Regionda yeni hadisələrin baş verməsi gözlənilsə də, lakin ordumuzun əks-hücumu, doğrusu, proqnozlaşdırılmırdı. Bu əməliyyatla Azərbaycan regionda baş verə biləcək ssenariləri alt-üst etdi və nəinki vəziyyəti dəyişdirdi, hətta onu öz nəzarətinə götürdü.


- Dünyanın iri dövlətlərinin atəşkəs çağırışları, xüsusilə Fransanın ermənipərəst mövqeyinin Azərbaycana təsirləri necə ola bilər?

- Qeyd edim ki, əslində dünya ölkələri bu məsələdə daha çox neytral mövqe nümayiş etdirirlər. Bunu həmin ölkələrin beynəlxalq hüquqa hörməti, Azərbaycan və onun müttəfiqlərinin diplomatiyasının uğuru kimi qiymətləndirmək olar. Dövlət başçılarının şəxsi istəklərindən başqa formalaşmış siyasi, hüquqi sistemlər mövcuddur ki, onu həmişə pozmaq olmur.

Azərbaycan kimsənin çağırışına qulaq asa bilməz. Son 30 ildə Azərbaycan dəfələrlə çağırışlar edib, bəs niyə ona qulaq asan olmayıb. Biz bütün torpaqlarımızı azad edənədək dayanmamalıyıq.

Onu da deyim ki, hadisələrin gedişi göstərir ki, artıq bu mümkün də deyil. Xalqın, ordunun bu əzmi qarşısında heç bir güc dayana bilməz.

Xalqımızın illərdir tapdanmış ləyaqəti özünə qaytarılır. Bu şərəfli iş isə məhz ordunun üzərindədir. 


- Siyasi partiyalar və sizin də təmsil olunduğunuz Ədalət Partiyası hakimiyyətə birmənalı dəstək bəyanatı ilə çıxış etdi...

- Siyasi partiyaların həmrəylik bəyanatı indiki dönəmdə çox vacib bir addım idi. Bu bəyanat bizi istəməyən bütün qüvvələrə göstərdi ki, ölkə daxilinə müdaxilə üçün nə münbit bir şərait, nə də boş yer var. Cəmiyyətimiz eyni fikirdədir. Fikir verdinizsə, ən narazı qüvvələr belə Qarabağ məsələsində Ali Baş Komandanı birmənalı olaraq dəstəklədilər. Bu isə imkan verdi ki, Azərbaycan dövləti bütün potensialını qələbəyə yönəltsin.


- Sizcə siyasi partiyalar indi nə etməlidirlər?

- Ölkədə yaranmış siyasi inamın və birliyin ifadəsidir ki, insanlar cəbhəyə gülə-gülə, sevinərək gedirlər. Bu, həm də heç kimin ermənilərdən qorxmadığını göstərir. Üçüncüsü, qələbəyə, ordumuza güvənin ifadəsidir. Hər kəs bu qələbədə payının olmasını istəyir.

Hesab edirəm ki, artıq cəmiyyətdə xüsusi təbliğata, çağırışa ehtiyac yoxdur. Siyasi mübarizəni bu dönəmdə dayandırmaq da mümkündür və vacibdir. Ona görə də, mən ehtiyatda olan artilleriya baş leytenantı kimi cəbhəyə getmək üçün müraciət etmişəm. Bizim amalımız həmişə ölkəmizə, xalqımıza, dövlətimizə fayda verməyə hesablanıb. Bu gün faydamız cəbhədə düşmənə qarşı döyüşmək ola bilər. Buna da hazırıq.


- Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutur. Dünən 2-ci böyük şəhərimiz olan Gəncə də raketlə vuruldu. Gecə Mingəçevir şəhəri, Abşeron yarımadası və Xızıya da raket atıldığı barədə məlumatlar yayıldı. Bu nəyə hesablanıb və nə ilə nəticələnə bilər?


- Azərbaycanın kənd və şəhərlərinin atəşə tutulması və dinc əhalinin hədəfə alınması Ermənistanın növbəti səhvidir. Hətta deyərdim ki, bu panika vəziyyətinin doğurduğu qeyri-müəyyənlikdən qaynaqlanır. Ermənistan bu hərəkətləri ilə özü öz maskasını cırır. Region, dünya üçün sabitliyə təhdid mənbəyi olduğunu və beynəlxalq prinsipləri saymadığını və insanlıqdan kənar vəhşi xarakterini göstərir.

Artıq görünür ki, Ermənistan belə hərəkətləri ilə əhali arasında qorxu, xof yarada bilmir. Əksinə xalq daha da monolitləşir, döyüş əzmi artır, düşmənə nifrəti çoxalır. Napoleon da deyirdi ki, hərbi qüvvələr ölkənin müdafiəsi üçün kifayət deyil, bununla yanaşı, özünü müdafiə edən xalq məğlubedilməzdir. Əgər indi xalqın qarşısı açılarsa, inanın ki, hamı cəbhə bölgəsinə piyada, ayaqyalın yürüş edib erməniləri öz torpaqlarından qovmağa hazırdır. Yəni xalqımızın döyüş ruhu, qələbə əzmi bu qədər yüksəkdir. Bismark da qeyd edirdi ki, müharibədə müvəffəqiyyət qazanmaq iki amildən asılıdır: yeni tipli silahdan və məktəb müəllimindən. Bu gün peşə bayramını qeyd edən müəllimlərimiz sağ olsunlar ki, belə vətənpərvər insanlar yetişdiriblər. Yeri gəlmişkən, bu gün cəbhədə döyüşən qəhrəman tələbələrimə can sağlığı və yeni zəfərlər arzu edirəm.

İnanıram ki, hər bir azərbaycanlı işğaldan azad edilmiş bölgələrdə Azərbaycan bayrağını qaldıran igid oğullarımızın yerində olmaq istəyir.

Digər tərəfdən, Ermənistanın öz ərazisindən yaşayış məntəqələrimizi vurması bizə imkan verir ki, bu ölkənin sərhədləri daxilində yerləşən hərbi obyektlərə zərbələr endirək. Ermənistanın bütün böyük şəhərlərində, o cümlədən Yerevanda da belə obyektlər çoxdur. Bu bizə həm də Naxçıvandan Ermənistana qarşı 2-ci cəbhə açmaq şansı verir. Çünki faktiki olaraq Ermənistan bu hərəkətləri ilə Azərbaycana qarşı müharibəyə başladığını elan edir.

Düşünürəm ki, Qarabağda başlanılmış təmizləmə əməliyyatlarını tez bir zamanda bitirsək, Ermənistanın bu cür hərəkətlərinə də son verəcəyik. Çünki bu can verən düşmənin son çırpıntılarıdır.  

- Prezidentin dünən xalqa müraciəti haqqında nə deyə bilərsiniz?

- Cəbrayıl rayonunun işğaldan azad edilməsi ilə bağlı Prezidentin xalqa müraciəti çox qətiyyətli və xalqın fikrini, düşüncəsini ifadə edən bir çıxış idi. Burada 2 məqam diqqəti xüsusilə cəlb edir: 1. İşğal olunmuş torpaqlarımızın sonadək azad edilməsi istəyi; 2. Atəşkəsin şərtləri.
Düşünürəm ki, Ali Baş Komandanın bu müraciətini Qarabağın tezliklə azad edilməsi mesajı kimi də dəyərləndirə bilərik.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54 Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - FOTO 26 Oktyabr 2020, 14:48 Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı 26 Oktyabr 2020, 14:42 Qubada qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular 26 Oktyabr 2020, 14:36 “Heydər Əliyev vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı” - Prezident 26 Oktyabr 2020, 14:30 Şeyx BMT Baş Katibinin müavininə ermənilərin vəhşiliyindən DANIŞDI 26 Oktyabr 2020, 14:25 İlham Əliyev: “Elə bil prokurordur, ittiham edir bizi” 26 Oktyabr 2020, 14:20 Naftalanda COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir - FOTO 26 Oktyabr 2020, 14:13 Pakistan Fransaya etiraz notası verib 26 Oktyabr 2020, 14:08 Baş Prokurorluq Ermənistan tərəfindən bu saatadək həlak olanların siyahısını AÇIQLADI 26 Oktyabr 2020, 14:02 Prezident düşmənin məhv edilmiş texnikasının SİYAHISINI açıqladı 26 Oktyabr 2020, 13:58 Nazirlik bu qurumlarla Anlaşma Memorandumu imzaladı - FOTO 26 Oktyabr 2020, 13:53 Azərbaycan əsgəri xalqa MÜRACİƏT ETDİ - VİDEO 26 Oktyabr 2020, 13:50 Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb 26 Oktyabr 2020, 13:46