Modern.az

“Qərb Türkiyənin supergüc olmasından qorxub Rusiyanı dəstəklədi” - ŞƏRH

“Qərb Türkiyənin supergüc olmasından qorxub Rusiyanı dəstəklədi” - ŞƏRH

Analitika

13 Oktyabr 2020, 13:40

Almaniyalı politoloq Aleksandr Rar Qarabağda əldə olunmuş humanitar atəşkəs razılaşması ilə bağlı açıqlama verib.


Modern
.az xəbər verir ki, politoloq Qərb ölkələrinin Moskvanın zəifləməsində maraqlı olduğunu söyləsə də, Türkiyənin regionda artan nüfuzunun onların mövqeyini dəyişməsinə yol açdığını bildirib.

 

 “Avropa Rusiyanın Ermənistanla Azərbaycan arasında yaşanan konfliktlə bağlı sülhməramlı təşəbbüsünü dəstəkləyib. Onlar Türkiyənin münaqişəyə müdaxiləsi etməməsi üçün bu addımı atıblar. Türkiyənin regional supergücə çevrilməsi Avropanı qorxudur”- deyə almaniyalı politoloq Aleksandr Rar bildirib.

 

Politoloqun fikrincə, Brexit, ABŞ və Avropa Birliyi arasında yaranmış uçurum, həmçinin, koronavirusun yaratdığı fəsadlar “qoca qitə”nin diqqətini Qarabağdan bir qədər yayındırır.

 

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə oktyabrın 10-u saat 12:00-da Qarabağ cəbhəsində humanitar məqsədlərlə atəşkəs rejimi elan olunub. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?