Arxiv
23 Oktyabr 2020, 16:47 | MÜSAHİBƏ
Elmar Məmmədyarov: “Babalı Paşinyanın boynuna” - MÜSAHİBƏ

Sabiq xarici ilər naziri: “Ermənilər dünyanın Qarabağı yaddan çıxaracağını düşünürdülər”

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Modern.az saytına müsahibə verib.


- Elmar müəllim, bu gün Ermənistan və Azərbaycan xarici işlər nazirləri Vaşinqtonda Amerikanın dövlət katibi Mayk Pompeo ilə görüşəcəklər. ABŞ-ın həmsədr olaraq iki ölkənin XİN başçılarını görüşə dəvət etməsindən gözləntiləriniz nədir?


- Son vaxtlar Rusiyanın xarici işlər naziri Sergey Lavrov  Ermənistan və Azərbaycan XİN başçılarını görüşə dəvət edir, bəyanatlar verir. Bir növ Rusiya həmsədr olaraq hərəkət edirdi. Həm Rusiya prezidenti Putin, həm də Fransa prezidenti  Makron cənab prezident İlham Əliyevlə danışıqlar aparırdı.  Amerika da həmsədr olaraq öz tərəfindən bu formada hərəkət etmək istəyir. Onlar atəşkəsin olmasına can atırlar. Digər tərəfdən noyabrın 3-də Amerikada prezident seçkiləri keçiriləcək. Oan görə də Amerika tərəfi bunu nəzərə alıb görüş keçirməyə qərar verdi və hər iki XİN başçısı Vaşinqtona dəvət olundu. Burada da məqsəd dünyaya onu çatdırmaqdır ki, “biz də həmsədr olaraq məsələyə biganə qalmırıq və Azərbaycan-Ermənistan arasında atəşkəs istəyirik”. İndi nazir deyiləm, düzünü sizə deyə bilərəm: inanmıram ki, bu istiqamətdə hansısa formada məsələ həll olunacaq.


- Son bir ayda Ermənistanla Azərbaycan arasında iki dəfə atəşkəs elan olunub. Amma atəşkəs razılaşmasının üzərindən bir saat keçməmiş Ermənistan tərəfi cəbhədə vəziyyəti gərginləşdirib. Bununla işğalçı dövlət nəyi sübut etməyə çalışır?

- Bunu təhlil etmək üçün öncə onu nəzərə alaq ki, Ermənistanın hərəkətləri daxili auditoriya üçün də lazımdır. Çünki işğalçı dövlət Azərbaycan Ordusunun xeyli torpaqları azad etdiyini görür. Bu istiqamətdə nəsə etməlidirlər. Təbii, bu yanlış hərəkətdir. Çünki Ermənistanın hədəfi mülki insanlar, qadınlar və uşaqlardır. Bu qəbuledilməzdir. Ancaq Ermənistan rəhbərliyi bu istiqamətdə qərar qəbul edib. Guya dünya ictimaiyyətinin fikirlərini öz xeyirlərinə dəyişə bilərlər. Beynəlxalq ictimaiyyət də “atəşkəs olmalıdır” desin. Ermənistan bununla növbəti dəfə vaxt qazanmaq arzusundadır.


- Siz Qarabağ münaqişəsinin ilk günlərindən bu prosesin içərisində olmusuz. Hətta məşhur bir şəklinizdə  var, orada gənc olduğunuz aydın hiss olunur. Prosesləri necə müşahidə edirdiz?

- Sizə deyim ki, lap da elə gənc deyildim. 32 yaşım vardı.


- 32 yaş da gənc sayılır...

- Belə baxsaq, 60 yaşında da özümü gənc hesab edirəm. Doğrudan da, həmin vaxtlarda Qarabağda döyüşlər gedirdi. Mən, Yaşar Əliyev və Murad Heydərov yeganə diplomatlar idik ki, Şuşaya getmişdik. 1992-ci ilin fevralında ATƏT-in missiyası Şuşaya gəlmişdi. Hətta yadımdadır ki, Rəhim Qazıyev də orada idi. Hamımız bir yerdə olanda əsas söhbətimiz Şuşa haqqında idi. “Şuşanı vermək olmaz. Şuşa bizim üçün çox önəmlidir” kimi fikirlər səsləndirmişdik. Daha sonra isə həmin missiya ilə Naxçıvana getmişdik. O zaman nə Ordumuz, nə də silahımız  vardı. Ancaq özünümüdafiə batalyonları təşkil edib ordan-burdan insanları toplayıb cəbhəyə göndərirdilər. Ötən 30 il ərzində Ali Baş Komandan sağ olsun ki, çox güclü ordu formalaşdırdı.


- BMT-yə qəbul olunmağımız ən gərgin vaxtlara təsadüf edib. Siz  və Xorvatiyadkı səfirimiz Fəxrəddin Qurbanov  BMT-yə gedən nümayəndə heyətinin tərkibində olmusunuz. Azərbaycanı necə tanıyırdılar? Qarabağ haqqında nə deyirdilər?

- BMT-də təmsil olunan zaman çox gərgin və həssas məqamlar var  idi. Azərbaycan BMT-yə qəbul olunanda biz Qarabağ  məsələsini diqqətə çatdırmışıq. İlk dəfə Azərbaycan bayrağını orada qaldırdıq.


- Xocalı soyqrımının ardınca Azərbaycanın BMT-yə üzv qəbul olunması o qədər də asan olmamalı idi.  Bəşəri soyqrımı dünyaya necə çatdırdığınızı xatırlayırsızmı?

-Düzdür. Xocalı soyqırımınıdan sonra bizim üçün də mürəkkəb proseslər cərəyan edirdi. Ancaq BMT-də Xocalı məsələsini beynəlxalq ictimaiyyətə çatdırdıq. O zaman nazir Hüseynağa Sadıqov idi. BMT-nin Baş Assambleyasında Hüseynağa Sadıqova söz verilmişdi. O da öz çıxışında bu soyqırımı hadisəsini qeyd etmişdi. Ermənilərin 613 nəfər azərbaycanlını amansızlıqla qətlə yetirdiyini söylədi. Bu soyqırımı  ilk gündən BMT tribunasında qaldırmışdıq.


- Azərbaycanın BMT-dəki ilk nümayəndəsi hazırda Polşada səfirimiz olan Həsən Həsənov  idi. Bu məsələdə Həsən Həsənov hansı mövqeyi sərgiləyirdi?

- Həsən Həsənov və mən BMT Təhlükəsizlik Şurasında ilk diplomatlardan idik. Həsən müəllim BMT nümayəndəliyimizə rəhbərlik edirdi.  Həmin vaxt BMT TŞ-da əksəriyyət diplomatlar idi. Təbii ki, Həsən müəllim də münaqişənin həll olunması üçün çalışırdı. Həsən Həsənov 1993-cü ildə TŞ-nin Qarabağla bağlı ikinci qətnaməsindən sonra xarici işlər naziri təyin olundu. Həsən Həsənov Azərbaycanın xarici işlər naziri kimi qətnamələrin qəbulunda aktivlik nümayiş etdirirdi. Orada çoxu xəritədə Azərbaycanı tapa bilmirdi. Biz onlarla görüşlər keçirirdik. Xəritəmi düzəltmişdik. BMT TŞ-da olan diplomatlara bir-bir Ermənistanın hansı torpaqları işğal etdiyini göstərirdik. Bu, böyük iş idi. Vaxt lazım idi ki, bunu həll edək. O zaman Pakistan sağ olsun ki, bizə dəstək verdi.


- Yeri gəlmişkən Pakistan həmin dəstəyi bu gün də davam etdirir.

- Bu, məni qürurlandırır. Pakistan əvvəldən yoluna sadiq qalıb. Həmin BMT-nin TŞ-sı Azərbaycanın BMT-yə  qəbul olunması üçün qərar qəbul etdi. 1993-cü il aprelin 30-da BMT TŞ-da sədrlik Pakistana həvalə olunmuşdu. Pakistan bu məsələni qaldırdı. Aprelin 30-da 822 nomrəli qətnamə qəbul olundu. Bu qətnamədə ATƏT-in Minsk qrupuna tapşırılıb ki, Ermənistan qoşunları Kəlbəcərdən çıxarılmalıdır. Çünki 1993-cü ilin 2 aprelində Kəlbəcər işğal olunmuşdu. Əfsuslar olsun ki, cənab Prezidentin dediyi kimi, 27 il ərzində o qətnamələr yerinə yetirilmədi.


- Siz də təsdiqləyərsiniz ki,  BMT-nin icra etməli olduğu  4 qətnaməsini bu gün Prezident İlham Əliyev yerinə yetirir.

- Tam şəkildə sizinlə razıyam. Bayaq dediyiniz kimi, Qarabağ münaqişəsi ilə ilk gündən məşğulam. Biz beynəlxalq münasibətlərdə hər zaman BMT-nin 4 qətnaməsinə istinad etmişik. Heç kim onların qarşısına çıxa bilməzdi. Çünki bu qətnamələri yerinə yetirmək lazım idi.


- Qətnamələr yerinə yetirilmədi. Bu öz yerində. Eləcə də münaqişənin həlli istiqamətində “Madrid prinsipləri”, “Medvedev planı” ortaya atıldı. Ancaq bunlar da  kağız üzərində qaldı. Sizcə, niyə bu prinsip və plan icra olunmadı? Buna səbəb nə idi?

- Güman ki, dünyanın Qarabağı yaddan çıxaracağını düşünürdülər. Bilmirəm, ermənilər niyə belə fikirdə idilər. Çünki “Madrid prinsipləri”ndə də olduğu kimi,  qeyd olunan məsələ o idi ki, ilk növbədə Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılsın. Biz məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarı idik. Axırda bəlli oldu ki, ermənilər sülh variantına getmək istəmirlər. Və başladılar  Qarabağda qanunsuz məskunlaşma həyata keçirməyə. Bu da sonrakı mərhələdə çətinlik yarada bilərdi. Hər görüşdə Ermənistan rəhbərliyinin qarşısında bunları qaldırırdıq. Ancaq Ermənistan rəhbərliyi elə düşünürdü ki, tam şəkildə o torpaqları sonuna qədər əllərində saxlayacaqlar.

- Qarabağ münaqişəsinin ilk günlərindən hadisələrin içində olan,  eləcə də neçə il XİN başçısı kimi bu suala cavabınızı eşitmək istərdim:  Azərbaycan Ordusu cəbhədə irəliləyir və işğal altında olan torpaqlarımız azad edilir. Hansı hissləri keçirirsiniz?

- Fəxr edirəm. Fəxr edirəm ki, Azərbaycan Ordusu şanlı Ordudur. Döyüş tapşırıqlarını yerinə yetirir və torpaqlarımızı işğaldan azad edir. Bununla birmənalı olaraq fəxr edirəm. “Madrid prinsipləri” tarixdir. Birinci mərhələdən söhbət gedirsə, Azərbaycanın şanlı Ordusu o mərhələni yerinə yetirir. Bu gün-sabah Ağdamı da azad edəndən sonra 5 rayon birmənalı olaraq geri alınmış sayılacaq. Yerdə qalan 2 rayonu da onlar qaytarmalıdır. Tam şəkildə inanıram ki, o 2 rayonu da azad edəcəyik.


- Son olaraq Ermənistanın Baş naziri Paşinyanın özgə torpaqları uğrunda insanları döyüşə səsləməsi barədə nə deyə bilərsiniz?

- Əgər hələ də bu istiqamətdə davam edəcəksə, babalı Paşinyanın boynuna.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Barselona"ya yeni prezident seçildi 8 mart 2021, 03:33 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 8 mart 2021, 01:00 Ekvatorial Qvineyada güclü partlayışlar - 20 ölü, 300 yaralı 8 mart 2021, 00:48 Türkiyə Səmərqənddə konsulluq açdı - FOTO 8 mart 2021, 00:39 Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid oldu - FOTO 8 mart 2021, 00:25 Daha bir qazimiz ona qulluq edən tibb bacısı ilə evlənir 8 mart 2021, 00:12 Bu gün qadınlar bayramıdır 8 mart 2021, 00:00 Hücuma hazırlaşan PKK-çılar məhv edildi 7 mart 2021, 23:54 Roma Papasından qadınlarla bağlı çağırış 7 mart 2021, 23:42 Güclü külək Sumqayıtda liseyin daş hasarını uçurdu 7 mart 2021, 23:27 Milyarder deputat helikopter qəzasında öldü 7 mart 2021, 23:14 İlham Əliyevdən 8 Mart paylaşımı - FOTO 7 mart 2021, 23:00 Prezidentin ayaqqabısı narazılığa səbəb oldu – FOTO 7 mart 2021, 22:56 Mançester derbisinin qalibi məlum oldu 7 mart 2021, 22:42 Başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi bilindi 7 mart 2021, 22:28 “Gürcü Arzusu”ndan qalmaqallı səs yazısı ilə bağlı bəyanat 7 mart 2021, 22:16 Polis İmişlidə quş əti satışını qadağan edib? - DİN-dən açıqlama 7 mart 2021, 22:02 Abşeronda maşın piyadanı vurub öldürdü 7 mart 2021, 21:49 Madrid komandaları sülh bağladı 7 mart 2021, 21:35 Messi oğlu ilə səs verdi 7 mart 2021, 21:25 Millimiz “Böyük dəbilqə”ni iki medalla başa vurdu 7 mart 2021, 21:13 Məhəmməd Salah "Liverpul"u tərk edir? 7 mart 2021, 21:05 Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir 7 mart 2021, 20:54 “Liverpul” öz meydanında autsayderə uduzdu 7 mart 2021, 20:40 Qənirə Paşayeva şəhid anası ilə görüşdü - FOTO 7 mart 2021, 20:33 Avstriyada “AstraZeneca” peyvəndindən istifadə dayandırıldı 7 mart 2021, 20:22 FHN əhaliyə müraciət etdi - VİDEO 7 mart 2021, 20:13 Bu rayonlara qar yağır - FAKTİKİ HAVA 7 mart 2021, 20:01 Dönərxanada dəm qazından zəhərlənmə - Ölən var 7 mart 2021, 18:04 Gürcüstanda qalmaqallı səsyazısı yayıldı - Baş nazirin  istefası tələb olunur 7 mart 2021, 17:51 İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma 7 mart 2021, 17:43 Atletimiz Qış Avropa çempionatında gümüş medal qazandı 7 mart 2021, 17:30 Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi 7 mart 2021, 17:15 ABŞ-da COVİD-19-dan ölənlərin sayı açıqlandı 7 mart 2021, 17:00 Türkiyə ərazisinə qaçaq yolla keçən PKK mənsubu saxlanıldı 7 mart 2021, 16:49