Arxiv
28 Oktyabr 2020, 09:42 | REPORTAJ
“Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ

Yelena Sidorenko-Eyvazlı: “Qızımın laylay mahnısı Azərbaycan himnidir”


Modern.az
saytında Qarabağın azadlığı uğrunda döyüşən Vətən oğullarına həsr olunmuş “Bizim Əsgər” rubrikasının növbəti qonağı telejurnalist Yelena Sidorenko-Eyvazlıdır. O, hazırda cəbhədə olan həyat yoldaşı Mehdi Eyvazlı haqqında danışacaq.
Yelena xanım bəlli səbəblərdən həyat yoldaşının şəklini vermək istəmədi.


- Yelena xanım, bizə qısa olaraq həyat yoldaşınız haqqında məlumat verməyinizi istərdik.

-
Həyat yoldaşım ideal ər, ideal ata, ideal dostdur. Yəni  bütün bu keyfiyyətləri özündə birləşdirir. Və sadaladıqlarım təkcə söz xatirinə deyilən sözlər deyil. Bu həqiqətdir! İxtisasca hüquqşünasdır. İctimai insan deyil və diqqət mərkəzində olmağı xoşlamır. Məhz buna görə onun haqqında şəxsi məlumatları burada dayandırıram.


- Necə oldu ki, həyat yoldaşınız müharibəyə yollandı?


- O, ehtiyatda olan zabitdir. Vətən çağıran zaman, yəni ona Səfərbərlik Xidmətindən zəng gələndə mən anamın səhhəti ilə əlaqədar Bakıda deyildim. Fikirləşdim ki, əgər “Səfərbərlik”ə gedibsə, çağırıb uyğun olub-olmadığını yoxlayacaqlar. Hətta aparası olsalar belə, bu, bir neçə gün sonra baş verər. Onu görmək və sağollaşmaq ümidim var idi. Lakin eşitdim ki, artıq hamı cəbhə tərəfə yollanır. Zəng edib onunla həyəcanımı bölüşəndə çox sakit cavab verdi: - Bəli, çantamı yığıb səfərbərliyə hazır gəlmişəm. Yəni o, artıq torpaqlarımızın müdafiəsinə hazır idi. Məncə təkcə bu günlərdə deyil, hər zaman döyüşməyə və torpaqlarımızı müdafiə etməyə hazır idi. Bizim Lənkərandakı evimizdə bir qutu var idi və içində yoldaşım öz hərbi geyimlərini saxlayırdı. Soruşanda ki, paltarları niyə burada saxlayırsan? Deyirdi ki, bizi nə vaxt döyüşə çağırsalar, paltarlarım hazır olmalıdır. Elə də oldu. Çağırış zəngi bu ilin sentyabr ayına təsadüf etdi.


- Siz bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?


- Dediyim kimi, həmin vaxt Bakıda deyildim və reallıqda sağollaşmaq bizə qismət olmadı. Həmin gecəni heç yatmadım. Növbəti gecələri isə maksimum 2 saat yatırdım. Get-gedə yuxu vaxtım artmağa başlayıb. Bunun iki səbəbi var: Ordumuzun Qələbə xəbərləri ilə bizi sevindirməsi və artıq fiziki olaraq yuxusuz qala bilməməyim.
İlk günlərdə ürəyimdə qorxu var idi. Daha sonra özünün  ruh yüksəkliyini görəndə mən hər keçən gün daha əmin və güclü olmağa başladım. Eyni zamanda, Ordumuzun şücaəti məni o qədər gücləndirdi ki, ürəyimdəki qorxu hissləri tamamilə itdi. Qorxu hissim qürur hissi ilə əvəzləndi.


- Həyat yoldaşınızın vəziyyəti necədir və onun harada olduğu haqqında xəbəriniz varmı?


- Harada olduğu haqda məlumatım yoxdur, amma əsas odur ki, sağ-salamatdır. Ümumiyyətlə yoldaşım daha çox bizim haqqımızda məlumat alır. Bizdən çox nigarandır, çünki o, müharibəyə gedəndən sonra anamda xərçəng xəstəliyi aşkarlandı. Çox çətin günlər yaşadıq və anam əməliyyat olundu.
Yoldaşımla danışanda nə özü, nə də cəbhədə olanlar haqqında mənə hansısa məlumat verir.



- Hazırda əmək fəaliyyətinizi harada davam etdirirsiniz?


- Mən hazırda “Gazelli Group Holdinq”də İctimayyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edirəm. Eyni zamanda, Real TV-də cəbhədən bəhs edən “Real savaş”  adlı verilişi aparıram.


- İş və həyat qayğıları həyat yoldaşınızın yoxluğunu sizə unutdura
bilirmi?

- Təbii ki, xeyr. Hər dəqiqə telefona baxıb həyat yoldaşımdan gələcək bir zəng, bir SMS gözləyirəm.


- Bu gün sizin kimi bir çox gəlinlərimiz var ki, gözləri yollara, qulaqları isə cəbhədən gələn xəbərlərə köklənib. Onlara nə demək istərdiniz?


- Onlara demək istərdim ki, qorxmasınlar. Qürurlu olsunlar. Çünki məhz bu status –həyat yoldaşını cəbhədən gözləyən gəlin statusu-hər xanıma qismət olmur. Biz xoşbəxtik. Çünki növbəti nəsillərə danışacağımız şərəfli bir prosesin şahidi və bir növ iştirakçısıyıq.


- Vətənpərvərlik hisslərini yoldaşınızda çoxmu müşahidə etmişdiniz?


- Vətən mövzusu bizim ailədə həmişə xüsusi olub. Onun zamanı yoxdur. Vətən daim qəlbimizdədir.


- Sizin efirlərdən birində həyat yoldaşınız üçün axıtdığınız göz yaşları izləyiciləri çox təsirləndirmişdi və eyni zamanda da kövrəltmişdi. Necə düşünürsünüz, bu göz yaşlarınızı sonda bütün işğal altındakı torpaqlarımızda qazanılan Qələbə sevincinin göz yaşları əvəzləyəcəkmi?

- Mütləq! Buna əminəm!!! Və bu çox tezliklə baş verəcək. İnanın Prezident İlham Əliyevin hər xırda ərazinin belə azad olunması ilə bağlı verdiyi açıqlamalarda mənim göz yaşlarım dayanmır. Şad xəbərləri eşidəndə fərq etməz işdə də olsam, yolda da olsam, yaxud evdə də göz yaşlarım axır. Bu bizlərə İlahi tərəfindən verilən bir şans və qürurlanacaq günlərdir. Bir də nə vaxt bu səbəbdən - torpaqlarımızı işğaldan azad etdiyimiz üçün ağlayacağıq? İnşallah, bir də heç vaxt işğalla qarşılaşmayacağıq! Bütün torpaqlarımız düşməndən geri alınacaq, doyunca xoşbəxtlikdən ağlayacağıq və Allahın köməkliyi ilə bir də bu dərdimiz olmayacaq. Buna çox inanıram.


- Övladınız azyaşlıdır.Siz ona gələcəkdə Vətəni sevdirəndə hardan başlayacaqsınız?


- Qızımın laylay mahnısı Azərbaycan himnidir. Körpə olanda onun üçün oxuyardıq, məhz himnlə yatardı. Hesab edirəm ki, onun vətənpərvər olmağı üçün xüsusi addımlar atmağa ehtiyac yoxdur. Sadəcə, valideyinlər özləri Vətəni sevməli və bunu öz hərəkətlərində göstərməlidirlər. Biz övladımızı məcbur edə bilmərik, amma onun üçün nümunə ola bilərik.


- Sonda həyat yoldaşınız da daxil olmaqla indi Vətən müharibəsi aparan, Vətənimizin keşiyində olan əsgərlərimizə “Əsgər salamı” göndərməyinizi istərdik.


- Salam əsgər!

Bilirəm indi dünyanın ən xoşbəxt insanı sənsən!!! Biz buradan sənin etdiklərini görəndə elə bilirik ki, ən xoşbəxt bizik. Əslində isə əsl xoşbəxt elə sənsən. Bilirəm havalar soyuyur və Sənə indi daha çətindir... Amma sənin heç nəyə baxmayaraq ən xoşbəxt insan olduğuna əminəm! Əziz Əsgər, bütün dualarım səninlədir. Bilirəm ki, Allah məni eşidir. Ona görə də rahatam, çünki sən Allaha əmanətsən, Vətən isə sənə əmanətdir. Əziz əsgər, tezliklə bütün torpaqları sənin qətiyyətin və gücün düşməndən azad edəcək və Sən əsl qəhrəman kimi əzizlərinin yanına qayıdacaqsan!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36 İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi 11 May 2021, 23:20 "Mançester Siti" vaxtından əvvəl çempion oldu 11 May 2021, 23:08 HƏMAS Tel-Əvivə 130 raket atdığını açıqladı 11 May 2021, 22:55 Mark Zukerberq keçilərinə ad verdi - FOTO 11 May 2021, 22:44 BMT Baş katibindən Fələstin və İsrailə çağırış 11 May 2021, 22:28 Türkiyə daha 5 PKK-çını məhv etdi 11 May 2021, 22:13 Prezidenti təhqir edənlər istintaqa cəlb edildi 11 May 2021, 22:01 Prezident vacib mesajlar verdi 11 May 2021, 21:46 ÜST koronavirusla bağlı son vəziyyəti açıqladı 11 May 2021, 21:35 Türkiyədə virusdan ölənlərin sayı artdı 11 May 2021, 21:19 “Barselona” bu müdafiəçini heyətinə qatır 11 May 2021, 21:04 Balakəndə maşın çaya düşdü - ölən və yaralananlar var 11 May 2021, 20:50 Paytaxtın bu ərazisində tıxac yaranıb - FOTO 11 May 2021, 20:35 Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edildi - FOTO 11 May 2021, 20:28 Rusiya Rumıniya diplomatını ölkədən çıxarır 11 May 2021, 20:18 İran və ABŞ dənizçiləri arasında insident 11 May 2021, 20:04 Buffon ayrılıq qərarı verdi 11 May 2021, 19:20 Gümüş və bürünc medalçılar da müəyyənləşdi 11 May 2021, 19:12