Arxiv
29 Oktyabr 2020, 11:12 | MÜSAHİBƏ
Direktor müavini: “Tarixlə əlaqədar yeni telekanal yaradılsın” - MÜSAHİBƏ

Bu gün Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycan əsgəri cəbhədə tarix yazır. Paralel olaraq həm diplomatiyada, həm diaspor sahəsində də erməni tərəfinin hücumları nəinki dəf edilir, layiqli cavablar verilir. Ancaq elm sahəsində elə də fəallıq görünmür. Xüsusilə Tarix İnstitunun indi hansı addımlar atdığı bu məqamda maraq doğurur.  


Modern.az
saytı bu kimi suallara aydınlıq gətirmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovla müsahibəni təqdim edir.

 

- Cəbi müəllim, ümumən bilmək istərdik, tarixi kim yazır və ya kim yazdırır?

 

- Tarixi xalqın özü yazır. İndi Azərbaycan tarixini yazanlar Azərbaycan xalqı, dövləti, dövlət başçısı və Azərbaycan Ordusudur. Yaşanan tarixi qələmə alanlar isə xalqın mədəniyyətini, mənəviyyatını, psixologiyasını bilən professionallar olur. Tarixi ümumiləşdirilmiş şəkildə qələmə alan 4-5 professional olub. Hazırda milli tariximizin qızıl dövrünü yaşayırıq. Cənab Prezidentimizin ötən çıxışı tarixi bir səsləniş, həqiqət idi.

Dünya liderləri niyə bu həqiqəti görmürlər. Erməniləri zamanında torpaqlarımıza məqsədli şəkildə gətirənlərin indi səsləri çıxmır. Hazırda baş verənlər 300 illik tarixin nəticəsidir. Bu siyasət ən çox biz azərbaycanlılara zərbə vurdu.

Yadımdadır, Tarix institutunda 1991-ci ildə Cümhuriyyət tarixi ilə bağlı yeni bir şöbə yaradıldı. Şöbəyə rəhbərlik edənlərdən Nəsib Nəsibzadə indi Ankara Universitetində müəllimlik fəaliyyətinə davam edir. Cümhuriyyətimiz cəmi 23 aylıq bir ömrü olmasına baxmayaraq, tariximizdə çox önəmli bir rol oynayır. Məsələn, o vaxtlar Çar Rusiyası ilə bağlı yazan tarixçilər Sankt-Peterburq arxivlərinə gedirdi. SSRİ bizlərə bütün faktları yazmağa imkan vermirdi.

 

- Amma böyük dövlətlərin hadisələri dəyişdirib, öz istədikləri kimi yazdırmaq cəhdləri olub. Belə desək, tarix sifarişlə, “böyüklər”ə sərf edən formada yazılır. Razısınızmı bu kimi fikirlərlə?

 

 

- Sifarişin ömrü qısa olur. Baxaq “26-lar” tarixinə. Ancaq 70 il davam edə bildilər, sonra sabun köpüyü kimi dağıldılar. Çünki onların tarixi yalandan ibarətdir.

 


- Qarabağ məsələsində haqlı olduğumuzu tarixi faktlar birmənalı şəkildə sübut edir. Təbliğat işində necə, erməniləri üstələyə bilirikmi?

 

Tarix İnstitutu tədqiqatlarını bir gündə aparmır. Hər hansı fakt bir neçə mənbədən təsdiqləndikdən sonra biz onu qəbul edirik. Nəzərə almaq lazımdır ki, 1991-ci ilə qədər biz müstəmləkə şəraitində yaşamışıq. Baxın, İrəvanın ermənilərə güzəştə gedildiyi barədə mübahisələr var idi. Şəhər necə ermənilərə verildi – biz bununla bağlı 36 səhifəlik bir məqalə hazırlamışıq. Məsələnin açıla bilməsi üçün saysız arxiv sənədlərini tədqiq etdik. Proses necə gedib, analiz nəticəsində nələr öyrənib, hamısı müvafiq instansiyalara təqdim edilib.

 

- Cəbi müəllim, tarixin tədqiq olunmasından danışmırıq.  Bu sahədə görülən işlər təbii ki, təqdirəlayiqdir. Söhbət üzə çıxardığınız tarixi həqiqətləri yaymaqdan gedir. Bu məsələdə Azərbaycan tarixçiləri nə edirlər?

 

- Əvvəla, bizim alimlər heç vaxt susmayıb, hər şeyi zamanında ifşa ediblər. Bununla bağlı sənədlər də var. 1945-ci ilin noyabrında ermənilər SSRİ-yə müraciət edir. Yenə ərazi iddiası və s.

O zaman Azərbaycanın altı aliminin hazırladığı arayış Mircəfər Bağırova verilir. Stalin həmin arayışı oxuyur və üstünə yazır ki, bu sənəd bolşevik arxivinə verilsin, bir daha istifadə olunmasın. SSR zamanı bizim neçə-neçə üzdə olan insanımız müəmmalı şəkildə həyatını itirib. Bunların heç birini təsadüfi saymaq olmaz. Ermənilər alimlərimizi, dövlət adamlarımızı bu cür susdurmaq istəyib.

Azərbaycan torpaqlarının yerləşdiyi ərazini, insanların xüsusiyyətlərini də nəzərə alsanız, görəcəksiniz ki, ermənilər bizim bütün varlığımıza göz dikiblər.

Hələ 1782-ci ildə Bakıya Jon Faster adında ingilis gəlir və sanki cənnətə gəldiyini o zaman vurğulayır. 20-ci əsrdə dünya siyasətində müstəsna yeri olan bir ifadə var: “Neft kraliçadırsa, Bakı onun tacıdır”.

Ermənilərin isə hər şeyi qondarmadır. Onların nə vaxt bir dövləti olub ki?! Çar İkinci Nikolayın dövründə Eçmiədzin sinoduna Frenkel adında bir prokuror təyin edilir. Onun ermənilərin xarakteristikasını verdiyi bir arayışı var. Bu, həm də akademik Ziya Bünyadov tərəfindən 1989-cu il “Akademiyanın Xəbərləri” jurnalının 2-ci nömrəsində çap olunub. Orada qeyd olunub ki, yaltaqlıq, ikiüzlülük, satqınlıq bu millətin, başlıca xasiyyətidir.

Adı Bakıda da əbədiləşdirilən Nobel qardaşlarından danışaq. Bizim milli fəxrimiz olan Zeynalabdin Tağıyevə, kimyaçı alimimiz Mövsüm Xanlarova, İsa Bəy Hacınskiyə böhtan atıblar. Mən bunların hamısını yazmışam. Onlar erməni milyonçuları birlikdə Bakı əhalisinin qətlində iştirak ediblər. Bu faktlar heç yerdə səsləndirilmir.

İndi baxıram, bu işlərdən xəbərsiz bir jurnalist Cümhuriyyətlə bağlı son araşdırmalarımıza inamsızlıq ifadə edir. Məncə hər kəs bildiyindən danışmalıdır.

 

- Cəbi müəllim, bu gün Azərbaycan tarixçiləri, Azərbaycan Ali Baş Komandan və əsgərlərinin gördüyü işə adekvat addım ata bilirmi?

 

- Biz cənab Prezidentin çağırışlarını yerində yüksək səviyyədə hazırlayıb təqdim etmişik. 2014-cü il oktyabrın 10-da Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasının qərargahında cənab Prezidentin dediyi sözləri deputatların gözünə baxaraq demişik. Heç kim bundan danışmır. Vladimir Jirinovskinin Bakıya gəlməsi böyük hadisə oldu, amma heç kim bunu kimin təşkil etdiyini soruşmadı.

 

 


- Sentyabrın 27-sindən indiyədək Tarix İnstitutu hansı işlərə imza atıb?

 

- Bu müddət ərzində bir çox saytlar, televiziyalar və media orqanları bizə müraciət edib və biz onlara bütün lazımlı məlumatı vermişik. Sentyabrın 1-4-ü arası mənim erməni işğalı və onların arxasındakılarla bağlı məqalələrim mətbuatda dərc olundu. Elmi tədqiqat işçisi olaraq deyə bilərəm ki, işimizi layiqincə yerinə yetiririk. Media əgər doğru xəbərləri bilmək istəyirsə,bizim institutla müqavilə bağlaya bilər. Biz təklif etmişik ki, ayrıca “Tarix TV” yaradılsın. Çünki yerli telekanallarda bizi verilişlərə çağırdıqda sözlərimizi kəsir, vaxtımızı azaldırlar. Bu şəkildə tarixi dolğun anlatmaq olmur. Biz verdiyimiz cavablarla qarşı tərəfi susdurmuşuq.

 

- Günümüzün reallığıdır ki, sosial şəbəkələr ən güclü təbliğat vasitəsidir. Bu platformadan düzgün istifadə etdikdə məqsədə çatmaq mümkündür. Tarix İnstitutu və institutun əməkdaşları sosial şəbəkələrdə aktivdirlərmi?

 

- İnstitutun Mətbuat xidməti fəaliyyət göstərir. İnformasiya yayımı ilə yüksək səviyyədə məşğul olurlar. Sosial şəbəkələrdə, institutun saytında alimlərimizin aktivliyi var. Bilavasitə Tarix institutunun rəhbərinin tapşırığı ilə proses idarə olunur.

 

- Siz Tarix institutunun direktor müavinisiniz. Şəxsi Tvitter və ya Facebook hesabınız varmı?

 

- Xeyr, mənim sosial şəbəkələrdə təbliğat aparmağa vaxtım yoxdur. Amma mətbuatda, televiziyalarda, saytlarda davamlı müsahibələrim yayımlanır, jurnalistlər nə sual ünvanlasalar, operativ cavablandırıram. Bizim verdiyimiz bütün cavablar düşməni elə susdurur ki, onlar cavab verə bilmirlər.



Aysel ASLAN
Fidan ƏLİ

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus xəstəsi barədə cinayət işi başlanıldı 1 Dekabr 2020, 10:10 Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO 1 Dekabr 2020, 10:04 28 koronavirus xəstəsi saxlanıldı - 19 nəfərə cinayət işi açıldı 1 Dekabr 2020, 09:58 Türkiyə səfirliyindən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 09:52 Koçaryan yenidən hakim qarşısına çıxarılır 1 Dekabr 2020, 09:46 Dəmir yolu körpüsünün tikintisi yekunlaşdı - FOTO 1 Dekabr 2020, 09:40 Hakimlər Paşinyanla görüşməkdən imtina etdi 1 Dekabr 2020, 09:34 Neft yenidən ucuzlaşdı 1 Dekabr 2020, 09:28 Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO 1 Dekabr 2020, 09:22 Dollar yeni aya bu məzənnə ilə BAŞLADI 1 Dekabr 2020, 09:17 “Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə + VİDEO 1 Dekabr 2020, 09:12 Azərbaycanın 5 şahmatçısı reytinqində irəlilədi 1 Dekabr 2020, 09:06 Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?