Arxiv
30 Oktyabr 2020, 16:04 | MÜSAHİBƏ
Abid Şərifov: “Vətən Müharibəsi başlayandan gözümə yuxu getmir” - MÜSAHİBƏ

Baş nazirin sabiq müavini Abid Şərifov Modern.az-ın suallarını cavablandırıb.


- Abid müəllim, bu gün Qarabağın işğaldan azad edilməsi uğrunda apardığımız   tarixi mübarizəsini necə qiymətləndirirsiniz?


- Bu elə bir hissdir ki, sözlə ifadə etmək çətindir. Ali Baş Komandan bütün məsələlərə bilavasitə rəhbərlik edir. Buna heç bir əlavəm yoxdur. Hamımız arzu edirik ki, savaş bizim tam qələbəmizlə tezliklə bitsin. Allah Ali Baş Komandanımıza və Ordumuza kömək olsun.


- Siz Baş nazirin müavini olduğunuz dönəmlərdə  Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini yaxından izləmisiniz. Sizcə, işğalçı Ermənistan bu gün məğlubiyyətini niyə qəbul etmir?

- Sizə deyim ki, bu gün Qarabağda yaşananlar ağlagəlməyən böyük xoşbəxtlikdir. Çünki 70 il ərzində Sovet imperiyasının tərkibində olmuşuq. Müstəqilliyimizi əldə etdikdən sonra isə torpaqlarımız erməni qəsbkarları tərəfindən işğal edilib. Həmin vaxtlarda özümüzü əzilmiş kimi hiss etmişik. Çünki vəziyyət və şərait elə gətirib. Bu gün isə xalqımız tarixi hadisələrə şahidlik edir. Cənab Prezidentimiz Ordumuzla birgə üzərimizdəki qara buludları götürür. Çox şükürlər olsun ki, məğrur xalq olduğumuzu bir daha ortaya qoya bildik.

Ermənistan bu günlərin gerçək olduğunu heç zaman ağlına gətirmək istəməyib. Çünki erməni xisləti bəşəriyyətə bəllidir. Ancaq o torpaqları gec-tez geri qaytara biləcəyimizdən əmin olublar. Heç kimin ağlına gəlməzdi ki, Qarabağdakı separatçı rejim ləğv ediləcək, heç kim təsəvvür etməzdi ki, Stepanakertə, Şuşaya doğru Ordumuz belə irəliləyə bilər. Bunların hamısı ağlagəlməyən işlərdir. Tarixi hadisədir, qəhrəmanlıqdır. Tarixdə belə günlərimiz heç olmayıb.


- Güman ki, insanların ruh yüksəkliyini də müşahidə edə bilirsiniz. Bu ruh yüksəkliyi sizə nə deyir?

- Təbii ki, insanlarımızda  ruh yüksəkliyini mən də müşahidə edirəm. Bu ruh yüksəkliyini də yaradan Azərbaycan Ordusudur, zabitlərimizdir, Ordunun rəhbərliyidir, müəllim və həkimlərimizdir. Bir sözlə, ruh yüksəkliyimiz qırılmaz zəncir kimi bağlanıb.


- Abid müəllim, Qarabağın azadlığından danışdıqca, bunu ağlagəlməyən hadisə adlandırırsınız. Belə başa düşdüm ki, siz də Qarabağın nə zamansa geri qaytarılacağına inanmamısınız.


- Əgər həqiqəti bilmək istəyirsizsə, heç kimdə Qarabağın geri qaytarılacağı ilə bağlı inam olmayıb. Cənab Prezident son çıxışlarında deyir ki, 30 ilə yaxındır nə qədər boş söhbətlərə qulaq asmaq olardı. Mənasız görüşlər nə qədər olar. Baxın, o mənasız görüşlər bizi bezdirmişdi. Qarabağın qaytarılmasına olan inamımız sıfıra enmişdi. Ancaq Ali Baş Komandan bütün xəyalları, arzuları gerçəkləşdirdi. İşğalçı Ermənistana dərs verdi. Baxın, bu inannılmaz idi. Ancaq “eşq olsun” deyə bilərəm.


- Təqaüddə olan keçmiş məmur kimi Azərbaycanın zəfərini necə qarşılayırsınız?


- İnanın ki, Qarabağda Vətən Müharibəsi başlayandan gözümə yuxu getmir. Hər dəqiqə qələbə xəbərləri gözləyirəm. Qulağım cənab Prezidentin tarixi çıxışlarına köklənib. Bilirəm ki, hər bir azərbaycanlı özünü mənim kimi cənab Prezidentin dilindən qələbə xəbərlərini eşitməyə hazırlayıb. Bundan ancaq qürur duyuram.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” finalda! 4 mart 2021, 02:38 İsveçdə 8 nəfəri yaralayan terrorçu saxlanıldı 4 mart 2021, 01:20 Yerin üzərində ilk dəfə kosmik qasırğa müəyyən olundu - FOTO 4 mart 2021, 01:11 Myanmada toqquşmalarda ölənlərin sayı 50-ni keçdi 4 mart 2021, 01:00 Vətən müharibəsində itkin düşən 9 əsgər... - FOTO 4 mart 2021, 00:50 Paytaxtda piyadanı maşın vurdu 4 mart 2021, 00:38 Teledərslərin bu günə olan CƏDVƏLİ 4 mart 2021, 00:31 Şəmkirdə 16 yaşlı qız ikinci mərtəbədən yıxıldı 4 mart 2021, 00:20 Bakıda iki maşın toqquşdu - xəsarət alan var 4 mart 2021, 00:08 Türkiyədə bir gündə virusdan 65 nəfər öldü 3 mart 2021, 23:59 Vazgen Manukyana cinayət işi açıldı 3 mart 2021, 23:47 Qori seminariyasının kiçik modeli - Uluxanlı məktəbi 140 yaşında 3 mart 2021, 23:40 Neft bahalaşdı 3 mart 2021, 23:33 Snayperlər Paşinyanı belə qoruyur - VİDEO 3 mart 2021, 23:20 Portuqaliya - Azərbaycan matçı “Yuventus”un stadionunda keçiriləcək 3 mart 2021, 23:03 “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” - “Kurtlar Vadisi”nin rejissoru 3 mart 2021, 22:49 Ölkədə bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 3 mart 2021, 22:34 Azərbaycan vətəndaşlarının İrana giriş şərtləri açıqlandı 3 mart 2021, 22:29 Özünü 17-ci mərtəbədən atan yeniyetmə sağ qaldı 3 mart 2021, 22:17 Azərbaycanda vəfat edənlərin yaş kateqoriyaları açıqlandı 3 mart 2021, 22:06 Komitə sədri bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşdü - FOTO 3 mart 2021, 21:54 Lənkəranda oğul atasını bıçaqladı 3 mart 2021, 21:45 Dilavər Əzimli dəfn olundu - FOTO 3 mart 2021, 21:32 Oğuzda piyadanı maşın vurdu 3 mart 2021, 21:23 Hakim olmaq istəyən hüquqşünaslar imtahandan keçdilər 3 mart 2021, 21:14 Göyçay sakini dəm qazından boğuldu - FOTO 3 mart 2021, 21:00 “Neftçi” autsayderə qalib gəldi 3 mart 2021, 20:48 OPEC+ hasilatla bağlı razılaşa bilmədi 3 mart 2021, 20:39 Çavuşoğlu təyyarədə keçmişini xatırladı – VİDEO 3 mart 2021, 20:26 Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi 3 mart 2021, 20:12 Gədəbəydə gənc qadın özünü asdı 3 mart 2021, 20:03 Bu ölkədə koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb 3 mart 2021, 19:47 Anar Kərimov azərbaycanlı incəsənət xadimləri ilə İstanbulda görüşdü 3 mart 2021, 19:30 General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni istəklə qeyd olundu 3 mart 2021, 19:26 Hərbçilərə əlavələr nə vaxt ödəniləcək? - Rəsmi cavab 3 mart 2021, 19:20