Arxiv
8 Noyabr 2020, 09:16 | MÜSAHİBƏ
“Əslində bütün dünya Azərbaycanın haqq səsini eşidir, sadəcə, bəziləri qulaqlarını tutmağa çalışır” - Səfirlə MÜSAHİBƏ

Modern.az saytı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla müsahibəni təqdim edir.


- Hörmətli səfir, artıq 4 ildir ki, Azərbaycanda çalışırsınız. Bu gün Azərbaycan Vətən savaşı aparır. Bu savaşda Azərbaycan vətəndaşlarında nələri hiss edirsiniz?


- Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün apardığı mücadilədən sonra buradakı insanlarda çox böyük ruh yüksəkliyi var. Hər kəs “cəbhə üçün mən nə edə bilərəm?” deyə düşünür. Ümuməmn xalqda böyük bir ruh yüksəkliyi olduğunu görürəm. Cəbhədən gələn xoş xəbərlər sayəsində bu ruh yüksəkliyi hər gün daha da artmaqdadır. Çox sevinirəm ki, mən də bu sevinci Azərbaycanda Azərbaycan xalqı ilə birlikdə yaşayıram.


- İkinci Qarabağ müharibəsinin ilk günlərində Fransa prezidenti Emmanuel Makron Ermənistana dəstək verdi. Hazırda Fransa ilə Türkiyənin münasibətləri gərginləşmək üzrədir. Fransada türk mallarının satışına veto qoyulub. Bu mövzuda nə düşünürsünüz?


- Səfirlik olaraq biz bu mövzuda yalnız diplomatik addımlar atırıq. Türk mallarına veto qoyulması ilə bağlı Türkiyə  vətəndaşları müxtəlif yollarla Fransaya müraciətlər ünvanlayırlar. Bu mövzuda Fransaya protestolar göndərirlər. Biz istərdik ki, həm Türkiyə, həm də Azərbaycanın Fransayla çox yaxşı münasibətləri olsun. Təbii ki, Fransadan gələn Türk düşmənliyi və İslam düşmənliyi ilə bağlı bəzi yanaşmalar münasibətlərimizin gözəl olmasını əngəlləyir. Düşünürük ki, Fransa Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox çalışa bilərdi. Çox təəssüf ki, indiyə qədər məhz bu mövzuda addıqları addımlar yetərli deyil.


- Ermənistan mediası Türkiyənin Suriyadan Azərbaycan üçün muzdlu əsgərlər alıb Qarabağda vuruşdurması ilə bağlı fake –yalan informasiyalar yazırlar. Çox təəssüf ki, bəzi dünya ölkələrinin mətbuatında da bu tipli yazılar yazılır. Sizcə, nəyə görə işğalçı Ermənistan bugünkü savaşa Türkiyəni də qatmağa çalışır?


- Ona görə bunu edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu savaşı böyütmək istəyir. Savaş tərəflərinin sayını artırmaq istəyir. Onlar dəqiq bilirlər ki, Azərbaycanla təkbaşına vuruşa bilməyəcəklər. Buna görə də özlərinə tərəfdar ölkələr tapıb müharibəni genişləndirmək istəyirlər. Düşünürəm ki, sivil dünyanın heç bir ölkəsi Ermənistanın yalanlarına inanıb bu oyunlarda alət olmayacaq. Ermənistan tez-tez Türkiyənin adını hallandırır ki, başqa ölkələr də bu savaşa qoşulsun. Ya da savaşı böyütmək üçün Azərbaycanın Tərtər, Bərdə və Gəncədəki mülki əhali yaşayan yerlərinə Ermənistandan atəş açır, istəyir ki, Azərbaycan da Ermənistan ərzisinə atəş açsın, lakin Azərbaycanın sivil insanlarla heç bir problemi yoxdur və ona görə də, bu məsələdə dözümlülük nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bu savaşda iki tərəf var: Azərbaycan və Ermənistan.


- Bu gün Türkiyədə yaşayan ermənilər oradakı demokratiya və rifahdan çox razıdırlar və onların bir çoxu Ermənistandakı işsizlikdən qaçıb Türkiyədə çalışırlar. Sizcə, bu faktı da nəzərə alaraq və hər iki münaqişə tərəfi ilə sərhədinin olmasını da əlavə etsək, Türkiyə gələcəkdə ATƏT-in Minsk qrupunun həmsədri ola bilərmi?


- ATƏT-ın Mİnsk qrupunun 11 üzv dövləti var. Onlardan biri də Türkiyədir. Türkiyə Minsk qrupunda da söz sahibidir. Biz Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ probleminin həlli mövzusundakı fəaliyyətinin yetərli olmadığını düşünürük. Bundan əlavə, Ermənistanın Türkiyəyə qarşı qondarma “erməni soyqrımı” kimi iddiaları və problemləri  var. Türkiyə Ermənistanla olan problemlərini düzəldərək, Cənubi Qafqazı barış və rifah bölgəsinə çevirmək istəyir. Bu gün Türkiyənin bölgədə Azərbaycan və Gürcüstanla çox gözəl münasibətləri var. Bu münasibətlər birbaşa olaraq xalqların zənginləşməsinə doğru yönəlib. Ermənistan da bu kimi layihələrə qatılmaq üçün işğala son qoymalı və Türkiyə ilə yaxşı münasibətlər qurmalıdır.


- Dünyanın bir çox ölkələrindəki erməni lobbisi Azərbaycana və Türkiyəyə qarşı təzyiqlər edilməsinə çalışır. Bu mövzuda nə söyləyə bilərsiniz?


- Biz erməni lobbisinin uzun illərdir bizə qarşı etdiyi təzyiqlərə öyrənmişik. Türkiyənin 34 diplomatı məhz erməni terror təşkilatları tərəfindən öldürüldü. Onlar başa düşməlidirlər ki, bu təzyiqlərlə bizə heç nə edə bilməyəcəklər və bizi doğru olan barış və sülh yolumuzdan ayırmayacaqlar.


- Bir çox türkiyəli məşhur aktyorlar, müğənnilər və futbolçular öz sosial media hesablarında Qarabağ savaşında Azərbaycana dəstək paylaşımları etdilər. Hətta xəbərlər yayıldı ki, Ajda Pekkan ordumuza maddi yardım da göndərib. Belə hallar üçün sizə də zəng edən məşhurlar varmı?

- Bir daha qeyd etmək istərdim ki, onların bizə zəng etməsinə ehtiyac yoxdur. Azərbaycan və Türkiyə arasında bir çox körpülər vardır. Bizim ölkələrarası münasibətlərimiz yalnız rəsmi münasibətlər deyildir. Bizim xalqlarımız arasında çox yaxın, qardaşlıq münasibətləri var. Məhz buna görə də, biz bir millət iki dövlətik. Bu mənada türkiyəli hər kəs Azərbaycanla özü təmas qura bilir və bu yaxınlıq da bir səfir kimi məni çox sevindirir.


- Ermənistanın bu yaxınlarda Gəncədə mülki insanlara qarşı törətdiyi qətliam Türkiyə Böyük Millət Məclisində terror aktı olaraq tanına bilərmi?


- Bu məsələ bizim məclisin İnsan Haqları Komissiyası tərəfindən incələnməkdədir. Komissiya üzvləri məhz bunun üçün Azərbaycana gələcəklər. Hazırladıqları sənədlər bütün dünyanın insan haqları təşkilatlarının diqqətinə çatdırılacaq. Bu terrorun tanınması üçün Məclisimiz əlindən gələni edəcək.


- Hər bir müharibənin gedişində ən çox danışılan mövzulardan biri də silah istehsalı edən ölkələrin hərbi sənayesi olur. Bu mənada Azərbaycan Prezidenti də öz müsahibələrindən birində Türkiyədən aldığımız pilotsuz uçuş aparatını – dronları  çox bəyəndiyini söylədi. Artıq bir çox ölkələr Türkiyədən bu silahları almağa çalışır. Bu mövzuda nə deyə bilərsiniz?


- Təbii ki, Türkiyənin müdafiə sənayesi son illərdə çox inkişaf edib. Çünki son illərdə biz müdafiə sənayemizə daha çox diqqət göstərmişik. Öz silahlarını özü istehsal etməyən ölkə müdafiədə zəif qala bilər. Türkiyə müdafiə sənayesində istehsal olunan silahlar bu gün bütün dünyaya örnək ola biləcək silahlardır. Azərbaycan müdafiə sənayesi də güclənməyə doğru irəlliləyir və həmçinin, bu savaşda Azərbaycan digər ölkələrdən aldığı silahlardan da istifadə edir.


- Dağlıq Qarabağ müharibəsi mövzusunda digər ölkələrin Azərbaycandakı səfirləri ilə görüşləriniz olubmu? Daha nələri etməliyik ki, bütün dünya Azərbaycanın haqq səsini eşitsin?


- Azərbaycanda olan bir çox səfirlərlə görüşüb bu məsələləri müzakirə etmişəm. Əslində bütün dünya Azərbaycanın haqq səsini eşidir, sadəcə, bəzilər qulaqlarını tutmağa çalışırlar. Onun üçün də olanlar haqqında daha çox çalışmalıyıq. Bütün dünyaya göstərməliyik ki, sivil insanlara qarşı hücum edən Ermənistan terror dövlətidir və terror mütləq lənətlənməlidir.


- Qardaş Türkiyədə son günlərdə törədilən “Hatay terroru”nda erməni terror təşkilatlarının əli varmı?

- Bu ehtimal ola bilər. Bu mövzuda Türkiyədə yetkili olan insanlar hələ ki hadisəni hansı terror təşkilatının tötətdiyi mövzusunda heç bir açıqlama etməyiblər. PKK  terror təşkilatı tərəfindən törədilməsi mövzusunda olan araşdırmalarımız davam etməkdədir.   


- Cənab səfir, bu günlərdə Vətən savaşımızın 40-cı günü tamam oldu. Azərbaycan əsgərinə və Azərbaycan xalqına nə söyləmək istərdiniz?


- Təbii ki, bu gün Azərbaycanda çox özəl və qürurverici hadisələr yaşanmaqdadır. Mən çox xoşbəxtəm ki, hər kəsin bu qürurlu günləri Azərbaycanla birlikdə yaşamadığı dövrdə mən Azərbaycanda səfirəm və Qələbə tarixini yazan Azərbaycanın yanındayam. Buna görə də, çox xoşbəxtəm. Azərbaycan əsgərinə söyləmək istərdim ki, yolunuzdan dönməyin, çünki Azərbaycan bu gün öz haqqı olanın uğrunda savaşır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Ələkbərzadə koronavirusa yoluxdu 2 Dekabr 2020, 23:46 NATO Gürcüstana dəstəyini gücləndirəcək 2 Dekabr 2020, 23:39 Tonoyan “dqr”in “müdafiə naziri” barədə Azərbaycana məxfi məlumat sızdırıb... 2 Dekabr 2020, 23:25 Fransada məscid təhqir edildi 2 Dekabr 2020, 23:10 Bayrağımız Şuşa qalasında belə asıldı - FOTO 2 Dekabr 2020, 22:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 2 Dekabr 2020, 22:44 Ceyhun Bayramov Lavrovla DANIŞDI 2 Dekabr 2020, 22:30 “Neftçi”nin 11 üzvü koronavirusa yoluxdu 2 Dekabr 2020, 22:20 İrəvanda Paşinyanın istefası tələb olunur - VİDEO 2 Dekabr 2020, 22:08 Türkiyədə koronavirusdan rekord sayda ölüm 2 Dekabr 2020, 21:59 Çavuşoğludan Pompeoya sərt reaksiya: “ABŞ və Fransa Ermənistana dəstək verdi” 2 Dekabr 2020, 21:47 Şəhid Sərxan Həsənovun son zəngi: “Ağlama, ana. Oğlunla fəxr elə” 2 Dekabr 2020, 21:33 Xəzərdə zəlzələ oldu 2 Dekabr 2020, 21:20 Səfirlə nazir arasında Qarabağ müzakirəsi 2 Dekabr 2020, 21:13 Maradonanın son səs yazısı üzə çıxdı: “Çox oğlum var...” 2 Dekabr 2020, 21:04 Nazirlər Kabineti bu qərarda dəyişiklik etdi 2 Dekabr 2020, 20:53 BMT Baş katibi: “Bəşəriyyət təbiətlə müharibə aparır” 2 Dekabr 2020, 20:41 “Bu məsələyə tələskənliklə yanaşmaq düzgün deyil” - Fatma Yıldırım 2 Dekabr 2020, 20:30 Federasiya prezidenti koronavirusa yoluxdu 2 Dekabr 2020, 20:18 Dağlıq Qarabağ münaqişəsi ifadəsi mövcud deyil - Azay Quliyev 2 Dekabr 2020, 20:07 Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi qaydası təsdiqləndi 2 Dekabr 2020, 20:00 Fikrət Məmmədov xarici həmkarlarına müraciət etdi 2 Dekabr 2020, 19:51 Laçın ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq - Deputat 2 Dekabr 2020, 19:42 Ceyhun Bayramov yeni səfirin etimadnaməsinin surətini qəbul etdi 2 Dekabr 2020, 19:33 Beynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik etdi 2 Dekabr 2020, 19:24 Rusiyada kütləvi peyvəndləmə başlayır 2 Dekabr 2020, 19:15 Xırdalan şəhərinin bir hissəsində su kəsildi 2 Dekabr 2020, 19:06 Nikol Paşinyan bizim adamdı... 2 Dekabr 2020, 19:00 “Dondurulmuş olan münaqişə deyil, onun həllidir” - Çavuşoğlu 2 Dekabr 2020, 18:58 Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi 2 Dekabr 2020, 18:49 Sülhməramlı kontingentə növbəti maddi-texniki vasitələr çatdırıldı - VİDEO 2 Dekabr 2020, 18:40 Ombudsmanın nümayəndələri məhbuslara baş çəkiblər 2 Dekabr 2020, 18:31 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi sessiyasının gündəliyi AÇIQLANDI 2 Dekabr 2020, 18:22 UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı 2 Dekabr 2020, 18:13 Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır 2 Dekabr 2020, 18:06
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?