Modern.az

Amerika kəşfiyyatının Qarabağla bağlı SƏHVLƏRİ

Amerika kəşfiyyatının Qarabağla bağlı SƏHVLƏRİ

Analitika

16 Noyabr 2020, 11:35

Amerikanın “The National Interest” dərgisi ölkə kəşfiyyatının Dağlıq Qarabağdakı müharibəylə bağlı 3 səhvə yol verdiyini yazıb. Dərgi yazıb ki, bu səhvlər ABŞ-ın bölgədəki rolunu azaldıb.

Birincisi, dərginin qənaətincə, Amerika kəşfiyyatı müharibənin başlanması ehtimalını nəzərdən qaçırıb: “Amerika kəşfiyyatı Türkiyə-Azərbaycan hərbi ittifaqının planlarını düzgün hesablamayıb. Vaşinqton Azərbaycan ordusunun müharibə hazırlıqlarını diqqətə almayıb”.

İkincisi, Amerika kəşfiyyatı Rusiya sülhməramlılarının bölgəyə qəfil gəlişini planlaşdıra bilməyib: “Amerika ATƏT-in Minsk Qrupuna ümid edərkən, Rusiya prezidenti Vladimir Putin yaranmış vəziyyətdən ölkəsinin maraqları üçün istifadə edib”.

Üçüncüsü, Amerika kəşfiyyatı Rusiya və Türkiyə prezidentlərinin razılaşmasından xəbərsiz olub: “Rusiya və Türkiyə maraq dairələrini öz aralarında bölüşdürüblər. Putin Türkiyənin Azərbaycana sülhməramlılar göndərməsinə Ankara isə bunun əvəzində Rusiyanın İdlibdə fəallığının artmasına razılaşıb”.

“The National Interest” dərgisinin qənaətinə görə, səhvlər ucbatından Amerikanın bölgədəki maraqlarına ciddi zərbə dəyib: “Nəticədə Ermənistan demokratiyası təhlükə altındadır, Rusiya və Türkiyənin Azərbaycanda mövqeləri isə güclənib”.

Dərginin Amerika kəfşiyyatının müharibənin başalnacağı haqqında xəbərsiz olması barədə iddiası şübhə doğurur. Amerika kəşfiyyatı əldə etdiyi məlumatlar əsasında müharibənin başlanacağı günü doğru hesablamışdı, əks halda ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirlikləri sentyabrın 26-da hər iki ölkədəki vətəndaşlarını ehtiyatlı olmağa dəvət etməzdi. Bir gün sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. Yəni Amerika kəşfiyyatı müharibənin başlanması tarixini dəqiq bilirdi, sadəcə kəşfiyyatın hesabatını Ağ Evdə diqqətə almayıblar. Müharibə başlayanda Amerikada prezident seçkisi kampaniyasının ən qızğın dövrü idi, Cənubi Qafqaz və bölgədəki müharibə Ağ Evi maraqlandırmırdı. Ancaq dərginin gəldiyi əsas nəticəylə razılaşmamaq olmur. Müharibənin nəticəsinə görə Cənubi Qafqazda iki ölkənin – Rusiyanın və Türkiyənin rolu və yeri artdı, Amerika prosesdən kənarda qaldı.



Elxan Şahinoğlu,
politoloq

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu