Modern.az

Qarabağsız Ermənistan ac qalacaq

Qarabağsız Ermənistan ac qalacaq

Analitika

24 Noyabr 2020, 16:17

44 günlük hərbi əməliyyatlar nəticəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan Qarabağı itirdi. Modern.az xəbər verir ki, 30 ilə yaxın müddətdə bölgəni istismar edən işğalçı ölkə hazırda ciddi ərzaq qıtlığı ilə üzləşib.

Belə ki, ermənilər Qarabağda geniş taxıl sahələri yaradaraq, çörəyə olan ehtiyaclarını ödəyirdi.

 

Ermənistanın eks-kənd təsərrüfatı naziri Artur Xaçatryan da Qarabağin itiriilməsi nəticəsində ölkəsinin ciddi ərzaq böhranı ilə üzləşəcəyini deyib.

“Ermənistan hər il 200 min ton taxıl istehsal edir, daha 250 min taxıl isə xaricdən gətirilir. Yəni, ölkənin taxıla olan illik ehtiyacı 450 min ton təşkil edir”.

 

Eks-nazir bu məhsulun çox az hissəsinin araq istehsalına cəlb edildiyini söyləyərək, onun böyük hissəsinin qida kimi əhəmiyyətli olduğunu vurğulayıb. Xaçatryan Qarabağda taxıl zəmilərinin itirilməsindən sonra Ermənistanın ciddi ərzaq qıtlığı ilə üzləşəcəyini deyib.

 

“2017-2018-ci illərdə Qarabağda 135-150 min ton taxıl istehsal olunmuşdu ki, onun da 100 min tondan çoxu Ermənistana daşınmışdı. Deməli, biz hər il daha 20-25% çörək almalıyıq ki, ehtiyacımızı tam ödəyək. Hətta Rusiya da bizə taxılı dollarla satır. Dramın hazırkı devalvasiyasını nəzərə alsaq, vəziyyətin bizim üçün ən qədər ağır olacağını təsəvvür belə etmirəm. Çörək və un qiymətləri əhəmiyyətli dərəcədə artacaq” - deyə sabiq nazir söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!