Arxiv
25 Noyabr 2020, 22:20 | ANALİTİKA
Araik Arutunyanı Moskvaya kimlər ÇAĞIRIB? - Politoloqdan ETİRAZ

“Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyanın Moskvaya səfəri “gizli” kimi qələmə verilir. Bu necə gizli səfərdir ki, Moskva hava limanında onun şəkli çəkilib və yayılıb, digər tərəfdən səfərdə onu müşayiət edənlərin kimliyi bəllidir”.

Modern.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Araik Arutunyanın Moskvaya səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, əksinə, Araik Arutunyan bu səfərdən özü məmnun qalıb ki, Rusiyadakı müxtəlif strukturlar onu qəbul edib və fikirlərini dinləyiblər.

“Araik Arutunyanın Ermənistanın baş naziri Nikol Paşinyandan şikayət etmək üçün Moskvaya getdiyi xəbəri də ağlabatan deyil. Bunu erməni saytlarından biri yayıb. Ancaq bu dezinformasiya da ola bilər. Çünki Araik Arutunyan Moskvadan İrəvana qayıdıb və Nikol Paşinyanın rəhbəri olduğu “Mənim addımım” partiyasının nümayəndələri ilə görüşüb”.

“Araik Arutunyanın kimdən şikayət edib etmədiyi məni az maraqlandırır. Məni əsas düşündürən məsələ Araik Arutunyanın hansı məqsədlə Moskvaya getməsi, kimlərlə görüşməsi və onlarla hansı məsələləri müzakirə etməsidir. Dağlıq Qarabağ separatçılarının lideri keçmiş illərdə beynəlxalq hüquqa zidd olaraq hansısa ölkəyə gedib kimlərləsə görüşəndə Azərbaycan Xarici İşlər Nazirliyi həmin ölkənin səfirini çağırar və ona etiraz notası təqdim edərdi. İndi isə separatçıların liderinin Moskvaya səfərinə etiraz edilmir. Bu gedişat davam edərsə, yaxın günlərdə Araik Arutunyanı Vaşinqona və Parisə də dəvət edəcəklər”,-Elxan Şahinoğlu əlavə edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00 Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb 21 Yanvar 2021, 15:55 Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər 21 Yanvar 2021, 15:53 Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev 21 Yanvar 2021, 15:53 Vətən Müharibəsində həlak olmuş 2858 nəfərin şəxsiyyəti tam müəyyən edilib  21 Yanvar 2021, 15:50 Sahara səhrasına qar yağdı – FOTO 21 Yanvar 2021, 15:45 Xanlar Vəliyev: Hərbi prokurorluqda kadr islahatları aparılıb 21 Yanvar 2021, 15:40 Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlandı 21 Yanvar 2021, 15:34 “Universitetlər  dövlət və cəmiyyətin arxasınca sürünür” - Rektor 21 Yanvar 2021, 15:28