Modern.az

Hadrutda nə baş verir... - Politoloq Ordumuza hücumu ŞƏRH ETDİ

Hadrutda nə baş verir... - Politoloq Ordumuza hücumu ŞƏRH ETDİ

Analitika

13 Dekabr 2020, 21:19

“Hadrut ərazisində artan gərginliyin hansısa başıpozuq erməni dəstələrinin əməli olduğunu düşünmürəm. Məğlub ermənilərin bu cəsarəti yoxdur, ola da bilməz”.


Modern.az-ın məlumatına görə, bu fikirləri poltoloq Ərəstun Oruclu son günlər Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəlik ərazidə bəzi erməni silahlı birləşmələrinin Azərbaycan hərbçilərinə hücumlarını şərh edərkən bildirib.

Onun fikrincə, əslində məsələ başqa cürdür və baş verənlər 2 mühüm hədəfə yönəlib:

“1. Hələ sovet dövründən Hadrut rayonu ərazisində mövcud olmuş radioelektron mübarizə stansiyasına nəzarəti qaytarmaq;

  1. Şuşanı mühasirəyə salmaq”.

Politoloq deyie ki, hər iki məntəqə hərbi-strateji baxımdan son dərəcə əhəmiyyətlidir. Belə ki, Hadrut ərazisində yerləşən stansiya (daha doğrusu, onun yerləşdiyi ərazinin relyefi) həm İranın, həm də Azərbaycanın hava məkanına nəzarət etməyə imkan verir.

Şuşanın strateji əhəmiyyəti də bəllidir: Şuşa kimdədirsə, Qarabağa nəzarət də ondadır.


“Amma belə bir iddialar ermənilərin gücü çərçivəsində təmin oluna bilməz və qismən onların hədəfi də deyil. Qarabağda hərbi baza qurmağı planlaşdıran Rusiya üçün hər iki məntəqə son dərəcə ciddi əhəmiyyət kəsb edir.

Ermənilər isə həmişə olduğu kimi, bu məsələdə də alət rolunu oynayırlar”,-politoloq edy edib.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin birgə məlumatına görə, 2020-ci il noyabrın 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış,  dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçumuz  həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdır.

Qeyd olunan nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü