Modern.az

“Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək

“Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək

10 Yanvar 2021, 15:39

Bu gün Bakı vaxtilə saat 21-də Londonda fəaliyyət göstərən Beynəlxalq Azərbaycan İcmasının və "Red Hearts" Fondu ilə əməkdaşlıq edən könüllülər qrupunun təşəbbüsü ilə "Qarabağın Səsi" ("Voice of Karabakh") adlı qlobal onlayn xeyriyyə konserti keçiriləcək.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Britaniya Azərbaycanlıları İcmasının və Beynəlxalq Azərbaycan İcmasının sədri Fəridə Pənahova bildirib ki, məqsəd Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə zamanı zərərçəkmiş mülki əhaliyə dəstək göstərməkdir.

 

Konsertdə ölkəmizin tanınmış müğənniləri Fidan Hacıyeva, Mirələm Mirələmov, Tünzalə Ağayeva, Miri Yusif, Murad Arif və digərləri iştirak edəcəklər.

 

"Qarabağın Səsi" xeyriyyə konserti Azərbaycan Beynəlxalq Cəmiyyətinin youtube kanalı vasitəsilə nümayiş etdiriləcək.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?