Arxiv
11 Fevral 2021, 09:27 | MÜSAHİBƏ
“Prezident xüsusi nümayəndələr vasitəsilə bütün gedişatı nəzarətdə saxlayacaq” - Deputatla MÜSAHİBƏ

Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü  Fatma Yıldırım Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:


- Fatma xanım, torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Xüsusilə Şuşanın azadlığı bizim üçün böyük fəxarət idi. Siz də bütün fəaliyyətinizlə Şuşaya bağlı insansınız. Hər kəs düşünür ki, 44 günlük müharibədən sonra Azərbaycan tamamilə yeni bir Azərbaycan olacaq. Ölkə başçısı da dəfələrlə vurğulamışdı ki, bu yeniliyin mərkəzi məhz Qarabağ olacaq. Siz necə dəyərləndirirsiniz?


- Həqiqətən də, 2020-ci il bizim üçün çox əlamətdar il oldu, xalqımızın, dövlətimizin tarixinə qızıl hərflərlə yazıldı. 44 gün ərzində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz şücaətlə ağır bir relyefdə yerləşən torpaqlarımızı düşmən tapdağından azad etdi. Bununla da, 30 ilə yaxın işğal altında olan dədə-baba torpaqlarımıza, o cümlədən Şuşaya qovuşduq. Ölkə başçısının Şuşa səfəri hər birimizi dərindən duyğulandırdı, sevinc göz yaşlarına boğdu. Çünki bu ziyarət zamanı Ali Baş Komandanla birlikdə hər birimiz böyük bir fəxarət, qürur hissi yaşadıq. Dəfələrlə cənab Prezident çıxışlarında deyirdi ki, biz mütləq bu torpaqlara qayıdacağıq və xalqa verdiyi sözünü tutdu. Hər birimiz anladıq ki, 30 il bu məsələnin dialoqla, sülhlə həllini gözləməyimiz həm də dövlətimizin güclənməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmlənməsi, eləcə də, güclü ordu qurulması ilə müşayiət olundu.

Eyni zamanda, qeyd etmək lazımdır ki, xalqımızın dövlətimizə olan inamı o günlərdə özünü açıq-aşkar göstərdi, Vətən müharibəsi dövründə möhtəşəm birlik var idi. Bu birlik, inam öz sözünü dedi. Düşmənin mülki vətəndaşlarımıza qarşı törətdiyi terror aktları və əl atdığı hər cür çirkin təxribatlar bizi sındırmadı. Çünki biz qələbəyə çox inanırdıq. 30 il gözlədiyimiz torpaqlara hər şeyə rəğmən qovuşmağı çox istəyirdik və buna nail olduq.

Bəli, mən əslən şuşalıyam. Atam f.r.e.d., prof. Vidadi Əliyev Şuşanın Malıbəyli kəndindəndir. Bir çox ziyalılarımız kimi, o da Şuşanın həsrətilə, Xarı Bülbül, Cıdır düzü deyə-deyə dünyasını dəyişdi. Mən əminəm ki, qələmizdən sonra onların da ruhu şad olmuşdur. Bizim uşaqlığımız bu diyarlarda keçib. Şuşa müqəddəs yerdir, doğrudan da, mədəniyyətimizin beşiyidir. Şuşanı görməyən onu hiss edə bilməz. Mən əminəm ki, bütün vətəndaşlarımız Şuşaya gedəndə oranın sehirli atmosferini görəcəklər. Şuşanın hər daşında bir tarix var, hər bulağında, hər küçəsində bir səs-səda var. Hər yerdən muğam səsi, tariximizin əks-sədası gəlir.

Alınmaz qala dediyimiz Şuşa hər zaman bizim qürur mənbəyimiz olub. Cənab Prezidentimiz çıxışların birində dəfələrlə qeyd etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu, Şuşanın azad olunması üçün bizə böyük ümid verirdi. Doğrudan da, bütün torpaqlarımız bizim üçün müqəddəsdir, əzizdir, amma Şuşa Qarabağın tacıdır, onun azad olunması xalqımızı çox sevindirdi. Hesab edirəm ki, Şuşanın mədəniyyət paytaxtı elan edilməsi də dünyaya vacib mesajdır. Bu o deməkdir, biz torpaqlarımıza qayıtmışıq və düşmənin törətdiyi bütün vandalizm aktlarına baxmayaraq, hər yeri yenidən bərpa edəcəyik. Bizim izimizi torpaqlarımızdan silməyə çalışıblar, amma bunu bacarmayıblar. Cənab Prezidentimiz qeyd etdiyi kimi, Şuşa uzun illər işğal altında qalsa da, öz əsalətini qorumuşdu və qürurunu itirməmişdi.

Hazırda biz ikinci mərhələyə addım atmışıq və bizi Qarabağın dirçəlməsi və böyük qayıdışın həyata keçirilməsi işləri gözləyir. Bir milyona yaxın soydaşımız həsrətlə öz evinə qayıtmağı gözləyir. Lakin bir az daha səbrli olmaq lazımdır. İndiki mərhələdə bizim işlərimiz çoxdur. Məni sevindirən başlıca məqamlardan biri o idi ki, torpaqlarımız azad olunduqca, dövlətimiz paralel olaraq orada infrastrukturun bərpası işlərinə start vermişdi. Təsəvvür edin, Füzuli işğaldan azad olunurdu, həmin dəqiqə rəsmi qurumların nümayəndələri o yerlərə baş çəkir, monitorinq aparır, planlar qurulurdu.



- Bu həm də qarşı tərəfə psixoloji basqı idi…


- Tamamilə doğrudur. Qələbəyə çox böyük inam var idi. Prezidentimiz çıxışlarında dəfələrlə qeyd edib ki, bir addım da geri atmadıq. O günlərdə artıq biz əmin idik ki, düşməni məhv edərək ancaq irəli gedirik.

Hazırda dəymiş ziyan ölçülür, hesabatlar aparılır. Mən bilirəm, xalqımızın hər bir nümayəndəsi, xüsusilə qarabağlılar istəyirlər ki, tez qayıtsınlar, o torpaqlarda yenidən məskunlaşsınlar. Böyük qayıdış dövlətimiz tərəfindən dəqiqliklə planlaşdırılır və icra edilir. Bu, genişmiqyaslı tədbirlərdir, hal-hazırda ərazilərin minalardan təmizlənməsi işi davam edir. Dövlətimiz tərəfindən bu işin sürətlənməsi məqsədilə Minatəmizləmə Agentiyi də yaradılıb.

Bununla paralel olaraq inşa işləri də davam etməkdədir. Artıq Füzulidən Şuşaya müasir standartlara uyğun yol çəkilir. Bu, əslində qələbəyə gedən yoldur. Ordumuzun qəhrəmanları məhz bu Zəfər yolu ilə Şuşanı işğaldan azad ediblər.

Həmçinin, Füzulidə beynəlxalq hava limanı tikilir ki, bu da gələcəkdə bütün dünya ölkələrindən qonaqların azad etdiyimiz torpaqlara daha rahat gəlişinə imkan yaradacaq.

Bütün işlərin sürətləndirilməsi üçün Əlaqələndirici Qərargah yaradılıb, ümumi görülən işlər mərkəzləşdirilmiş qaydada koordinasiya olunur.


- Azərbaycanda sorğular keçirilir, məlumdur ki, icra başçıları ilə bağlı yüksək fikirlər yoxdur. Hətta bir neçə icra başçısı da vəzifə səlahiyyətlərindən sui-istifadə ilə həbs olundu. Prezidentin yerli nümayəndəsi təsisatı bunun əvəzinə təklif edilən nümunəvi idarəçilik ola bilərmi?


- İşğaldan azad olunmuş ərazilərdə yeni mexanizmin yaradılması çox vacibdir. Siz doğru vurğuladınız ki, bəzi icra başçıları öz səlahiyyətlərindən sui-istifadə ediblər, korrupsiya əməllərinə qarışıblar, vətəndaş məmnuniyyəti istiqamətində işlərini düzgün qurmayıblar. Hər bir məmur vətəndaşın xidmətçisi olmalıdır və dövlətimizin vətəndaşa olan qayğısını öz işləri ilə göstərməlidir. Lakin müəyyən yerlərdə buna əməl olunmadığı üçün yeni yaradılan xüsusi idarəetmə mexanizmi ilə bu çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulub. Bütövlüklə bölgələrdə xüsusi nümayəndəlik formatının tətbiq olunması dövlət idarəçiliyində yeni mərhələ kimi qiymətləndirilə bilər. Bildiyiniz kimi, işğaldan azad olunmuş digər ərazilərdə də xüsusi nümayəndəliklərin açılması nəzərdə tutulub. Hesab edirəm ki, bütün bunlar bərpa və yenidənqurma işlərinin səmərəliliyinin artırılması, işlərin surətləndirilməsi, nəzarətin gücləndirilməsi istiqamətində dövlətimizin verdiyi ən doğru qərarlardan biridir.

Bu qərar onu göstərir ki, cənab Prezident xüsusi nümayəndələr vasitəsilə bütün gedişatı özü nəzarətdə saxlayacaq. Onun nəzarəti ilə aparılan quruculuq-bərpa işləri böyük qayıdışın sürətləndirilməsinə təkan verəcək.

Bu yeni idarəetmə mexanizminin effektiv olacağına inanırıq və bunu zaman da təsdiq edəcək. İlk olaraq xüsusi nümayəndənin Şuşaya təyin olunması da vacib məqamlardan biridir. Biz bu ərazini elə bərpa etməliyik ki, ora mədəniyyət mərkəzinə çevrilsin.

Azad edilmiş ərazilərimizdə müasir standartlara uyğun “ağıllı şəhər” və “ağıllı kənd”lər qurulacaq. Eyni zamanda, yeni salınacaq şəhərlər ekoloji təmiz şəhərlər olacaq.

Bildiyiniz kimi, işğal dövrü ərzində ermənilər Şuşaya heç bir sərmayə yatırmayıblar, əksinə dağıdıblar. Sovetlər dövründəki kimi “xruşşovka”lar, eyni küçələrdir, heç nə dəyişməyib. Bir neçə bina saxlayıblar və ordan-burdan yığdıqları erməniləri qeyri-qanuni həmin ərazidə yerləşdiriblər. Tariximizə, mədəniyyətimizə aid olan məkanları yerlə yeksan ediblər. Onlar bilirdilər ki, biz mütləq qayıdacağıq. Bilirdilər ki, orada həmişə azərbaycanlılar yaşayıblar, ora əzəli bizim torpaqlarımızdır.



- Dediklərinizdən anladıq ki, azad edilmiş torpaqlarımız təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl məkanı olacaq…


- Bəli, işğaldan azad edilən ərazilərimizdə salınacaq şəhərlər, qəsəbələr, kəndlər nümunəvi olacaq. Ümumiyyətlə, müharibə bu regionda reallığı dəyişdirib. Artıq güclü iqtisadiyyata sahib olan Azərbaycan reallığı var. Qarabağın dirçəlişi isə Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsinin başlanğıcı olacaq. Həmin ərazilərin potensialı çox böyükdür.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü olaraq, bizim də vəzifəmiz fondun gördüyü işlərə rəhbərlik və təbliğat-təşviqat işlərini həyata keçirməkdir. İnvestorlar tərəfindən bölgəyə böyük maraq var və Fond da bu sahədə öz üzərinə düşən vəzifələri icra edəcəkdir.


- Azərbaycan torpaqlarının azad edilməsi regionda geosiyasi durumu da dəyişdirdi. Yeni əməkdaşlıq formatları yarandı.


- Qarabağ münaqişəsinin başa çatması regionda yeni əməkdaşlıq imkanları yaradır. Prezidentimiz bu barədə öz mövqeyini bəyan edib və altı tərəfli formatla bağlı fikirlərini bildirib. 10 noyabr razılaşmasına əsasən kommunikasiyaların bərpası region ölkələrinin əməkdaşlığını yeni mərhələyə yüksəldəcək. Ermənistan bu gün iqtisadi və siyasi anlamda tamamilə məhvə sürüklənən ölkədir. Müharibədən öncə “dənizdən-dənizə böyük Ermənistan” və s. xəstə fikirlər, real olmayan iddialar səsləndirirdilər. Hansı güclərinə güvənirdilər? 44 günlük müharibədə Azərbaycanın “Dəmir yumruğ”unu görəndən sonra başa düşdülər ki, reallıq bu deyilmiş. Qarşılarında XXI əsrin ordusuna sahib olan güclü Azərbaycan var. Bir daha qeyd etmək lazımdır ki, mənfur düşmən 1990-cı illərin əvvəllərində ölkəmizdə olan siyasi böhran, anarxiya və xaosdan istifadə edərək, torpaqlarımızı işğal etmişdilər. Mərd oğullarımız o zamanlar da qəhrəmancasına vuruşur, torpaqlarımızı müdafiə etməyə çalışırdılar. O zaman indiki kimi nizamlı, müasir ordumuz yox idi.

Bu gün regionda vəziyyət tamamilə dəyişib və Ermənistan başa düşməlidir ki, onların xilası yalnız qarşılıqlı əməkdaşlıqdan keçir. Əks halda, bu dövlət məhv olmağa məhkumdur.



- Sanki cəmiyyətdə bəzi qüvvələr bu qələbəni sosial problemə çevirməyə cəhd edirdilər. Buna qarşı mübarizəmiz necə olmalıdır?


- Biz Vətən müharibəsində sarsılmaz birlik nümayiş etdirdik. Bu birlik bizi qələbəyə apardı. Qələbəyə kölgə salmaq isə müharibədə qanını tökən şəhidlərin ruhuna hörmətsizlikdir. Çünki dövlətimiz və xalqımız hər bir müharibə iştirakçısına lazımi qayğını göstərməkdədir. Bu qüvvələrin qarşısını almaq üçün birliyimiz davam etməlidir. Bu istiqamətdə biz millət vəkillərinin də üzərinə düşən vacib öhdəliklər var. Millət vəkilləri təmsil etdikləri rayonların sakinləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə tez-tez görüşlər təşkil etməli, onların qayğısına qalmalı və səlahiyyətləri çərçivəsində problemlərin aradan qaldırılması üçün köməklik göstərməlidirlər.


- Millət vəkili kimi azad edilmiş torpaqlarımızla bağlı hansı qanun layihələrini təklif edərsiniz?


- Hesab edirəm ki, gələcəkdə Qarabağın dirçəlişi naminə həm xarici, həm də yerli sahibkarlar üçün münbit şərait yaradılaraq, müəyyən güzəştlər tətbiq olunmalıdır. Yeni iş yerləri açılmalı, məşğulluq məsələləri həll edilməlidir. Ehtiyac olduqda, bu istiqamətdə müəyyən qanunlarda dəyişikliklər edilə bilər.


- Necə düşünürsünüz, vaxtilə orada yaşayan insanlar geri qayıdacaqlar?


- Hesab edirəm ki, keçmiş məcburi köçkünlərin hamısı doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Buna heç bir şübhəm yoxdur.


- Bütün sahələrdə, o cümlədən diasporda hədəfimiz Qarabağı azad etmək idi, nail olduq. Bəs indi Azərbaycan diasporunun hədəfi nə olmalıdır?


- Azərbaycan diasporu 2000-ci illərin əvvəlində yeni təşkilatlanmağa başlamışdı. Diaspor təşkilatlarımız Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında böyük işlər görüb. Amma Qarabağ işğaldan azad olundusa, bu o demək deyil ki, işimiz bitmişdir. Mənim diasporla bağlı ən böyük arzularımdan biri bu idi ki, soydaşlarımız yaşadıqları ölkələrin sosial-siyasi həyatında aktiv iştirak etsinlər. Bu gün hədəfimiz məhz bu olmalıdır. Bütün inkişaf etmiş ölkələrin müxtəlif sahələrində möhkəmlənmək, siyasi fəaliyyətdə aktiv olmaq çox vacibdir. Meydanı boş qoya bilmərik. Erməni diasporu uzun illərdir formalaşıb, təşkilatlanıb və meydanı bir az boş qoyanda yalanları ilə ortaya çıxmağa cəhd göstərirlər. Buna imkan vermək olmaz, mübarizə davam edir!

Biz düşmənlə daim üz-üzəyik. Bu gün ermənilər xaricdə Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər. Ona görə, xaricdə Qarabağı təbliğ etmək, hətta quruculuq işləri üçün diaspor tərəfindən seminarlar təşkil etmək, iş adamlarını, investorları ölkəmizə dəvət etmək lazımdır.


- Bərdənin deputatısınız və Bərdə də Qarabağın qapısıdır. Bu gün seçicilərinizlə münasibətiniz necədir?


- Bərdəlilərlə mütəmadi əlaqə saxlayıram. Hesab edirəm ki, əlçatmaz millət vəkili stereotipini qırmağa nail olmuşuq. Baxmayaraq ki, məlum səbəblərdən, 2020-ci il hər birimiz üçün gərgin şəraitdə keçdi, amma fəaliyyətimizin səmərəliliyini yüksək tutmağa çalışmışıq. Bərdə camaatına yaxın olaraq onların dövlətimiz, partiyamıza güvəninin daha da artması üçün var gücümüzlə çalışmışıq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Manatın xarici valyutalara qarşı məzənnəsi 29 İyul 2021, 09:00 Numan Kurtulmuş Gəncədən şəkillər paylaşdı - FOTO 29 İyul 2021, 08:50 Türkiyədə meşə yanğını böyük təhlükə yaratdı   29 İyul 2021, 08:46 Meksikalı jurnalistin Qarabağ təəssüratları 29 İyul 2021, 08:42 Qəbul imtahanında ən yüksək balı onlar topladı - FOTO 29 İyul 2021, 08:24 Erməni terrorçuların məhkəməsi davam etdirilir 29 İyul 2021, 08:17 Leyla Abdullayeva Oxçuçay fəlakətindən YAZDI 29 İyul 2021, 08:09 Məhəmməd Abdullayev də uduzdu 29 İyul 2021, 08:05 Daha bir cüdoçumuz "Tokio-2020"ni medalsız başa vurdu 29 İyul 2021, 08:02 Ermənistan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutdu 29 İyul 2021, 07:25 İsrail polisi 11 yaşlı fələstinlini güllələdi 29 İyul 2021, 01:00 İmişlidə güclü yanğın - FOTO 29 İyul 2021, 00:56 “Qalatasaray” da mübarizəni dayandırdı - ÇL 29 İyul 2021, 00:42 Zelenski ordu rəhbərliyini dəyişdi 29 İyul 2021, 00:31 II və III qrup üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 29 İyul 2021, 00:20 Daha iki müəllimliyə namizəd ən yüksək bal topladı - FOTO 29 İyul 2021, 00:12 Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020 29 İyul 2021, 00:01 Xaçmazda şadlıq sarayında bədbəxt hadisə 28 İyul 2021, 23:55 Zərdabda peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO 28 İyul 2021, 23:39 Antalyanı meşə yanğınları bürüdü - FOTOLAR   28 İyul 2021, 23:27 Samuxda toy qaydalarını pozanlar cəzalandırıldı - FOTO 28 İyul 2021, 23:23 Zod yatağında iş dayandı, işçilər və texnika ərazidən çıxarıldı - VİDEO 28 İyul 2021, 23:11 “Bakı Bəyannaməsi strateji əlaqələri daha da möhkəmləndirəcək” 28 İyul 2021, 23:05 "Neftçi" Çempionlar Liqası ilə vidalaşdı 28 İyul 2021, 22:57 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 28 İyul 2021, 22:51 Ukraynada təyyarə evin üstünə düşdü - FOTO 28 İyul 2021, 22:38 Türkiyədə yoluxma sayı kəskin artdı 28 İyul 2021, 22:24 Bakı küləyi "Olimpiakos"un oyunçusuna çətin anlar yaşatdı - VİDEO 28 İyul 2021, 22:10 Goranboyda maşın aşdı - xəsarət alanlar var 28 İyul 2021, 21:57 Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə etdi 28 İyul 2021, 21:43 Diaspor nümayəndələrinin Şuşa səfəri nəyi dəyişəcək   28 İyul 2021, 21:32 Bakıda idman zalında yarış keçirən şəxs saxlanıldı 28 İyul 2021, 21:32 Naxçıvanda ər işləmək istəyən arvadını boşadı 28 İyul 2021, 21:21 Bayden Belarusun müxalifət lideri ilə görüşdü 28 İyul 2021, 21:08 Nyu-York sakinləri peyvənd vurdurmağa görə pul alacaqlar 28 İyul 2021, 20:59