Arxiv
28 Fevral 2021, 11:05 | PARLAMENT
"Milli Məclisə qarşı aparılan çirkin kampaniyanı qınayıram" - Deputat
Son günlər daxildən və xaricdən idarə olunan marginal qruplar və siyasi fürsətcillər tərəfindən hərbiçilərə əlavə pul ödənişi ilə bağlı fevralın 23-də Milli Məclisdə gedən müzakirələrin məzmununu və mahiyyətini qəsdən təhrif etməklə Milli Məclisin Sədrinə və üzvlərinə qarşı sosial şəbəkələrdə böhtan xarakterli çirkin kampaniya aparılır.     Guya Milli Məclisin Sədri hörmətli Sahibə xanım Qafarova və bir sıra deputatlar deyib ki, “Qarabağ döyüş bölgəsi deyil və hərbiçilərə ikiqat pul ödənişi verilməməlidir”. İkrah hissi doğuran və həqiqətə uyğun olmayan bu fikirlərlə tanış olduqdan sonra məsələyə münasibət bildirməyi özümə borc bilirəm. Bu açıqlamanı həm də ona görə vacib hesab edirəm ki, Milli Məclisdə olan qısa müzakirə mənim etdiyim çıxışla bağlı idi. Çıxışımın məzmunu ilə ictimaiyəti bir daha tanış etmək istərdim (çıxışımın video yazısı əlavə olunur):   Fevralın 23-də Milli Məclisdə etdiyim çıxışda “Hərbi qulluqçuların statusu haqqında” qanunun 10-cu maddəsinə toxunaraq qeyd etdim ki, bu maddənin 2-ci bəndinə əsasən döyüş bölgəsində və döyüş şəraitində qulluq edən hərbiçilərə ikiqat pul təminatı nəzərdə tutulur. Bu məsələ son vaxtlar ciddi şəkildə müzakirə olunmaqdadır. Bu məsələyə səmimi yanaşanlar da var, lakin bu mövzudan sui-istifadə edənlər və siyasi məqsədlər üçün bu mövzunu istismar edənlər də var. Ancaq həqiqət ondan ibarətdir ki, bu məsələyə baxılmalıdır. Çünki indi qüvvədə olan qanunun müvafiq maddəsinə əsasən döyüş şəraitində, döyüş bölgəsində xidmət edənlərə ikiqat pul ödənişi nəzərdə tutulur, ancaq bilirsiniz ki, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra bu istiqamətdə vəziyyət (döyüş bölgəsi anlayışı) radikal dəyişibdir.     Hətta bu məsələ ilə bağlı bilirsiniz ki, həm müdafiə nazirliyi, həm də maliyyə nazirliyi müvafiq açıqlama verdi ki, hazırda biz bu istiqamətdə müəyyən hesablamalar aparırıq və hesablamalar başa çatdıqdan və pul ödənişlərinin kimlərə şamil olunması haqqında konkret bir mövqeyə gəldikdən sonra bu ödənişlər olacaq.     Mən də tərəfdarıyam ki, bu ödənişlər olsun. Doğurdan da bizim əsgərlərimiz, hərbiçilərimiz çox ağır şəraitdə, riskli şəraitdə, hətta mövcud çətin iqlim şəraitində qulluqlarını davam etdirirlər və biz bunu nəzərə almalıyıq. Ancaq mənə belə gəlir ki, qanunvericiliyin bu hissəsi müzakirə olunmalıdır, burada konkret olaraq “döyüş şəraitində” və “döyüş bölgəsində” ifadəsi yazılıbdır, ona görə də əgər biz sonrakı mərhələdə pul təminatını həyata keçirtmək istəyiriksə, mütləq onun hüquqi bazasına müvafiq dəyişiklik olunmalıdır. Ona görə də mən Ziyafət müəllimə (Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri) təklif etdim ki, bu ifadəyə müvafiq dövlət qurumları ilə birgə müzakirə şəraitində baxılsın və aydınlıq gətirilsin, şərh olunsun, çünki ictimaiyyətdə də bununla bağlı geniş müzakirərlər olur və yaxşı olar ki, Milli Məclis buna münasibət bildirsin.     Mənim çıxışımdan sonra Milli Məclisin Sədri təşəkkür etdi və xatırlatdı ki, Qarabağ döyüş bölgəsi deyil.     Ziyafət müəllim də mənim sualıma cavab olaraq bildirdi ki, qeyd olunan məsələ hazırda rəhbərlik etdiyi Komitə tərəfindən müvafiq dövlət qurumları ilə birgə baxılır və yaxın zamanda Milli Məclisə bu barədə təkliflər təqdim olunacaq.     Göründüyü kimi, bu mövzu ilə bağlı hamı eyni fikri söylədi.     Mənim çıxışımın mənası və məzmunu məhz ondan ibarət idi ki, Azərbaycan ərazilərini işğaldan azad etdiyinə görə “Hərbi qulluqçuların statusu haqqında” qanunun 10-cu maddəsində qeyd olunan “döyüş bölgəsi” və “döyüş şəraiti” ifadəsinə yenidən baxılsın və bundan sonra hərbiçilərə ödəniləcək əlavə pul təminatının hüquqi bazası buna uyğun yenilənsin.     Spiker də haqlı olaraq “Qarabağ döyüş bölgəsi deyil” deməklə mənim yuxarıda qeyd etdiyim fikri daha da gücləndirdi.     Baxın, bu qədər sadə və hamı üçün aydın olan bir müzakirələr oldu. Ancaq bu müzakirələr zamanı heç bir deputat, xüsusilə, Milli Məclisin Sədri “hərbiçilərə əlavə pul təminatı ödənilməməlidir” kimi fikir səsləndirmədi.     Bildiyiniz kimi, istər Vətən müharibəsindən əvvəl, istərsə də möhtəşəm tarixi qələbədən sonra Parlamentdə siyasi mənsubiyyətdən asılı olmayaraq hər bir millət vəkili hərbi qulluqçularılmızın, qazilərimizin və şəhid ailələrimizin sosial təminatının ən yüksək səviyyədə olması üçün müxtəlif təkliflərlə çıxış etmiş və cənab Prezidentin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasəti hər zaman dəstəkləmişdir.     Təəssüflər olsun ki, bir qrup sosial şəbəkə “qəhrəmanları” Milli Məclisin Sədrinə və deputatlarına şər atarq, onların “hərbiçilərə ikiqat pul ödənilməməlidir” haqda demədiyi fikirləri manşet edərək Parlamentə qarşı çirkin kampaniyaya başladılar. Hamının gözü qarşısında baş verən müzakirələrin açıq şəkildə təhrif olunmasını, Milli Məclisə qarşı böhtan atılmasını və belə həssas mövzu ilə manipulyasiya edilməsini yol verilməz hesab edir və həmkarlarıma qarşı aparılan bu qərəzli və bədnam kampaniyanı qəti şəkildə qınayıram.     Qəhrəman və igid hərbiçilərimiz isə əmin olsunlar ki, onların sosial təminatı ilə bağlı bütün məsələlər hər zaman olduğu kimi, indi də hörmətli Prezidentimizin və Müzəffər Ali Baş Komandanın diqqət mərkəzindədir.   Azay Quliyev  Milli Məclisin deputatı
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP MSK üzvlüyünə namizədləri təsdiqlədi - Siyahıda Məzahir Pənahovun adı da var 23 Aprel 2021, 15:17 Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI 23 Aprel 2021, 15:11 Siyavuş Novruzovdan “Mirələmovun videosu”na görə xəbərdarlıq 23 Aprel 2021, 15:10 YAP Hüseynbala Mirələmovun məsələsini müzakirə edir 23 Aprel 2021, 15:08 Azərbaycanda əcnəbilərin müvəqqəti olma müddəti uzadıldı 23 Aprel 2021, 15:06 BANM-nin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu 23 Aprel 2021, 15:04 Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır - Rektor 23 Aprel 2021, 15:00 Yeni uğurlar əldə olunur 23 Aprel 2021, 14:56 Deputat orta məktəblərdə dini dərslərin keçirilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:53 “Bu qanun layihələri Prezidentin tövsiyələrinə tam uyğundur” - Əli Hüseynli 23 Aprel 2021, 14:48 Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək 23 Aprel 2021, 14:42 Azərbaycandan ABŞ administrasiyasına MESAJ 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52 Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA 23 Aprel 2021, 12:46 Polşa səfiri Rusiya XİN-ə çağırıldı 23 Aprel 2021, 12:42