Arxiv
22 mart 2021, 18:37 | ANALİTİKA
Ermənistan və Rusiyada haray-həşir salıblar: Türkiyə “Turan ordusu” yaradır

Azərbaycanın ardınca Mərkəzi Asiyanın türkdilli dövlətləri də Türkiyə ilə hərbi ittifaqı gücləndirməyə qərar veriblər.

Modern.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu doğru qərar adlandırıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi haqqında” qanunu imzalayıb. Saziş hələ 2018-ci ilin sentyabrın 13-də imzalanıb.

Sənədin əsas məqsədi Qazaxıstan və Türkiyə arasında bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan uzunmüddətli hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsidir. İki ölkə arasındakı qarşılıqlı münasibətlər hərbi təlim və təhsil, birgə təlimlər, müdafiə sənayesi, sülhməramlı əməliyyatlar, hərbi, elmi və texniki tədqiqatlar və bir sıra digər sahələr kimi hərbi əməkdaşlıq istiqamətlərini ehtiva edir.

Bundan iki gün əvvəl isə Özbəkistan prezidenti Şövkət Mirziyeyev də ölkəsinin Türkiyə ilə imzaladığı hərbi-maliyyə sazişini təsdiq edib. Türkiyənin müdafiə naziri Hulusi Akar ötən il Özbəkistana səfəri zamanı iki ölkə arasındakı hərbi əməkdaşllığın inkişaf etidirlməsi məsələlərini müzakirə etmişdi. Türkiyə Azərbaycanın timsalında olduğu kimi Özbəkistan gəncləri üçün də hərbi akademiyalarının qapılarını açacaq.

E.Şahinoğlu deyir ki, Ermənistan və Rusiyadakı bəlli dairələr buna görə haray-həşir salıblar ki, Türkiyə “Turan ordusu” yaradır.

“Adını nə qoyurlar qoysunlar, Türkiyə Azərbaycan başqa olmaqla türkdilli ölkələrlə siyasi, iqtisadi və hərbi inteqrasiyanı gücləndirmək istəyir. Bu istək qarşılıqlıdır. Çünki, Azərbaycan, Qazaxıstan və Özbəkistan Türkiyənin hərbi dəstəyi sayəsində imperialist dairələrin təxribatlarından özlərini qorumaq istəyirlər. Bunun üçün isə ciddi əsas var. Rusiya prezidenti “kim bizimlə deyilsə, bizə qarşıdır” deyirsə, türkdilli dövlətlərin Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməkdən başqa alternativi yoxdur. Bunu Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi qələbə də sübut edir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yanğınla bağlı qərargah yaradıldı, sakinlər təxliyyə edildi 16 Oktyabr 2021, 10:04 Bu marşrut xətlərinin istiqaməti dəyişdirilib 16 Oktyabr 2021, 09:55 Məsciddə ölənlərin sayı 63-ə çatdı 16 Oktyabr 2021, 09:41 4 Rusiya vətəndaşı oteldə ölü tapıldı 16 Oktyabr 2021, 09:38 “Rus aləmi”: Kreml “yumşaq gücü”nü sərtləşdirir 16 Oktyabr 2021, 09:29 Baş qazi Etimad Əsədovun vəfatından üç il ötür... 16 Oktyabr 2021, 09:24 Bakıda ticarət mərkəzi yanır 16 Oktyabr 2021, 09:18 118 əfqanıstanlı Azərbaycandan sığınacaq İSTƏYİB 16 Oktyabr 2021, 09:15 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri BAŞLAYIB 16 Oktyabr 2021, 08:46 Beyrutda 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 Gəncədə prorektor öldü 16 Oktyabr 2021, 00:08 Türkiyənin koronavirus statistikası 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda evlənir- FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək İSTƏDİLƏR   15 Oktyabr 2021, 22:40 "Biz"ə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına ETİRAZ 15 Oktyabr 2021, 22:08 Üç ölkə parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara CƏHD 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Onların Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı BƏYANAT 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00