Arxiv
11 May 2021, 08:20 | ANALİTİKA
İlham Əliyevin Naxçıvandan verdiyi MESAJLAR...

“Azərbaycan prezidenti İlham Əliyevin müharibədən sonra müxtəlif açılışlara qatılarkən və bölgələrə səfərləri zamanı Dövlət Televiziyasına müsahibələri təsadüfi deyil. İlham Əliyev bu müsahibələr vasitəsilə müxtəlif dövlətlərə mesajlar göndərməyi lazım bilir. Prezidentin Naxçıvana səfəri zamanı da müxtəlif dövlətlərə gərəkli mesajlar verildi”.


Modern.az-ın məlumatına götə bunu siyasi şərhçi Elxan Şahinoğlu prezident İlham Əliyevin Naxçıvan səfərindən danışarkən deyib. Ekspert bildirib:


“Birincisi, İlham Əliyev bir daha təkrarladı ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi artıq yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq doğru deyil”.
İlham Əliyev bunu ona görə dedi ki, bəzi dövlətlər münaqişənin həll olunmasıyla bağlı açıqlamalar verirlər. İlham Əliyevin isə məntiqi belədir ki, əgər münaqişə həll olunmayıbsa, onda noyabrın 10-da imzalanmış bəyanatın mənası nədir?


İkincisi, İlham Əliyev dedi ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın 10 noyabr qəbul etdiyi bəyanat münaqişənin həlliylə bağlı sənəddir. Çünki, bəziləri 10 noyabr bəyanatını atəşkəs sazişi kimi qiymətləndirir. İlham Əliyev bununla razı deyil. Çünki atəşkəs bəyanatında cəmi bir bənd olur. 10 noyabr bəyanatında isə bir neçə bənd var. İlham Əliyev məntiqi sual da səsləndirir: “Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər?”


Üçüncüsü, İlham Əliyev Kanadanın və Fransanın Azərbaycanın daxili işlərinə qarışdığını bildirərək hər iki ölkənin siyasətini sərt tənqid etdi. Azərbaycanın Kanada ilə sıx əlaqələri yoxdur. Ancaq Azərbaycanın Fransa ilə sıx əlaqələri var idi. Emmanuel Makron Fransa prezidenti seçildikdən sonra bərətərfli qaydada Ermənistanı müdafiə etdi. O İrəvana getdi, Bakıya gəlmədi. Bundan başqa Azərbaycan prezidenti və birinci vitse-prezident Mehriban Əliyeva bir neçə dəfə Parisə səfər etmişdi. Qarşılıqlı səfərlərdə məqsəd ikitərəfli əməkdaşlığı genişləndirmək idi. Başqa sözlə, Makrona qədər Fransa-Azərbaycan münasibətlərində gərginlik yox idi. Makronun yanlış siyasəti nəticəsində iki ölkə arasında münasibətlər faktiki pozulub.


Dördüncüsü, İlham Əliyev Ermənistana mesaj yolladı: “Əgər Ermənistan Azərbaycana qarşı təxribat edərsə, onları heç kim müdafiə edə bilməyəcək, biz yenə də onları məğlub edəcəyik”.

İlham Əliyev Dağlıq Qarabağa heç bir status verilməyəcəyini bir daha təkrarladı. Bu, İlham Əliyevin həmsədr dövlətlərə - ABŞ, Rusiya və Fransaya mesajı idi. İlham Əliyevin Naxçıvana getdiyi gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəldi. Beləliklə, İlham Əliyev Lavrovla statusu müzakirə etməyəcəyini Naxçıvandan elan etmiş oldu.

Beşincisi, İlham Əliyev Zəngəzur üzərindən dəmiryolunun çəkiləcəyini bir daha xatılatdı. Bu dəmir yolu Zəngilanı Naxçıvanla birləşdirəcək. Dəmiryolunun 44 kilometri Ermənistan ərazisindən – Zəngəzurdan keçəcək. İlham Əliyev Ermənistan dəmiryolunun Rusiyaya məxsus olduğunu və bu məsələnin Moskva ilə həll olunduğunu vurğuladı”.


E.Şahinoğlunun sözlərinə görə, İlham Əliyevin sonuncu cümləsi Ermənistanın baş naziri Nikol Paşinyanın seçkiqabağı mövqeyini gücləndirən amilə çevrilə bilər.

“Çünki Ermənistanın dəmiryollarını Rusiyaya keçmiş prezident və hazırda Paşinyanın əsas rəqibi Robert Köçəryan satıb. Görünür, Köçəryanın ağlına da gəlməzdi ki, Azərbaycan nə vaxtsa Zəngilana qədər torpaqları azad edəcək və onun arxalandığı Moskva Zəngəzur üzərindən dəmiryolunun bərpasına yaşıl işıq yandıracaq. Halbuki, Köçəryan dəmiryolunu Rusiyaya satmasaydı, Nikol Paşinyan bu gün qətiyyətlə Zəngəzur üzərindən dəmiryolunun açılmayacağını bildirəcəkdi. Paşinyan bunu deyə bilmir, çünki dəmiryolları Ermənistana məxsus deyil. Odur ki, Köçəryana qarşı mübarizədə Paşinyan vacib arqumentə malikdir. Ancaq Paşinyan bu məsələni çox qabarda da bilməyəcək, əks halda qarşısında Moskvanı görəcək”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16 Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB  19 Oktyabr 2021, 18:10 Əli Əsədov slovakiyalı nazirlə GÖRÜŞDÜ 19 Oktyabr 2021, 18:05