Arxiv
25 May 2021, 22:03 | ANALİTİKA
Sərhəddə erməni hərbçinin “ölümü”nün hədəfləri... - TƏHLİL

Ermənistan Müdafiə Nazirliyi Sünikin (Zəngəzur) Geqarnuk bölgəsində Azərbaycan tərəfi ilə silahlı toqquşmanın baş verdiyi, bir erməni hərbçisinin öldüyü xəbərini yaydı. İnformasiyanın məqsədi Azərbaycanı hücum edən tərəf kimi göstərməkdir.


Ermənistanın KTMT-yə nizamnaməsinin 2-ci bəndi (dövlətə hücum təhdidi) üzrə müraciət etdiyini, təşkilatı məsələyə cəlb etmək məqsədilə prosesi 4-cü bənd (dövlətə hücum) mərhələsinə keçirmək üçün sərhəddə təxribatlara əl atacağı haqda yazmışdıq. Baş verən hadisə və erməni hərbçisinin “ölüm faktı” prosesin başlandığına işarə hesab oluna bilər.

Paşinyan sərhədlərin demarkasiyası üzrə yeni müqavilə imzalamağa razı olsa da, sərhəddə gərginliyin davam etməsində maraqlıdır:

- erməni cəmiyyətinə Rusiyanın dəstək vermədiyini göstərməklə Moskvadan idarə olunan opponentlərinin səslərinə təsir etməyə çalışır;

- seçkiöncəsi ermənilərin diqqətini “xarici düşmən” obrazı ətrafında cəmləmək, hakimiyyətin “dövləti qorumaq uğrunda mübarizə apardığını” göstərmək istəyir.

Seçkilər yaxınlaşdıqca sərhəd üzərindən təxribatların artacağı istisna deyil.

Son iki günün hadisələri fonunda sərhəddə erməni hərbçinin “ölüm faktı”nın arxasındakı başqa ssenariləri də önə çıxarır.

Birincisi: Bayden İlham Əliyevə təbrik məktubu.

Məktubun mətnində Baydenin Bakı-İrəvan münasibətlərinə dair iki fikri diqqət çəkir:

- Vaşinqton həmsədr ölkə kimi münaqişənin uzunmüddətli həllinə kömək etməyə sadiqdir;

- ABŞ münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid edir.

Baydenin fikirləri İlham Əliyevin postkonfilikt dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına kömək etməsi üçün ABŞ-a etdiyi çağırışa cavab hesab oluna bilər. “Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan ildən sonra” sözləri Vaşinqtonun gələcəyə baxdığını, “qonşularla sülh içində yaşamaq” sözləri isə sərhəd məsələsinin də diplomatik yolla həllini istədiyini deməyə əsas verir.


Sərhəd məsələsində Ermənistanın ümid etdiyi əsas ölkələrdən biri ABŞ idi. Dövlət Departamentinin açıqlaması da buna zəmin yaradırdı. Baydenin məktubu isə Vaşinqtonun mövqeyində korrektlər etdiyini göstərir. Bu məktubdan bir gün sonra sərhəddə erməni hərbçinin “ölüm faktı” ilə İrəvan Vaşinqtona göstərmək istəyir ki, “Bakı qonşuları ilə sülh içində yaşaya bilməz”.

İkincisi: Zərifin bölgəyə səfəri...

Bu gün Bakıda olan İran xarici işlər naziri Cavad Zərif sabah İrəvana səfər edəcək. Zərifin gəlişinin iki ana səbəbi var:

- Tehran sərhədlərin müəyyənləşməsindən narahatdır və prosesin ən azı uzanmasını istəyir: münasibətlərin normallaşması İranı bölgədən çıxara və Türkiyənin mövqelərini gücləndirə bilər;

- İran sərhəd məsələsində vastiəçi olmaqla bölgədəki mövqelərini qorumağa çalışır.

Bu baxımdan, gərginlik İranın da maraqlarına uyğundur.

Üçüncüsü: Muradovun İrəvanda keçirdiyi görüşlər.

Erməni informasiya mənbələri Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun dünən Bakıda olduğunu, bu gün İrəvanda Ermənistanın müdafiə naziri və təhlükəsizlik xidmətinin rəhbəri ilə görüşdüyünü yazır. Məqsəd sərhədlə bağlı razılaşmanın detalarının müzakirə etməkdir.

Mümkündür ki, Muradov Bakının tələblərini İrəvanda təqdim edib və Ermənistan bununla razılaşmamaq üçün sərhəddə təxribat ssenarisini işə saldı. Hadisənin baş verməsi saatının məhz Muradovla görüşlərdən sonra – 14:20-də göstərilməsi də təsadüfi deyil.

Sərhəd təxribatının hədəflərindən biri İrəvanın yeni müqavilədə istəklərinin yer alması üçün Moskvanın dəstəyini qazanmağa hesablanıb: ruslar Bakının tələblərini yumşaltmasa, sərhəd toqquşması ilə KTMT-ni 4-cü bənd üzrə fakt qarşısında qoyacaq və Rusiyanın vasitəçilik missiyasını çətinə salacaqlar.

Muradovun Bakıda yox, İrəvanda olduğu vaxt hadisənin baş verməsi bu fikri gücləndirir.

Erməni hərbçinin “ölümü” İrəvana bütün ssenarilər üzrə sərf edir. Bu baxımdan, qarşıdakı dövrdə belə “ölüm”lərin daha intensiv şahidi ola bilərik.



Asif Nərimanlı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentlə xanımı QUBADLIDA 25 Oktyabr 2021, 13:51 “Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF 25 Oktyabr 2021, 13:45 Ombudsman Ermənistan cinayətlərindən DANIŞDI 25 Oktyabr 2021, 13:28 Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50 DOST Mərkəzinə MEDİATUR 25 Oktyabr 2021, 11:46 İrəvan-Gümrü qatarı daşa basıldı 25 Oktyabr 2021, 11:42 Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır 25 Oktyabr 2021, 11:38 Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını ELAN ETDİ 25 Oktyabr 2021, 11:34 Bakının mərkəzində qumbara tapıldı - FOTO 25 Oktyabr 2021, 11:30 Tuneldə QƏZA - FOTO 25 Oktyabr 2021, 11:27 Ermənistan hərbi xərclərini artırır – Paşinyan AÇIQLADI 25 Oktyabr 2021, 11:25 Hafiz Hacıyevi süni tənəffüs aparatından ayırıblar - YENİLƏNİB 25 Oktyabr 2021, 11:20 Sabiq şöbə müdirinin məhkəməsində tələbələr dindirildi 25 Oktyabr 2021, 11:16 1059 nəfər toyalara BURAXILMADI 25 Oktyabr 2021, 11:12 “Azəriqaz”ın növbəti aksiyası Cəlilabadda 25 Oktyabr 2021, 11:08 Ermənistanda COVID-19-dan daha 42 nəfər öldü 25 Oktyabr 2021, 11:04 Havar Məmmədov təltif olundu - FOTO 25 Oktyabr 2021, 11:00