- Əliyev Ərdoğanı niyə Bakıda yox, Qarabağda qarşılayır?
- Böyük müqavilə niyə Şuşada imzalanır?
- Bu müqavilədə nələr əksini tapır?
- Şuşa səfəri nəyə hesablanıb?
Ərdoğanın bu gün gerçəkləşəcək tarixi səfəri özü ilə sualları da gündəmə daşıyır.
İlham Əliyevin Ərdoğanı Bakıda yox, Qarabağda rəsmi mərasimlə qarşılamasının iki şifrəsi var:
Böyük müqavilənin məhz Şuşada, bölgənin açarı olan şəhərdə imzalanması da Bakı və Ankaranın Qarabağda ciddi proseslərə hazırlaşdığından xəbər verir.
Müqavilədə nələr ola bilər?
ç) İşğaldan azad olunmuş ərazilərdə inşa edilən beynəlxalq hava limanlarının (yaxud birinin) birgə istifadə edilməsi.
Bu, mümkün ehtimallardır. Reallıq isə odur ki, müqavilədə əksini tapacaq məqamlar Bakı və Ankaranın Qarabağda, ümumilikdə bölgədəki addımlarının da konturlarını cızacaq.
Və ən mühüm məqam Ərdoğanın Şuşa səfərinin şifrələri, özündə ehtiva edən mesajlarıdır.
Birincisi: Türkiyənin Qarabağda Azərbaycanın maraqlarını müdafiə edən güc olaraq mövcud olması həm region, həm də dünya ölkələrinə nümayiş etdirilir;
İkincisi: Qarabağ münaqişəsinin bitdiyini qəbul etməyən və yeni “masa” qurmaq istəyənlərə - ABŞ və Fransa daxil olmaqla Qərb ölkələrinə yeni reallıq göstərilir: Ərdoğan NATO zirvəsində münaqişənin bitdiyini açıq şəkildə elan etdi, ardınca Şuşa səfəri ilə mesaj əyani şəkildə çatdırılır;
Üçüncüsü: Xankəndidə lövbər atmış Rusiyaya Şuşadan Türkiyənin bölgədəki varlığının mesajı verilir.
Ərdoğanın Şuşa səfərinin ciddi nəticələrini səfərdən sonra görə bilərik:
- Qarabağda tərəzinin Rusiya gözünə ağırlıq edən güc balansı ən azı bərabərləşəcək;
- Səfərdən sonra Bakı və Ankara 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası tələbini (xüsusilə 4-cü bəndin icrasını) artıra bilər: Ankara və Moskvanın Qarabağla bağlı son məsləhətləşmələri də bu ehtimalı gücləndirir;
- Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin işi aktivləşə, Türkiyənin sülhməramlı kontigentində fəaliyyəti genişlənə bilər;
Səfərin və Şuşadan veriləcək mesajların Ermənistanda seçkiöncəsi proseslərə, o cümlədən, Xankəndidə baş verənlərə təsirlərinin olacağı da gözləniləndir.
Asif Nərimanlı