Modern.az

Birinci sinfə gedənlərin, işə qəbul olunan müəllimlərin sayı – Təhsil STATİSTİKASI

Birinci sinfə gedənlərin, işə qəbul olunan müəllimlərin sayı – Təhsil STATİSTİKASI

Təhsil

17 İyun 2021, 16:05

Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə aid bəzi statistik məlumatları açıqlayıb.


Modern.az
-ın məlumatına görə, nazirliyin orta və ali məktəblərə aid statistikasında bir sıra vacib məqamlar diqqət çəkir:


166 minədək uşaq birinci sinfə gedib



2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib.

 

Ölkə üzrə 106 min 580 uşaq məktəbəhazırlığa cəlb edilib


2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunda 106 580 nəfər uşaq təhsilə cəlb edilib.

 

İcma əsaslı məktəbəqədər təhsil qrupları

2020-2021-ci tədris ilində ölkə üzrə 50 şəhər və rayonda təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 10 minə yaxın 3-4 yaşlı uşaq təhsilə cəlb edilib. 

 

94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib


2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 30 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.  

 

339 adda 7233214 nüsxə dərslik və metodik vəsait


2020-2021-ci tədris ilində ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7233214 nüsxə dərslik və metodik vəsait çap edilib. 2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. Dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif "Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. Yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də var.

  

 

Beynəlxalq fənn olimpiadalarında yüksək nəticə


2020-2021-ci tədris ilində Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 3 qızıl, 12 gümüş, 29 bürünc medal və 9 həvəsləndirici mükafat olmaqla ümumilikdə 44 medal əldə ediblər.

 

5345 müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul hüququ qazanıb


2020-2021-ci tədris ili üzrə 8899 namizəd ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunub. Namizədlər üçün təşkil olunan onlayn müsahibələrdə 5345 nəfər uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.

 

Məktəbdənkənar fəaliyyət


2020-2021-ci tədris ili ərzində məktəbdənkənar fəaliyyət üzrə keçirilən tədbirlərdə 200 mindən artıq şagird iştirak edib.

Təhsil Nazirliyinin tabeliyində olan uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri milli yığmanın tərkibində beynəlxalq yarışlarda uğurla çıxış edərək Avropa çempionat və birinciliklərində 2 qızıl, 3 gümüş və 5 bürünc medal, dünya miqyaslı yarışlarda 2 gümüş və 5 bürünc medal qazanıb.

 

Peşə təhsili müəssisələrinə qəbul


2020-2021-ci tədris ilində 120 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılıb. 14 mindən çox şəxs peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub.

 

760 SABAH tələbəsi məzunu


2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin SABAH qruplarına tələbə seçimi aparılıb. 805 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb. 2021-ci ildə 760 SABAH tələbəsi məzun olacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq