Arxiv
22 İyun 2021, 19:52 | ANALİTİKA
Etirazların hədəfləri: Xankəndidə nə baş verir? - TƏHLİL

Xankəndidəki ermənilər separatçıların başçısı Araik Arutyunyanın seçkidə Nikol Paşinyanın qərargahında olmasını “bağışlamır” və istefasını tələb edir. Araik də öz tərəfdarları ilə cavab addımına hazırlaşır.

 

Seçki İrəvanda keçirildi, Xankəndi qarışdı. Nə baş verir?

 

İrəvanda məğlub olan Koçaryanın (Qarabağ klanı) Paşinyana Xankəndidə cəbhə açdığını deyə bilərik, amma müharibədən sonra sülhməramlıların nəzarətindəki ərazilərdə baş verənlər prosesin arxasında rusların olduğu versiyasını gücləndirir.

 

2020-ci ilin dekabr ayının əvvəlində Vitali Balasanyan separatçı rejimin “təhlükəsizlik şurasının katibi” postuna gətirildi. Balasanyanın əsas şərti Qarabağda qalan bütün silahlı qruplaşmaların onun nəzarətinə verilməsi idi və buna nail oldu da. Bu, Rusiyanın Xankəndidə alternativ planı idi:

 

  • cari dövrdə Arutyunyan-Paşinyan cəbhəsinin Moskvanın nəzarətindən kənar addımlarına qarşı təsir gücü yaratmaq;
    - perspektivdə İrəvanda mümkün hakimiyyət dəyişikliyi zamanı Xankəndidə separatçı rejimi Balasanyana təhvil vermək;

Balasanyanın “vəzifəsinə” başlayan kimi Hadrutu yenidən işğal etmək iddiaları, daha sonra Koçaryanın eyni leksikondan istifadə etməsi Rusiyanın indi yox, gələcəkdə gündəmə gətirməyi planlaşdırdığı “status” məsələsinin tərkib hissəsi idi.

 

Aprel ayında Moskvanın planına korrektlər etdiyi müşahidə olunurdu. Bu, Bayden Administrasiyasının qondarma “erməni soyqırımı”nı tanımağa hazırlaşdığı, Paşinyan hakimiyyətinə dəstəklə bölgədə yenidən aktivləşmək istiqamətində hərəkətə keçdiyi vaxt idi. Moskva Qarabağdakı separatçı rejimi Paşinyandan uzaqlaşdırmaq xəttini tutdu. Mümkündür ki, Rusiya həmin vaxt geosiyasi konyunkturanın Nikolu devirməyə imkan vermədiyini anlamışdı və baş separatçını İrəvandan uzaqlaşdırmaqla Paşinyan-Arutyunyan cəbhəsinin Xankəndidə təsirlərini öncədən neytrallaşdırmaq gedişi etdi.

 

Arutyunyan Moskvada Rusiya kəşfiyyat orqanlarının əməkdaşları ilə görüşdən qayıdandan sonra İrəvanla təmasları “zəiflətdi”. Separatçıların özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayanın may ayında (23-28 may) Moskvaya 5 günlük müəmmalı səfəri də təlimatların Rusiyadan gəldiyini təsdiqləyir.

 

Araik Arutyunyanın Moskva ilə anlaşdığı görünürdü, lakin sual yaranır: baş separatçı təlimatı niyə pozdu və Paşinyanın qərargahında poz verdi?

 

Qırılma nöqtəsi Koçaryanın Sünikdə (Zəngəzur) seçki kampaniyasına başladığı gün idi. Qafan hava limanına gələn Robertin yanında Vitali Balasanyan da var idi və bu Araik üçün siqnal idi: Koçaryan hakimiyyətə gələrsə, ruslar onun da “başını yeyəcək”.

 

Araikin İrəvana getməsi və seçki prosesində Paşinyan cəbhəsində yer almasının bu kontekstdə üç səbəbi var:

 

  • Seçkidə onun da taleyi həll olunurdu;

  • - Ruslara “mərkəzdənqaçma” mesajını verirdi;

  • - Moskvaya səfərindən sonra uzaqlaşdığı Paşinyana yenidən yaxınlaşırdı;

İrəvanda seçkidən dərhal sonra Xankəndidə Araikə qarşı başlanan etiraz rusların baş separatçını cəzalandırdığını deməyə əsas verir, hərçənd, məsələ təkcə “qulaqburması” demək yox, separatçı rejimi götürməkdir.

 

Rusiya İrəvanda itirdiyini Xankəndidə qazanmaq niyyətindədir:

 

  • 1. Arutyunyanın Xankəndidə baş separatçı olması Paşinyana Qarabağ məsələsində Qərb (həm də üçüncü ölkələr) üçün “qapı açmaq” imkanı yaradır;

  • 2. Paşinyan-Arutyunyan cəbhəsinin Qarabağ məsələsində Moskvanın nəzarətindən kənar danışıqlara, anlaşmalara gedə biləcəyi ehtimalı var;

  • 3. Rusiya üçtərəfli razılaşmaların icrasından yanadır, lakin Ermənistanda revanşistlərin yox, Paşinyanın seçilməsi onun Qarabağda gələcək mövcudluğu riskə altına düşdü və separatçı rejimə “Qarabağ klanı”nı gətirməklə Bakıya qarşı revanşizm kartını Xankəndidə aktual olaraq saxlayır;

  • 4. “Qarabağ klanı”nın Ermənistan parlamentində ikinci əsas güc olmasından sonra Xankəndidəki separatçı rejimi götürməsi ilə Paşinyan hakimiyyətinə qarşı davamlı təzyiq rıçağını gücləndirir.
  • Proseslərin inkişafı və hədəflər Xankəndidə qarşıdurmanın daha da güclənə biləcəyi fikrini önə çıxarır. Əsas diqqətçəkən məqamlardan biri də ruslar Araiki uzaqlaşdıra bilsələr, yerinə kimi gətirəcəkləridir?

     

    Bu, Vitali Balasanyan ola bilər, lakin indiki dövrdə ruslara qazanc yerlərindən məhrum olmuş, yardımlarla yaşayan Qarabağdakı ermənilərə pul xərcləyəcək birinin olması daha sərfəlidir. Bu şəxs sülhməramlıların komandanı Rüstəm Muradovun aprelin 12-də - Bakıdan İrəvana əliboş qayıtdıqdan və Paşinyan hakimiyyəti ilə “söz atışması”ndan bir gün sonra Xankəndidə “nahar etdiyi” qondarma “artsaxbank”ın sahibi Artak Balayan və Robert Koçaryana yaxınlığı ilə tanınan milyonçu Armen Balayan (ikisindən biri) ola bilər.

     

    Asif Nərimanlı

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    İldırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürdü 5 Avqust 2021, 01:00 “Futbolçular daha peşəkar davranmalıdırlar” - Qurban Qurbanov 5 Avqust 2021, 00:55 FHN Türkiyəyə göndəriləcək üçüncü qrupla bağlı məlumat YAYDI 5 Avqust 2021, 00:49 Tokio-2020-də medal sıralaması 5 Avqust 2021, 00:38 Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO 5 Avqust 2021, 00:27 “Yanğınların söndürülməsinə dəstək olan ən önəmli ölkə Azərbaycandır” 5 Avqust 2021, 00:19 Azərbaycan daha 20 ölkə ilə sərhədlərini açdı 5 Avqust 2021, 00:08 Daha iki idmançımız mübarizəyə BAŞLAYIR 4 Avqust 2021, 23:59 Azərbaycan ABŞ-a qoyduğu bu qadağanı ləğv etdi 4 Avqust 2021, 23:48 Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı 4 Avqust 2021, 23:39 “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq” - Ərdoğan 4 Avqust 2021, 23:28 Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO 4 Avqust 2021, 23:19 Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO 4 Avqust 2021, 23:09 Türkiyədə 1 ailəni qətlə yetirən şəxs tutuldu - FOTO 4 Avqust 2021, 22:58 Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi 4 Avqust 2021, 22:48 İraqdakı ABŞ hərbçilərinə hücum edilib 4 Avqust 2021, 22:39 Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi 4 Avqust 2021, 22:28 Daşkəsən sakininə balta ilə xəsarət yetirildi 4 Avqust 2021, 22:17 Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndərilir 4 Avqust 2021, 22:08 Ukraynada azərbaycanlı gənc qətlə yetirildi 4 Avqust 2021, 21:59 Bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb 4 Avqust 2021, 21:48 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Avqust 2021, 21:39 Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır 4 Avqust 2021, 21:29 Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq 4 Avqust 2021, 21:18 Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi 4 Avqust 2021, 21:08 Şokoladın səbəb ola biləcəyi xəstəliklər 4 Avqust 2021, 20:59 Bakı əhalisi ərzağa milyardlar xərcləyir 4 Avqust 2021, 20:48 MİQ üzrə müsahibə nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə çatır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40 Sentyabrda məktəblər açılacaq? - Nazirdən cavab 4 Avqust 2021, 19:33